Paltarınızın rəngi sizin haqqında nə deyir?

Paltarınızın rəngi sizin haqqında nə deyir?İşgüzarlıq və rənglər dünyası

Məlum olduğu kimi işgüzar imicə mühafizəkar işgüzar geyim tərzi sayəsində nail olmaq mümkündür. Tabloid.az bu yazıda işiniz üçün münasib olan qarderobun əsas prinsiplərindən və təməl rənglərdən istifadə haqqında söhbət açacaq.

Əgər maliyyə vəsaitiniz məhduddursa, onda onu kəmiyyətə deyil, keyfiyyətə yönəldin. Dəqiqliklə seçilmiş geyimlər həm işinizin xeyrinə olacaq, həm də şkafınızı lazımsız paltardan azad edəcək. Ustalıqla və keyfiyyətli materiallardan tikilmiş geyimlərdən müxtəlif variantlarda istifadə edəcəksiniz.

Klassik stili seçin

Bu tərz illər ötsə də, yaxşı görünür. Ona görə ki, klassik üslubda tikilmiş geyimlər əbədidir, modanın tendensiyaları kimi dəyişmir. Ciddi, dəyişən dəblərin tendensiyasına uyğun tikilməyən geyimlərin universal elementləri olur. Yaxşı tikilmiş klassik pencəkdən parlaq və dəblidən daha çox istifadə edəcəksiniz. Çünki ikincisi növbəti mövsüm dəbdən düşəcək. Klassik üslublu geyimdə istənilən vəziyyətdə yaxşı görünəcəksiniz. Ona bir neçə dəbdə olan aksessuar əlavə etməklə müasir görünmək heç də çətin deyil.

Təməl rənglərdən istifadə edin

İşgüzar qarderob əsas "işgüzar rənglərdən" ibarət olmalıdır. İşgüzar qadının qarderobunda qara, göy, tünd göy, zoğalı, qəhvəyi, bej və boz rənglər olmalıdır. İşgüzar kişinin qarderobunda isə tünd göy, göy, boz və bej rənglər.. Daha kiçik detallar məsələn, qalstuk, köynək daha açıq tonlarda ola bilər. Çox parlaq, qışqıran rənglərdən uzaq olun.

Rənglərin hakimləri qara, tünd göy, göy, tünd boz və qəhvəyi rənglərdir. Tünd göy xətli kostyum rəhbər vəzifədə çalışanların qarderobunda mütləq olmalıdır. Çünki göy rəng insanı daha yüksək rütbəli, vacib şəxslər kimi göstərir. Ona görə də məsələn, satıcısınızsa, bu rəngli geyimlərdən uzaq olun ki, alıcıları qorxutmayasınız. Bu rənglə bağlı kiçik bir sirri də sizlərlə bölüşürük. O qədər hündürboylu olmayan şəxslər bu rəngdə geyinilmiş kostyum vasitəsilə real boylarından vizual olaraq hündür görünəcəklər. Kişilərin dominatlıq etdiyi biznes sferasında yerini tapmaq istəyən xanımlar tünd göy, tünd boz rəngdən istifadə etsə uduzmaz.

Əgər hökmran olduğunuzu bəyan etmək istəyirsinizsə, tünd rənglərdən istifadə edin. Daha açıq çalarla tutalım, bej və ya göydən o halda istifadə edin ki, əlçatan və dostcanlı görünmək istəyirsiniz. Unutmayın ki, geyim seçiminə mövsüm və hava əhəmiyyətli təsir edir.

Rənglərin təsirini öyrənməklə işgüzar qarderobunuzu daha mükəmməl tərtib edə bilərsiniz. Deməli, rənglər dünyasına səyahət etməyin lap vaxtıdır.

Qara hakimiyyətpərəstliyin rəngidir. Bundan başqa, kişi kostyumlarının rəngidir. Ona görə də bir çox peşə sahiblərinə qara rəngli kostyumdan deyil, aksessuarlardan istifadə məsləhətdir. Tutalım qara kəmər, pulqabı, portfel və ya botinka. Qadınlar isə qara kostyum, yubka, geyim və həmçinin aksessuarlardan istifadə edə bilərlər.

Göy bu həm kişilər, həm qadınlara uyğun olan çox münasib rəngdir. Bu rəngdə paltar geyinməyin həmişə yeri var. Tünd göy əsl hakimiyyətin, həmçinin səmimiyyətin və pulun rəngidir. Xüsusilə kişilər üçün. Çox tünd olmayan göy sizin açıqlığınızı və ya əlçatanlığınızı nümayiş etdirməyə qadirdir. Göy rəng insana harmoniya bəxş edir.

Boz gücü və stabilliyi sərgiləyir. Bu rəngin istənilən çaları kişi və qadın qarderobunun əsas detalları üçün münasibdir. Tünd boz hər iki cins üçün hökmranlıq rəngidir. Açıq boz az rəsmi və daha çox dostcanlığı bildirir.

Qəhvəyi küknar kimi qeyri-hamar olan tvin yəni yun parçalardan tikilmiş kostyumlarda çox yaxşı görünür, nəinki hamar parçalarda. Bu rəng portfel, kəmər və botinka üçün daha əlverişlidir. Qəhvəyi rəngi daha yaşlı nəslin nümayəndələri seçirlər. Doğrudan da bu rəng gənclər üçün o qədər əlverişli deyil.

Bej qadınlar və kişilər üçün çox universal rəngdir. Yay üçün ideal rəng hesab edilir. Həmsöhbətə təzyiq etməyən, xeyirxah rənglərin siyahısındadır. Kişilər bej rəngli kostyumu açıq-mavi köynəklə geyinə bilərlər.

Tünd-qırmızı hökmranlığın rəmzidir. Amma universal görünür. Kişilər tünd qırmızı kəmər, pulqabı və ya portfelə məhdudlaşa bilərlər. Qadınlar nəinki bu rəngdə aksessuarlar taxa, həm də kostyumlar geyinməyi özlərinə müşahidə edə bilərlər.

Qırmızı hansısa vəziyyətlə uyğunlaşa və ya heç uyğunlaşmaya bilər. Bu sahibinin cinsindən, dəqiq seçilmiş çalardan, geyimin növündən və geyimdə əsas rəngin olub-olmadığından asılıdır. Al-qırmızı rəng uzun müddət kral hökmranlığı ilə assosiasiya edilib. Bu rəng modanın rəngidir. Biznesin əsas bir sıra sahələrində ondan əsas rəngi kimi istifadə etmək lazım deyil. Kişilər isə bu rəngdən tamamilə uzaq dursalar yaxşıdır.

Yaşıl və sarı rənglərdən məqsədəuyğun rənglər hesab edilmir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2488   Tarix: 23 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021
.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR

Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ

14 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021