Azərbaycan-Kamboca biznes-forumu dostluq münasibətlərimizə daha böyük iqtisadi töhfə verəcəkdir
Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlər çoxtərəfli beynəlxalq platformalarda sıx tərəfdaşlıq və son dövrlərdə daha da intensivləşən ikitərəfli əməkdaşlıq çərçivəsində ardıcıl inkişaf etməkdədir. İki ölkə arasında rəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub. Ötən dövr ərzində formalaşan qarşılıqlı hörmət və etimad mühiti bu gün diplomatik dialoqun yeni və daha əhatəli mərhələyə qədəm qoymasına imkan yaradıb. Oktyabrın 12-də Prezident İlham Əliyevin ölkəmizə rəsmi səfər etmiş
Kamboca Krallığının Baş naziri Hun Manet ilə keçirdiyi məhdud və geniş tərkibdə görüşlər, ikitərəfli münasibətlərin müxtəlif sahələrini əhatə edən sənədlərin imzalanması və liderlərin mətbuata bəyanatlarla çıxış etməsi iki dövlət arasında formalaşan strateji dialoqun əyani təzahürü oldu.
Kamboca Baş nazirinin rəsmi səfəri zamanı keçirilən Azərbaycan-Kamboca biznes-forumu dostluq münasibətlərimizə daha böyük iqtisadi töhfə vermək üçün imkan yaradır.
Azərbaycan və Kamboca otuz ildən artıqdır diplomatik əlaqələrə malikdir. İki ölkə liderləri arasında siyasi etimad və dostluq mövcuddur. Ölkələr arasında ticarət əlaqələri artmaqdadır, lakin hələ də ikitərəfli münasibətlər əsl potensialı əks etdirmir.
Hər iki ölkənin bir-birini tamamlayan güclü tərəfləri var və geniş bazarlara çıxış təklif edir. Azərbaycan üçün investisiya tərəfdaşlıq deməkdir. Tərəfdaşlıq isə öz növbəsində etimad qurmaq, münasibətlərin müsbət tərəflərini bölüşmək və çətinliklər zamanı bir yerdə olmaq deməkdir. Kamboca ölkəmizin şirkətlərinin yeni tərəfdaşlıqlar axtarması və etimad qurması üçün dəstəklənən ölkədir. Bu proses çoxdan başlayıb və inkişafdadır.
Azərbaycan ilə Kamboca arasında biznes əlaqələrinin inkişafı, qarşılıqlı investisiyaların təşviqi və yeni tərəfdaşlıqların qurulması baxımından biznes-forumu mühüm əhəmiyyət daşıyır. Son illərdə Azərbaycan əhəmiyyətli iqtisadi transformasiyaya nail olub, infrastrukturunu inkişaf etdirib, iqtisadiyyatını gücləndirib və beynəlxalq investisiyalar üçün yeni imkanlar yaradıb.
Azərbaycan Cənubi Qafqazın mühüm nəqliyyat, logistika və iqtisadi mərkəzlərindən birinə çevrilib. Bununla yanaşı, ölkədə neft-qaz sektorundan kənar sahələrin inkişafına da xüsusi diqqət yetirilir. Bu istiqamətlərdə Azərbaycan və Kamboca arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Forumda Azərbaycanın ticarət, ixrac, istehsal, tikinti materialları, kənd təsərrüfatı, səhiyyə və turizm sahələrini təmsil edən təxminən 80 şirkəti iştirak edir. Kamboca tərəfindən isə bank və maliyyə xidmətləri, turizm, informasiya-kommunikasiya texnologiyaları, energetika, daşınmaz əmlak, kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunması sahələrində fəaliyyət göstərən 16 şirkətin nümayəndəsi tədbirə qatılıb. Müxtəlif sektorları təmsil edən şirkətlərin iştirakı iki ölkə arasında əməkdaşlıq imkanlarının geniş olduğunu və tərəfdaşlığın ayrı-ayrı sahələrlə məhdudlaşmadığını göstərir.
Tufan Məmmədov - iqtisadçı ekspert
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 480 Tarix: 13 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur
Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl
8 sentyabr 2021Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO
Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista
12 sentyabr 2021Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B
15 sentyabr 2021Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA
Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona
11 sentyabr 2021Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden
29 avqust 2021İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO
Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7
11 sentyabr 2021"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA
Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl
8 sentyabr 2021Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib
Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr
5 sentyabr 2021Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı
Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"
9 sentyabr 2021