Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir

Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirAzərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliyə hörmət, ədalət meyarları və beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlıq xəttinin göstəricisidir.
Azərbaycanla Kambocanı min kilometrlərlə məsafə ayırır. Buna baxmayaraq Şərqi Asiyada yerləşən bu dövlətlə ölkəmizin əlaqələri genişlənməkdədir. Kamboca Krallığının Baş naziri Hun Manet ölkəmizə rəsmi səfəri iki öıkə arasında əlaqələrin daha da genişlənməsinə növbəti addım olacaqdır.
Ölkələr arasında əlaqələrin tarixinə nəzər salsaq görərik ki, Azərbaycan-Kamboca arasında diplomatik əlaqələr 1994-cü ilin dekabr ayının 28-də qurulub. 2014-cü ilin aprelində dövlət başçısı səviyyəsində ilk səfər baş tutub ki, həmin vaxt Kamboca Krallığının Baş naziri Hun Sen Azərbaycana səfər edib.
Oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ölkəmizə səfərə gəlib. Səfər çərçivəsində Baş naziri Hun Manetin Prezident İlham Əliyev ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib, görüşlərdə Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış üç sənədin mübadiləsi mərasimi olub.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Kambocanın Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. Mətbuata bəyanatında Prezident İlham Əliyev Azərbaycan və Kambocanın yaxşı dostlar və tərəfdaşlar olduğunu söyləyib. "Biz beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik, bir-birimizə dəstək oluruq", - deyə dövlətimizin başçısı qeyd edib.
Bildirilib ki, dövlətlər arasında siyasi münasibətlər güclüdür, BMT, Qoşulmama Hərəkatı, həmçinin AQEM çərçivəsində əməkdaşlıq edilir. Dövlətimizin başçısı vurğulayıb ki, eyni zamanda, ticarət və investisiyalar istiqamətində işləri müzakirə etməliyik.
Vurğulanıb ki, ölkəmiz Cənub-Şərqi Asiya ilə maraqlanır, bu bizim xarici siyasətin prioritetlərindən biridir, vacib bir bölgədir. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynamaqdadır.
Qanunverici hakimiyyət orqanları səviyyəsindəki əlaqələr də ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verir. Kamboca həmçinin Azərbaycanın Asiya Parlament Assambleyasına müşahidəçi qismində qoşulmaq təşəbbüsünü yaxından dəstəkləyir. Bu çoxtərəfli həmrəylik iki dövlətin qlobal platformalarda ədalətli beynəlxalq nizamın, suverenliyin və müstəqil xarici siyasət xəttinin qorunması prinsiplərinə sadiqliyini nümayiş etdirir.
Humanitar, təhsil və mədəniyyət sahələrindəki tarixi bağlar da Azərbaycan-Kamboca münasibətlərinin mühüm elementləridir. Sovet dövründə Azərbaycanda yüzlərlə kambocalı tələbənin ali təhsil alması ənənəsinin bərpa olunması təşəbbüsü, kadr hazırlığı və tələbə mübadiləsinin yenidən aktivləşdirilməsi iki ölkənin cari əməkdaşlıq gündəliyində önəmli yer tutur.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Kamboca mina çirklənməsinin nəticələrindən əziyyət çəkən ölkələrdir. İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin hələ də ciddi problem olaraq qaldığını diqqətə çatdıran Prezident İlham Əliyev təcrübə, bilik və texnologiya mübadiləsinin, eləcə də təlim tədbirlərinin keçirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.
Dövlət başçısının bildirdiyinə görə, Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində basdırdığı minaların partlaması nəticəsində ərazilərin azad edilməsindən sonrakı illərdə 400-dən çox insan həlak olub və ya yaralanıb. Bu rəqəm mina probleminin yalnız hərbi əməliyyatların nəticəsi olmadığını, həm də mülki əhalinin təhlükəsizliyinə, sosial-iqtisadi inkişafa və insanların doğma yurdlarına qayıdışına təsir edən uzunmüddətli humanitar böhran olduğunu nümayiş etdirir.
Minalarla çirklənmiş ərazilərin təmizlənməsi Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında genişmiqyaslı bərpa və quruculuq işlərinin əsas şərtlərindən biridir. İnfrastrukturun yenidən qurulması, kənd təsərrüfatı torpaqlarının istifadəyə qaytarılması, yaşayış məntəqələrinin bərpası və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışı birbaşa minatəmizləmə prosesinin sürətindən və səmərəliliyindən asılıdır. Buna görə də bu sahədə əldə olunan hər bir texnoloji nailiyyət, hazırlanmış peşəkar kadr və genişləndirilmiş beynəlxalq tərəfdaşlıq Azərbaycanın milli inkişaf prioritetləri ilə bilavasitə bağlıdır.
Ölkəmiz qlobal əməkdaşlıqda dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə daim hörmətlə yanaşıb. Kamboca Krallığı ilə münasibətlərdə də Azərbaycan bu prinsiplərə sadiqliyini qoruyur. Ali qonağın da vurğuladığı kimi Kambocanın və Azərbaycanın ikitərəfli əməkdaşlığı gücləndirmək əzmi çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyətimizin inkişafına da töhfə verəcəkdir. Beləliklə, bu səfərin Azərbaycan və Kamboca arasında əməkdaşlığın daha da güclənməsinə yeni imkanlar açacağı şübhə doğurmur.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 240   Tarix: 13 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib

Oktyabrın 13-də "Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat" qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub. bununla bağlı AZƏRTAC-a istinadən xəbə

13 oktyabr
.

İlham Əliyevin adından Kamboca baş nazirinin şərəfinə rəsmi nahar verilib - Foto

Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Kamboca Krallığının Baş naziri Hun Manetin və birinci xanım Piç Çanmoninin şərəfinə rəsmi nahar verilib. bununla bağlı AZƏRTAC məlumat yayıb

12 oktyabr
.

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - Foto

Oktyabrın 13-də Bakıda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Laos prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlha

13 oktyabr
.

Kambocadan Azərbaycana səfirlik açmaq təklifi

Kamboca Azərbaycana Pnompendə səfirlik açmağı təklif edib. xəbər verir ki, bu fikirləri Kamboca Ticarət Palatasının prezidenti Neak Oknha Kith Azərbaycan-Kamboca biznes forumunda deyib. O bildirib ki, turizmə sərmayə və ticarəti sürətləndirmək üçün birbaşa uçuş da həyata keçirilməlidir:. "Azərbayca

12 oktyabr
.

İlham Əliyev İspaniya Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı VI Felipeni ölkənin milli bayramı münasibətilə təbrik edib. -a istinadən məlumatına görə, təbrikdə deyilir:. "İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adında

12 oktyabr
.

İlham Əliyevin adından Laos prezidentinin şərəfinə rəsmi nahar verilib - Foto

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavin

13 oktyabr
.

2003-cü il 15 oktyabr tarixin yaddaşına həkk olundu

15 oktyabr 2003-cü il tarixdə keçirilən prezident seçkilərində xalqımızın düzgün seçim edərək, Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək cənab İlham Əliyevə səs verməsi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Keçirilmiş seçkilərdə Azərbaycanda seçicilərin 76 faizdən çoxu cəna

12 oktyabr
.

İlham Əliyev TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən həmin müraciətin mətnini təqdim edir:. "Sizi Bakı şəhərində TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərini

12 oktyabr
.

Azərbaycan-Kamboca əməkdaşlığında yeni iqtisadi imkanlar

2026-cı il oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşü və mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyan mühüm hadisə kimi diqqət çəkir. Rəsmi səfər çərçivəsində keçirilə

13 oktyabr