"Bulud İnşaat" xaricə 52 700 dollar köçürdü, 10 540 dollar cərimələndi - Şikayəti təmin olunmadı

"Bulud İnşaat" xaricə 52 700 dollar köçürdü, 10 540 dollar cərimələndi - Şikayəti təmin olunmadı"Bulud İnşaat" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (xarici valyuta vəsaitinin xaricə köçürülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət) ilə protokol tərtib edilib.

Qaynarinfo xəbər verir ki, iş materiallarına əsasən, şirkət tərəfindən 2024-cü ildə Azərbaycandan kənara 52 700 ABŞ dolları məbləğində vəsait köçürülüb. Köçürmə ilə bağlı sənədlərin araşdırılması zamanı həmin vəsaitin müqabilində idxalı təsdiq edən müvafiq sənədlərin banka təqdim edilmədiyi müəyyən olunub.

İşə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmə şirkəti inzibati xətanı törətməkdə təqsirli bilərək, köçürülmüş vəsaitin 20 faizi həcmində - 10 540 ABŞ dolları məbləğində cərimə tətbiq edib.

"Bulud İnşaat" MMC birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini istəyib.

Şirkət şikayətində bildirib ki, köçürülmüş 52 700 ABŞ dolları müvafiq malların alınması üçün avans şəklində ödənilib və həmin vəsaitin müqabilində mallar Azərbaycana idxal olunub. Bu halın təsdiqi kimi yük gömrük bəyannamələrinin iş materiallarına əlavə edildiyi qeyd olunub.

MMC-nin mövqeyinə görə, gömrük bəyannaməsində müqavilənin tarixi, nömrəsi və malların növü ilə bağlı uyğunsuzluq texniki səhvlə əlaqədar olub. Şirkət həmin səhvin aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsinə (DGK) müraciət etdiyini, lakin cavab məktubunun gecikdiyini bildirib.

Apellyasiya şikayətində vurğulanıb ki, sonradan gömrük bəyannaməsindəki yanlışlıq aradan qaldırılıb və elektron sistemə yenilənmiş bəyannamə daxil edilib. Şirkət bu əsaslarla inzibati xəta tərkibinin olmadığını iddia edib.

Birinci instansiya məhkəməsi qərarında qeyd edib ki, təqdim olunmuş gömrük bəyannaməsindəki müqavilənin tarixi və idxal edilmiş malların növü vəsaitin köçürülməsinə dair ərizəyə əlavə olunan müqavilədəki məlumatlarla uyğun gəlməyib.

Məhkəmənin bildirdiyinə görə, şirkət nümayəndəsi uyğunsuzluğun aradan qaldırılması üçün DGK-ya müraciət etdiyini desə də, baxışlar bir neçə dəfə təxirə salınmasına baxmayaraq, müqavilə nömrəsindəki yanlışlığın texniki səhv olduğunu təsdiqləyən sənəd və ya düzəliş edilmiş gömrük bəyannaməsi təqdim edilməyib.

İş materiallarında olan bank məktubunda və köçürmə ilə bağlı ərizədə də 52 700 ABŞ dollarının xaricə köçürüldüyü, lakin köçürmə üzrə idxalı təsdiqləyən müvafiq sənədlərin banka təqdim edilmədiyi göstərilib.

Apellyasiya instansiyası iş materiallarını araşdırdıqdan sonra şirkətin şikayətini təmin etməyib və Binəqədi Rayon Məhkəməsinin qərarını dəyişdirilmədən saxlayıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Bulud İnşaat" MMC 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şossesi, ev 10-da yerləşir. Şirkətin qanuni təmsilçisi Şükürov Şahin Rafiq oğludur.

Hazırda vergi sistemində şirkətin 95 090,33 manat vergi borcu olduğu göstərilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 165   Tarix: 13 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"

Azərbaycan kəlağayısı sadəcə baş örtüyü deyil. O, xalqımızın tarixi yaddaşını, estetik zövqünü, sənətkarlıq ənənələrini və nəsillər arasında mənəvi bağlılığı yaşadan milli mədəniyyət nümunəsidir. Kəlağayının dəyəri onun yalnız geyim elementi olmasında deyil, Azərbaycan xalqının özünəməxsusluğunu əsrlə

13 oktyabr
.

İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat edib. APA-nın yerli bürosunun məlumatına görə, Tovuz rayon sakini Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlum olub. Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olara

13 oktyabr
.

Vahid məktəbli forması ümumi təhsil mühitinin formalaşmasına necə təsir edir?

Məktəblərdə vahid geyim formasının tətbiqi ümumi təhsil mühitinin formalaşması, intizamın qorunması və şagirdlər arasında bərabərliyin təmin olunması baxımından əhəmiyyətlidir. Eyni geyim forması şagirdlərin xarici görünüşü ilə bağlı fərqləri azaltmaqla diqqətin təhsilə, bilik və bacarıqların inkişafın

13 oktyabr
.

"Bulud İnşaat" xaricə 52 700 dollar köçürdü, 10 540 dollar cərimələndi - Şikayəti təmin olunmadı

"Bulud İnşaat" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (xarici valyuta vəsaitinin xaricə köçürülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət) ilə protokol tərtib edilib. Qaynarinfo xəbər verir ki, iş materiallarına əsasən, şirkət tərəfindən 2024-c

13 oktyabr
.

Xoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"

Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərin

12 oktyabr
.

Polisdən sürücülərə dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dəmir yolu keçidlərinin təhlükəli yol sahəsi olması ilə bağlı xəbərdarlıq edib. BDYPİ-dən -a verilən xəbərə görə, xəbərdarlıqda deyilir:. "Dəmir yolunun Salyan-Salmanlı sahəsində qorunmayan keçiddə, xöşbəxtlikdən maddi zərərlə nəticələnən bu qəza hələ də bu sahəd

13 oktyabr
.

Məktəb direktorunun maşını yandırıldı - Fotolar

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki, xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelin

12 oktyabr
.

Məktəbli forması ətrafında informasiya savaşı: Azərbaycan təhsilini hədəfə alan kampaniyaların arxasında nə dayanır?

Azərbaycan məktəblərində vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələr təkcə geyim qaydaları ilə məhdudlaşmamalıdır. Məsələnin mahiyyəti təhsil mühitində bərabərliyin qorunması, uşaqların sağlam sosial mühitdə yetişməsi, milli-mənəvi dəyərlərin aşılanması və cəmiyyətin xarici informasiy

13 oktyabr
.

Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər

Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gənc nəslin vətənpərvər ruhda yetişməsi, tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyan "44" bədii filmi ictimaiyyətə təqdim olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, filmi

13 oktyabr