"ABŞ İrana qarşı daha dağıdıcı silahlardan istifadə etmək qərarına gəlsə, İsrailin də bu əməliyyatlara qoşulması mümkündür" - BƏHRUZ QULİYEV

"ABŞ İrana qarşı daha dağıdıcı silahlardan istifadə etmək qərarına gəlsə, İsrailin də bu əməliyyatlara qoşulması mümkündür" - BƏHRUZ QULİYEV"ABŞ-ın İrana qarşı daha ağır silahlardan istifadə etmək ehtimalının gündəmə gəlməsi Yaxın Şərqdə müharibənin növbəti mərhələsi ilə bağlı ciddi suallar yaradır. Burada əsas məsələlərdən biri ABŞ-la İsrailin İran istiqamətində hərbi əməliyyatları bundan sonra da birgə davam etdirib-etdirməyəcəyidir.

Donald Trampın oktyabrın 16-da İsrailin Baş naziri Benyamin Netanyahuya etimadı barədə suala "Mən siyasət dünyasında heç kimə güvənmirəm" cavabını verməsi diqqət çəkir. Bununla belə, Tramp həmin açıqlamada Netanyahu ilə münasibətlərinin pis olduğunu birbaşa bildirməyib, əksinə, aralarındakı münasibətləri yaxşı kimi xarakterizə edib. Ona görə də bu ifadəni iki lider arasında münasibətlərin qəti şəkildə pozulmasının sübutu kimi qəbul etmək düzgün olmaz.

Lakin beynəlxalq siyasətdə şəxsi münasibətlərlə dövlət maraqları həmişə üst-üstə düşmür. Vaşinqtonla Təl-Əviv İranın nüvə imkanlarının məhdudlaşdırılması və təhlükəsizlik məsələlərində ortaq mövqeyə malik olsalar da, hərbi əməliyyatların miqyası, müddəti və yekun məqsədləri ilə bağlı fərqli yanaşmalar ortaya çıxa bilər.

ABŞ İrana qarşı daha dağıdıcı silahlardan istifadə etmək qərarına gəlsə, İsrailin də bu əməliyyatlara qoşulması mümkündür. Ancaq burada mühüm fərq var. İsrailin ABŞ-ın hərbi əməliyyatlarını dəstəkləməsi ilə onun bütün zərbə planlarında birbaşa iştirak etməsi eyni məsələ deyil. Təl-Əviv özünün təhlükəsizlik maraqlarına uyğun olaraq müstəqil hərbi addımlar da ata bilər." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Sonxeber.az-a açıqlamasında deyib.
"ABŞ İrana qarşı daha dağıdıcı silahlardan istifadə etmək qərarına gəlsə, İsrailin də bu əməliyyatlara qoşulması mümkündür" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, sigər tərəfdən, Tramp administrasiyası hərbi əməliyyatların müəyyən mərhələdə dayandırılmasını və ya danışıqlar yolu ilə nəticə əldə edilməsini məqsədəuyğun hesab edərsə, İsrail rəhbərliyi ilə taktiki fikir ayrılıqları yarana bilər. Belə bir vəziyyətdə əsas sual tərəflərin bir-birinə nə dərəcədə güvənməsi deyil, ortaq strateji məqsədlərinin hansı həddə qədər üst-üstə düşməsidir.

ABŞ-ın mümkün ağır zərbələri İranın cavab tədbirlərini də sərtləşdirə, münaqişənin İsrailə və regionun digər ölkələrinə yayılması riskini artıra bilər. Buna görə də hərbi üstünlüyün mövcudluğu münaqişənin siyasi nəticələrinin əvvəlcədən müəyyənləşdiyi anlamına gəlmir.

"Mənim qənaətimə görə, hazırkı mərhələdə ABŞ-la İsrail arasında münasibətləri yalnız Trampın bir açıqlaması əsasında qiymətləndirmək olmaz. Əsas göstəricilər tərəflərin real hərbi qərarları, əməliyyatların koordinasiyası və müharibənin gələcək məqsədləri olacaq. ABŞ və İsrail birgə hərəkət edə də bilərlər, müəyyən mərhələdə fərqli taktiki xətt seçə də bilərlər. Hansı variantın reallaşacağını isə rəsmi qərarlar və hadisələrin faktiki inkişafı göstərəcək." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 275   Tarix: 16 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video

Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbir

15 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətləri niyə hədəfə çevrilir?

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında diplomatik əməkdaşlıq deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji maraqlara söykənən qardaşlıq modelidir. Məhz bu münasibətlərin xüsusi xarakteri Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən ittihamları, tanınmı

15 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr
.

AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqladı - Video

Bakıda baş tutan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmiş İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana uçuş marşrutu ilə bağlı bəzi xarici mətbuat orqanlarında və sosial şəbəkələrdə müxtəlif xəbərlər yayılıb. xəbər verir ki, Türkiyəni

16 oktyabr
.

"Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir" - Türkiyədən gələn tənqidlərə REAKSİYA

"Türkiyədən Azərbaycana qarşı yönələn informasiya hücumları, xüsusilə də Nazirlər Kabinetinin son qərarından sonra səsləndirilən açıqlamalar təsadüfi deyil. Bu hücumları iki istiqamətdə qiymətləndirmək olar. Birincisi, uzun müddətdir AKP iqtidarı dövründə Türkiyəyə sızmış və orada möhkəmlənmiş

15 oktyabr
.

İlham Əliyev Hindistanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Hindistan Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib. Abhay Kumar ikitərəfli münasibətləri

16 oktyabr
.

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısına hazırlıq işləri görülür

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına hazırlıq işləri aparılır. xəbər verir ki, toplantının keçirilməsi ilə bağlı hazırlıq prosesi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. [hh4-unikal]

15 oktyabr
.

Prezidentdən dörd paralimpiyaçımızla bağlı sərəncam

Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycanda idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə gör

16 oktyabr
.

Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammiti çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş baş tutub. -ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova açıqlam

15 oktyabr