Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcəkAzərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək.

Sonxeber.az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi əsasında magistratura (rezidentura) səviyyəsini bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddəti ali təhsilin hər bir göstərilən səviyyəsi üzrə bir dəfə olmaqla 1 il azaldılıb.

Bundan başqa, "leytenant" hərbi rütbəsində olma müddətinə dair müddəalar yenilənib.

Buna əsasən, təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün həmin müddət 2 il, aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edənlər üçün 1 il, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda 1 il müəyyən edilib.

Dövlətimizin başçısı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 511-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 92   Tarix: 23 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Əməkdaşlıq hansı istiqamətlərdə genişlənəcək?

"Azərbaycan-Vyetnam əməkdaşlığı tarixində yeni səhifə açılır. Bunun zəruriliyi bir neçə amillə izah olunur. İlk növbədə, Azərbaycan-Vyetnam münasibətlərinin tarixi ənənələrə və möhkəm köklərə malik olduğunu qeyd etmək lazımdır. İkinci Dünya müharibəsindən sonra əsası qoyulan əlaqələr ötən 80 il

20 noyabr
.

Prezident Çexiya ilə sazişi təsdiqlədi

"Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Qeyd edək ki, sənəd 2026-cı il sentyabrın 30-da Bakı şəhərində imzalanıb

23 noyabr
.

Prezident həmkarı ilə geniş tərkibdə görüşdü - Fotolar - Yenilənib

Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. *. Görüşdə çıxış edən Vyetnam Prezidenti To Lam deyib:

21 noyabr
.

Şərqə açılan yeni pəncərə: Azərbaycanın geosiyasi nüfuzu genişlənir - MƏQALƏ

Azərbaycan yeni geosiyasi xəritədə öz mövqelərini möhkəmləndirir. Dünya siyasətində baş verən fundamental dəyişikliklər, qlobal iqtisadi güc mərkəzlərinin coğrafiyasının yenidən formalaşması, beynəlxalq ticarət və logistika marşrutlarının strateji əhəmiyyətinin artması dövlətlərin xarici siyasət prioritetlərin

21 noyabr
.

Prezidentin Vyetnam səfərindən - Görüntülər

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:

21 noyabr
.

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə başsağlığı verib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısının Gürcüstan Prezidentinə ünvanlandığı məktubda deyilir:. "Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insanların həla

21 noyabr
.

İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Zati-aliləri general Jozef Auna təbrik məktubu göndərib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Livan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətil

22 noyabr
.

Prezidentdən Asif Əsgərovla bağlı - Sərəncam

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Asif Yunis oğlu Əsgərov "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, bu gün deputat Asif Əsgərovun 60 yaşı tamam olur

23 noyabr
.

İlham Əliyev İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliya Respublikasının Nazirlər Şurası sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqınd

23 noyabr