Azərbaycan və Özbəkistan üçüncü ölkələrdə birgə turizm tədbirləri keçirəcəklər
Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov və bu ölkənin Turizm Komitəsinin sədri Abdulaziz Akkulov görüş zamanı turizm potensialının təşviqi və qarşılıqlı turist axınının artırılması məqsədilə üçüncü ölkələrdə birgə tədbirlər keçirmək barədə razılığa gəliblər.
Sonxeber.az xəbər verir ki, bu barədə Özbəkistanın Turizm Komitəsi məlumat yayıb.
Tərəflər qarşılıqlı turist axınının artırılmasını, iki ölkənin turizm potensialının daha geniş təşviqini və turizm sənayesi nümayəndələri arasında birbaşa əlaqələrin fəallaşdırılmasını müzakirə ediblər. Bununla əlaqədar onlar turizm sahəsində Özbəkistan və Azərbaycan həmkarlar ittifaqları arasında birbaşa dialoq qurmaq və əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.
"Görüş zamanı turizm sahəsində həyata keçirilən birgə layihələrin müsbət nəticələri də qeyd olunub. Xüsusilə vurğulanıb ki, 2025-ci ilin oktyabr ayında Özbəkistanın Turizm Komitəsi və Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən "Highlights of the Silk Road" layihəsi çərçivəsində bir sıra Avropa şəhərlərində turizm sənayesi nümayəndələri üçün birgə roud-şoular təşkil edilib. Bu istiqamətdə əməkdaşlığı davam etdirmək məqsədilə tərəflər cari ilin oktyabr ayında Avropanın dörd ölkəsində növbəti birgə roud-şouların keçirilməsi barədə razılığa gəliblər", - məlumatda bildirilib.
Bundan əlavə, tərəflər Özbəkistan və Azərbaycanın turoperatorları, media nümayəndələri və blogerləri üçün qarşılıqlı məlumat turları təşkil etmək, həmçinin iki ölkənin özəl sektor nümayəndələri arasında B2B görüşləri keçirmək barədə razılığa gəliblər.
R.Məmmədov qeyd edib ki, Azərbaycanda dağ-xizək və sağlamlıq turizminin inkişafına xüsusi diqqət yetirilir. O, dağ-xizək turizminin perspektivli istiqamətlərindən biri kimi Kəlbəcər rayonunun inkişafı ilə bağlı planlar, həmçinin Naftalanda sağlamlıq turizmi üzrə ixtisaslaşan sanatoriya və mehmanxanaların fəaliyyəti barədə məlumat verib.
Görüşün sonunda Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri və səfir Rəşad Məmmədov noyabrın 25-27-də keçiriləcək Daşkənd Beynəlxalq Turizm Yarmarkasına, habelə BMT-nin Ümumdünya Turizm Təşkilatının (UN Tourism) əməkdaşlığı ilə yarmarka çərçivəsində baş tutacaq "2027-ci il - Beynəlxalq Dayanıqlı və Davamlı Turizm İli"nin açılış mərasiminə dəvət olunublar.
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 329 Tarix: 23 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oteldə İNTİHAR: müştəri özünü binadan atdı
Rusiyanın paytaxtı Moskvada otelin müştərisi intihar edib. yerli mediaya istinadla bildirir ki, hadisə saat gecə saatlarında Leninski prospektindəki yerləşən "Salyut" otelində baş verib. Moskva vilayətinin Mıtişi şəhərindən olan 37 yaşlı kişi binanın pəncərəsindən özünü atıb və hadisə yerind
19 oktyabr 2025Macarıstanın Baş naziri Orban deputat mandatından imtina edib
Macarıstanın Baş naziri Viktor Orban "FİDES - Macarıstan Vətəndaş İttifaqı" koalisiyasının lideri olaraq qalmaqla deputat mandatından imtina etmək qərarına gəlib. "Report" Macarıstan mediasına istinadən xəbər verir ki, bu barədə Orban videomüraciətində bildirib. "FİDES və Xristian-Demokra
26 aprelBraziliyada bir uşaq köpəkbalığı hücumu nəticəsində ölüb
Braziliyanın Olinda şəhərinin çimərliyində 13 yaşlı yeniyetmə köpəkbalığı dişləməsi nəticəsində həlak olub. "Report" xəbər verir ki, bu barədə "Agência Brasil" məlumat yayıb. Agentliyin yazdığına görə, oğlan dənizdə dostları ilə oynayarkən köpəkbalığı ona hücum edərək sağ budunu
1 fevralAzərbaycan və Özbəkistan üçüncü ölkələrdə birgə turizm tədbirləri keçirəcəklər
Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov və bu ölkənin Turizm Komitəsinin sədri Abdulaziz Akkulov görüş zamanı turizm potensialının təşviqi və qarşılıqlı turist axınının artırılması məqsədilə üçüncü ölkələrdə birgə tədbirlər keçirmək barədə razılığa gəliblər. xəbər verir ki, bu barədə Özbəkistanı
23 sentyabrBakı aeroportu payız-qış uçuş cədvəlinə keçir
Heydər Əliyev Beynəlxalq Aeroportu oktyabrın 25-dən payız-qış uçuş cədvəlinə keçir. Bu barədə -a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib. Bildirilib ki, 2027-ci il martın 27-dək davam edəcək mövsümün proqramı Avropa, Türkiyə, Yaxın Şərq, Mərkəzi, Cənubi və Şərqi Asiya, eləcə də digər istiqamətlə
16 oktyabrKonqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb
Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola hallarının sayı 7 00-i keçib, təxminən 3 400 nəfərin öldüyü bildirilir. Bu barədə hökumətin yayımladığı son hesabatda məlumat verilib. Sentyabrın 10-na olan məlumata görə, səhiyyə orqanları 7 022 təsdiqlənmiş yoluxma və 3 398 ölüm halı qeydə alıb. Beləliklə
12 sentyabrBoğulma hadisələri daxili turizmə təsir göstərir - AÇIQLAMA
Yay mövsümündə çimərliklərdə baş verən boğulma halları və təhlükəsizliklə bağlı problemlər cəmiyyətin ciddi narahatlıq doğuran məsələlərindən birinə çevrilir. Bu cür hadisələr təkcə insanların həyatı üçün risk yaratmır, həm də ölkənin turizm imicinə və daxili turizmin inkişafına təsir göstərən amillərdə
5 avqustTramp Uitkoff və Kuşnerin İslamabada səfərini ləğv edib
ABŞ Prezidenti Donald Tramp xüsusi elçi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün Pakistana səfərini ləğv edib. "Report"un məlumatına görə, o, bunu "Fox News" telekanalının jurnalisti Aişə Hesniyə deyib. Jurnalist "X" sosial şəbəkəsində yazı
26 aprel