Azərbaycana daha çox xarici turist cəlb etmək üçün hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Azərbaycana daha çox xarici turist cəlb etmək üçün hansı addımlar atılmalıdır? - AÇIQLAMAAzərbaycan vətəndaşları üçün vizasız səfər imkanlarının genişlənməsi xaricə səyahətlərin daha əlçatan və rahat olmasına şərait yarada bilər. Viza prosedurlarının aradan qalxması və ya sadələşdirilməsi səyahət planlaşdırılmasını asanlaşdırmaqla yanaşı, turistlərin yeni istiqamətlərə marağını da artıra bilər. Bu baxımdan, vizasız rejimlərin genişlənməsinin Azərbaycandan xaricə turist axınına təsiri də diqqət çəkən məsələlərdəndir.

Bəs, Azərbaycan vətəndaşları üçün vizasız səfər imkanlarının genişlənməsi xaricə səyahətlərin sayına və turistlərin istiqamət seçimlərinə necə təsir göstərə bilər və vizasız rejimlərin artması Azərbaycandan xaricə turist axınının yüksəlməsinə nə dərəcədə səbəb ola bilər?
Azərbaycana daha çox xarici turist cəlb etmək üçün hansı addımlar atılmalıdır? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən turizm eksperti Rəhman Quliyev bildirib ki, Azərbaycana daha çox xarici turist cəlb etmək üçün ilk növbədə ölkənin turizm potensialının beynəlxalq bazarlarda daha məqsədyönlü və sistemli şəkildə tanıdılması vacibdir.

"Azərbaycan yalnız Bakı ilə deyil, Qarabağ və Şərqi Zəngəzur, Qəbələ, Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran-Astara, Naxçıvan və digər regionların fərqli turizm imkanları ilə təqdim olunmalıdır. Bunun üçün rəqəmsal marketinq, beynəlxalq sərgilər, xarici media və influenserlərlə əməkdaşlıq, eləcə də konkret ölkələrin turist zövqünə uyğun reklam kampaniyaları genişləndirilməlidir.
Digər mühüm məsələ nəqliyyat əlçatanlığıdır. Birbaşa aviareyslərin sayının artırılması, yeni istiqamətlərin açılması və hava nəqliyyatında rəqabətin gücləndirilməsi turist axınına birbaşa təsir göstərə bilər. Turist üçün yalnız uçuşun mövcudluğu deyil, bilet qiymətinin münasib olması və səfərin ümumi xərclərinin rəqabətqabiliyyətli səviyyədə saxlanılması da əhəmiyyətlidir".

Ekspert bildirib ki, xidmət keyfiyyətinin yüksəldilməsi isə turizm strategiyasının əsas istiqamətlərindən biri olmalıdır:

"Otel, restoran, nəqliyyat, bələdçilik və digər xidmət sahələrində peşəkarlığın artırılması, xarici dil biliklərinin genişləndirilməsi və turist məmnuniyyətinin davamlı ölçülməsi vacibdir. Turistlərin yalnız Bakıda qalmasının qarşısını almaq üçün Bakı ilə regionlar arasında vahid turizm marşrutları və kombinə edilmiş paketlər hazırlanmalıdır. Məsələn, xarici turistə "Bakı-Şəki-Qəbələ", "Bakı-Qarabağ-Şərqi Zəngəzur", "Bakı-Lənkəran-Astara" kimi müxtəlif konsepsiyalarda hazır səyahət məhsulları təqdim etmək mümkündür.
Regionlarda turizm infrastrukturunun, xüsusilə yol, nəqliyyat, hotellər, restoranlar, istirahət və əyləncə obyektlərinin inkişafı da paralel aparılmalıdır. Eyni zamanda regionların özünəməxsus mətbəxi, təbiəti, tarixi-mədəni irsi, ekoturizm və kənd turizmi imkanları beynəlxalq auditoriyaya daha aktiv təqdim edilməlidir".

Onun sözlərinə görə, əsas məqsəd sadəcə turist sayını artırmaq deyil, turistin Azərbaycanda daha uzun müddət qalmasına və daha çox regionu ziyarət etməsinə nail olmaqdır. Bunun üçün "Azərbaycan - bir şəhər deyil, müxtəlif təcrübələrin ölkəsidir" yanaşması ilə vahid və rəqabətqabiliyyətli turizm məhsulu formalaşdırmaq lazımdır.

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Turizm   Baxılıb: 271   Tarix: 07 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp Uitkoff və Kuşnerin İslamabada səfərini ləğv edib

ABŞ Prezidenti Donald Tramp xüsusi elçi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün Pakistana səfərini ləğv edib. "Report"un məlumatına görə, o, bunu "Fox News" telekanalının jurnalisti Aişə Hesniyə deyib. Jurnalist "X" sosial şəbəkəsində yazı

26 aprel
.

Azərbaycan və Özbəkistan üçüncü ölkələrdə birgə turizm tədbirləri keçirəcəklər

Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov və bu ölkənin Turizm Komitəsinin sədri Abdulaziz Akkulov görüş zamanı turizm potensialının təşviqi və qarşılıqlı turist axınının artırılması məqsədilə üçüncü ölkələrdə birgə tədbirlər keçirmək barədə razılığa gəliblər. xəbər verir ki, bu barədə Özbəkistanı

23 sentyabr
.

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı

ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir vulkanın (McDermitt Kalderası) altında dünyanın ən böyük litium yatağı kəşf edilib. Bu kəşf həm enerji sektoru, həm də qlobal iqtisadiyyat üçün böyük bir inqilab deməkdir. xəbər verir ki, tədqiqatçılar bu ərazidə təxminən 20 ilə 40 milyo

21 fevral
.

İz qoymaq üçün tarixin izini silənlər: Şuşanın təbii irsi üçün hansı risklər yaranır?

Şuşada bəzi turistlərin qayaların üzərinə müxtəlif yazılar yazması həm təbiətə, həm də tarixi əhəmiyyət daşıyan məkanlara zərər vurulması ilə bağlı narahatlıq yaradıb. Qoruq İdarəsinin məlumatına görə, bu cür yazılar sonradan silinsə də, təmizləmə zamanı qayalara əlavə zərər dəyməsi mümkündür və bel

7 sentyabr
.

Vizasız rejim GENİŞLƏNDİRİLİR: Xaricə səyahət ASANLAŞIR?

Azərbaycanlıların vizasız səfər edə bildiyi ölkələrin sayının artması xaricə səyahət imkanlarının genişlənməsinə və vətəndaşların fərqli istiqamətlərə marağının artmasına şərait yarada bilər. Viza prosedurlarının aradan qalxması və ya sadələşdirilməsi səyahət planlaşdırılmasını asanlaşdırmaqla yanaşı

25 sentyabr
.

Moskva aeroportunda nadir tısbağaların qaçaqmalçılığına cəhdin qarşısı alınıb

Rusiyanın Federal Gömrük Xidmətinin əməkdaşları Moskvanın Domodedovo hava limanında 476 baş nadir Orta Asiya tısbağasının qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısını alıblar. xəbər verir ki, bu barədə TASS Rusiyanın Federal Gömrük Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, dəyəri ü

4 iyul
.

Türkiyədə hoteldə baş vermiş yanğınla bağlı müttəhimlərə 2 min ilədək həbs cəzası tələb olunur

Türkiyənin Bolu vilayətindəki "Kartalkaya" dağ-xizək kurortunda hoteldə baş verən yanğınla bağlı istintaq aparan prokurorluq ittiham aktı hazırlayıb və bəzi müttəhimlər üçün 2 min ilə yaxın həbs cəzası tələb edir. xəbər verir ki, bu barədə "A haber" telekanalı məlumat verib. Qey

18 may 2025
.

"Haaretz": İsrail "erməni soyqırımı"nı tanımaqla heç nə qazanmayacaq

İsrail "erməni soyqırımı"nı tanımaq üçün uğursuz məqam seçib və ölkə bu qərardan heç nə qazanmayacaq. "Report" xəbər verir ki, bu barədə İsrailin "Haaretz" nəşri diplomatik mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, bu qərar (İsrail hökumətinin - red.) Ermənistanı

4 iyul
.

Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Asiyanın əsas bölgəsindən ümumilikdə 94 min 846 turist qəbul edib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 % azdır. Belə ki, Cənubi Asiyadan gələnlərin sayı 52,1 % azalaraq 34 031 nəfər, Mərkəz

30 may