Qışda yay idman ayaqqabısı ilə qaçmaq təhlükəlidir

Qışda yay idman ayaqqabısı ilə qaçmaq təhlükəlidirSoyuq havalarda yay üçün nəzərdə tutulmuş idman ayaqqabısı ilə qaçmaq ayaqlarda qan dövranının pozulmasına, keyiməyə və dırnaq zədələrinə səbəb ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Gazeta.ru" nəşrinə Rusiya Dövlət Pedaqoji Universitetinin Bədən Tərbiyəsi və İdman İnstitutunun dosenti Yekaterina Saburova danışıb.

Alimin sözlərinə görə, qaçış zamanı ayaq barmaqları təbii olaraq yana doğru açılır, ayaq pəncəsi isə bir qədər şişə bilər. Ayaqqabı dar olduqda damarlar sıxılır, nəticədə qan dövranı zəifləyir və barmaqlarda hissiyyat pozula bilər. Buna görə də qış qaçışı üçün gündəlik ölçüdən yarım və ya bir ölçü böyük ayaqqabı seçmək məsləhətdir.

Digər təhlükə isə ayaqqabının altlığının soyuqda sərtləşməsidir. Yay idman ayaqqabılarının rezin altlığı aşağı temperaturda elastikliyini itirərək sürüşmə riskini artırır. Ekspert qışda şaxtaya davamlı altlığı və dərin protektoru olan modellərə üstünlük verməyi tövsiyə edir.

Saburovanın sözlərinə görə, tapdalanmış qar üzərində qaçmaq üçün protektorun dərinliyi ən azı 4 millimetr, yumşaq qarda isə 6 millimetr olmalıdır. Buzlu səthlərdə sürüşmənin qarşısını almaq üçün xüsusi şipli ayaqqabılardan istifadə etmək mümkündür.

Geyim seçimi də vacibdir

Mütəxəssis qışda qaçarkən geyimə də diqqət yetirməyin vacibliyini vurğulayıb. Temperatur sıfır dərəcəyə yaxın olduqda üçqat geyim sistemi tövsiyə olunur: sintetik termal alt geyim, nazik flis və küləkdən qoruyan yüngül gödəkçə.

Pambıq geyimlərdən istifadə isə məsləhət görülmür. Çünki pambıq təri özünə çəkir və islandıqda bədənin daha sürətlə soyumasına şərait yaradır.

Alim xüsusilə qaçış zamanı dayanmağın təhlükəli ola biləcəyini qeyd edib. Məsələn, svetoforda gözləyərkən bədən istiliyinin yaranması azalır, yaş geyim isə insanın tez üşüməsinə səbəb olur.

Saburova qaçışa çıxarkən geyimdə bir qədər sərinlik hiss edilməsinin normal olduğunu bildirib. Onun sözlərinə görə, küçəyə çıxan kimi isti hiss edən insan hərəkətə başladıqdan təxminən 10 dəqiqə sonra həddindən artıq tərləyə və dayanarkən sürətlə soyuqlaya bilər.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 106   Tarix: 26 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xərçəngin ən qəddar növünə qarşı effektiv vasitə: Yeni texnologiya nə vəd edir? - Video

Xərçəngin müalicəsində şiş hüceyrələrini daha dəqiq hədəfə alan və sağlam toxumaları qoruyan yeni nəsil üsullar sürətlə inkişaf etdirilir. Rusiyada da yeni mərhələnin başlanması istiqamətində mühüm addım atılır. Alimlər yoğun bağırsaq xərçənginin müalicəsində "mRNT" texnologiyasına əsaslana

22 noyabr
.

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

Yayılmış irihüceyrəli ağciyər xərçəngindən əziyyət çəkən xəstələr müalicəyə başlamazdan əvvəl şişdəki geniş spektrli genetik dəyişiklikləri aşkar etməyə imkan verən kompleks genom testindən keçdikdə daha uzun yaşayırlar. xəbər verir ki, bu qənaətə "Journal of the National Comprehensive Cancer Network"

15 noyabr
.

Valideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?

Son günlər uşaqlar arasında rotavirus infeksiyası ilə bağlı narahatlıqlar artır. xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirələr aparılıb. Valideynlər övladlarında qusma, ishal və yüksək hərarətlə müşayiət olunan bu virus xüsusilə azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradacağından narahatlıqların

1 noyabr
.

COVID keçirənlərin yarıdan çoxu 5 ildir qoxu hiss etmir

COVID-19 virusundan sonra yaranan qoxu hissinin itməsi uzun illər davam edə bilər. ABŞ-nin Virciniya Birlik Universitetinin alimlərinin beş il ərzində apardıqları tədqiqatın nəticələrinə görə, koronavirusa yoluxduqdan sonra bu problemlə üzləşən xəstələrin təxminən 55 faizində beş il keçməsinə baxmayaraq

18 noyabr
.

Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı

"Çörək təkbaşına rasionu zərərli etmir. Əsas məsələ onun hansı miqdarda və nə ilə birlikdə yeyilməsidir". xəbər verir ki, bunu -ya rusiyalı diyetoloq və nutrisioloq Sofya Kovanova deyib. Mütəxəssisin sözlərinə görə, çörək seçimi zamanı həlledici amillər məhsulun tərkibi, lifin miqdarı, porsiyanı

22 noyabr
.

Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?

Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu

3 noyabr
.

Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub

Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand

1 noyabr
.

Sosial şəbəkələrdən uzun müddət istifadə depressiyaya səbəb ola bilər

Sosial şəbəkələrdə gündəlik keçirilən vaxt böyüklər arasında depressiya barədə məlumat verilməsi ilə əlaqəli əsas amillərdən biri kimi müəyyən edilib. Bu əlaqə ABŞ-da 11 il ərzində aparılan sorğularda müşahidə olunub. Qaynarinfo xəbər verir ki, araşdırma Şimal-Qərb Universiteti və Sinsinnati Universitetini

2 noyabr
.

Uşaqların boyunun daha sürətli uzanmasına kömək edən qidalar açıqlanıb

Uşaqların və yeniyetmələrin fiziki inkişafında qidalanmanın keyfiyyəti mühüm rol oynaya bilər. Araşdırmaya görə, yumurta, dəniz məhsulları, süd, meyvə və qoz-fındıqla zəngin qidalanma daha uzun boyla əlaqəlidir. xəbər verir ki, bu nəticə çinli alimlərin təxminən 1,7 milyon məktəblinin məlumatları əsasınd

20 noyabr