İnsanın çəkisi beyninin qocalmasına təsir edir - Alimlərdən xəbərdarlıq
Orta yaş dövründə artıq çəkiyə sahib olmaq yaddaşın zəifləməsi və zehni qabiliyyətlərin daha sürətlə azalması ilə əlaqəli ola bilər. Yeni araşdırma göstərib ki, bədən çəkisinin normallaşdırılması bu prosesi cəmi iki il ərzində ləngitməyə kömək edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın Corciya Universitetinin alimlərinin apardığı və "Journal of Neurology" jurnalında dərc olunan tədqiqatın nəticələrində bildirilir.
Alimlər 8200-dən çox insanı 24 il ərzində müşahidə ediblər. Araşdırma zamanı bədən kütləsi indeksinin (BKİ) artması ilə yaddaşın, diqqətin və qərarvermə qabiliyyətinin daha sürətlə zəifləməsi arasında əlaqə aşkarlanıb.
Tədqiqatçılar müəyyən ediblər ki, BKİ göstəricisinin hər bir vahid artımı icraedici funksiyaların daha sürətli pisləşməsi ilə əlaqəlidir. Bu funksiyalara tapşırıqları planlaşdırmaq, diqqəti cəmləmək və emosiyaları idarə etmək kimi zehni bacarıqlar daxildir.
Artıq çəki ilə beyin sağlamlığının pisləşməsi arasındakı ən güclü əlaqə araşdırmanın başlanmasından səkkiz il sonra müşahidə olunub. Mənfi təsirlər xüsusilə 65 yaşdan yuxarı iştirakçılarda daha qabarıq nəzərə çarpıb.
Çəkinin azaldılması beyni qoruya bilər
Tədqiqatın aparıcı müəllifi, Corciya Universitetinin İctimai Səhiyyə Kollecinin dosenti Suqanq Sonqun sözlərinə görə, çəkisini azaltmağa nail olan iştirakçılarda cəmi iki il ərzində koqnitiv funksiyaların zəifləməsi əhəmiyyətli dərəcədə yavaşlayıb.
Alimlər artıq piy toxumasının orqanizmdə xroniki iltihaba, insulin müqavimətinə və beynin qanla təchizatının azalmasına səbəb ola biləcəyini ehtimal edirlər. Bu proseslər yüngül koqnitiv pozuntular, Alsheymer xəstəliyi və digər demensiya formaları ilə əlaqələndirilir.
Qeyd edək ki, tibbdə bədən kütləsi indeksinin 30 və daha yüksək olması piylənmə göstəricisi hesab edilir.
Bununla belə, tədqiqatçılar nəticələrin səbəb-nəticə əlaqəsini sübut etmədiyini vurğulayırlar. Yəni artıq çəkinin birbaşa beyin funksiyalarını zəiflətdiyini qəti şəkildə demək mümkün deyil. Araşdırma yalnız bu iki amil arasında güclü statistik əlaqənin olduğunu göstərir.
Mütəxəssislərin fikrincə, çəkinin nəzarətdə saxlanılması təkcə ürək-damar xəstəlikləri və ikinci tip diabet riskinin azaldılması baxımından deyil, beyin sağlamlığının qorunması üçün də əhəmiyyətlidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQonşunun məsləhəti sizi xəstə edə bilər! - ƏHALİYƏ XƏBƏRDARLIQ
Baş ağrıyır, aptekə gedirik, soyuqlayırıq, tanışdan eşitdiyimiz dərmanı alıb içirik. Bəzən qonşunun məsləhəti, bəzən qohumun tövsiyəsi, bəzən də sosial şəbəkələrdə oxuduğumuz məlumat bizi həkimə getmədən müalicəyə başlamağa sövq edir. "Filankəs içib, xeyrini görüb, mənə də kömək edər" deyi
1 noyabrİnfarkt və insult riskinin ən yüksək olduğu saatlar
Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin
12 noyabrHər gün eyni saatda yatmaq və yemək ağrıları azalda bilər - ARAŞDIRMA
ABŞ alimləri gündəlik həyat rejiminə əməl edən yaşlı insanların daha az fiziki ağrı və depressiya əlamətləri ilə qarşılaşdığını müəyyənləşdiriblər. xəbər verir ki, bu barədə "ScienceDaily" Missuri Universitetində aparılan araşdırmaya istinadən məlumat yayıb. Tədqiqatda 67 yaşlı şəxs iştira
15 noyabrÜrək və beyin üçün ən faydalı çərəz
Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma
2 noyabrXərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər
Yayılmış irihüceyrəli ağciyər xərçəngindən əziyyət çəkən xəstələr müalicəyə başlamazdan əvvəl şişdəki geniş spektrli genetik dəyişiklikləri aşkar etməyə imkan verən kompleks genom testindən keçdikdə daha uzun yaşayırlar. xəbər verir ki, bu qənaətə "Journal of the National Comprehensive Cancer Network"
15 noyabrFizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Video
"Baku Med" verilişinin budəfəki buraxılışında fəqərələrarası disk yırtığı, artroz və üz sinirinin iflici mövzuları müzakirə olunub. Fəqərələrarası disk yırtığı hansı hallarda əməliyyat tələb edir?. Disk yırtığı ağrısız inkişaf edə bilərmi?. Artrozun müalicəsində fizioterapiyanın rolu nədir?
7 noyabrProtein niyə lazımdır?
Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır
1 noyabr