Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər.
Oxu.Az xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanın nəticələri "The American Journal of Clinical Nutrition" jurnalında dərc olunub.
Alimlər 80 yaşdan yuxarı 5 203 nəfərin məlumatlarını təhlil ediblər. Onlardan 1 459-u 100 yaşa qədər yaşayıb, digərləri isə daha erkən vəfat ediblər.
Tədqiqatçılar iştirakçıların qida rasionlarını müqayisə edərək ət istehlakı ilə uzunömürlülük arasındakı əlaqəni araşdırıblar.
Məlum olub ki, çəkisi normadan az olan yaşlılar arasında hər gün ət yeyənlərin 100 yaşa çatmaq ehtimalı vegetarianlarla müqayisədə 44% daha yüksəkdir. Lakin normal və ya artıq çəkisi olan şəxslərdə belə fərq qeydə alınmayıb.
Eyni zamanda, ət istehlakı ilə uzunömürlülük arasındakı əlaqə əsasən qadınlarda müşahidə edilib. Kişilərdə isə mütəxəssislər belə bir əlaqə aşkar etməyiblər.
Alimlər, həmçinin müəyyən ediblər ki, ət yeməyən, lakin balıq, yumurta və ya süd məhsulları istehlak edən yaşlı insanların 100 yaşa qədər yaşamaq ehtimalı ət yeyənlərlə təxminən eyni səviyyədədir.
Tədqiqatçılar hesab edirlər ki, əsas məsələ yalnız ətin özü deyil, onun tərkibindəki qida maddələridir. Yaşlılıq dövründə əzələ kütləsini qorumaq və orqanizmin zəifləməsinin qarşısını almaq üçün kifayət qədər zülal və kalori qəbul etmək xüsusilə vacibdir.
Araşdırmanın müəllifləri vurğulayırlar ki, əldə edilən nəticələr ət istehlakının birbaşa ömrü uzatdığını sübut etmir.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 178 Tarix: 18 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Payızda səhərlər yuxudan oyanmaq niyə çətin olur?
Soyuq havaların başlaması ilə səhərlər oyanmaq çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Ellison Breyqer bildirib ki, qışda orqanizmin fizioloji olaraq daha çox yuxuya ehtiyacı yarana bilər. Qaynarinf
2 oktyabrQrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14 oktyabrRusiyada vəba yayılır: Azərbaycana keçmə riski varmı? - Ekspertdən AÇIQLAMA
Rusiyada vəba ilə bağlı yayılan məlumatlar fonunda xəstəliyin yayılma yolları və insan sağlamlığı üçün yarada biləcəyi risklər yenidən gündəmə gəlib. Vəba əsasən çirkli su və qida vasitəsilə yayılan, ağır ishal və qusma nəticəsində sürətli susuzlaşmaya səbəb ola bilən infeksiyadır. Ümumdünya Səhiyy
7 oktyabrYeməkdən sonra şişkinliyin səbəbi bu xəstəliklər ola bilər - XƏBƏRDARLIQ
Yeməkdən sonra qarında şişkinlik bir çox insanda müşahidə olunan və qidalanma vərdişləri, həzm prosesi və qəbul edilən qidalarla bağlı yarana bilən haldır. Lakin şişkinliyin tez-tez təkrarlanması, uzun müddət davam etməsi və digər əlamətlərlə müşayiət olunması həzm sistemi ilə bağlı hər hansı problemi
5 oktyabrQapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk
İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl
9 oktyabrSpirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB
"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca
9 oktyabrDiabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı
Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf
13 oktyabr