Valideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır
Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqların əli çatan yerlərdə saxlanılması zəhərlənmə və digər ağır fəsadlarla nəticələnə bilər. Bu risklərin qarşısını almaq üçün valideynlərin dərman istifadəsi və evdə təhlükəsizlik qaydaları barədə məlumatlı olması vacibdir.
Bəs, valideynlərin uşaqların sağlamlığı ilə bağlı ən çox yol verdiyi təhlükəli tibbi səhvlər hansılardır, yanlış dərman istifadəsi və zəhərli maddələrlə təmas hansı ağır fəsadlara səbəb ola bilər və bu risklərdən qorunmaq üçün hansı qaydalara əməl edilməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən tibb eksperti Adil Qeybulla bildirib ki, nəinki uşaqlara, hətta böyüklərə də həkim məsləhəti olmadan dərman vermək olmaz.
"Uşaqlarda hərarət yüksəldikdə dərman istifadəsinə xüsusi diqqət yetirilməlidir. Parasetamol bəzi hallarda qaraciyər çatışmazlığına səbəb ola bilər. Bu, nadir hallarda baş versə də, risk mövcuddur. Buna görə də preparatın düzgün dozada və həkim tövsiyəsinə uyğun istifadəsi vacibdir. Bir çox ölkələrdə ailə həkimi institutu mövcuddur və bu cür məsələlər həkimlə məsləhətləşərək həll edilir. Əvvəllər Azərbaycanda sahə pediatrları və sahə həkimləri fəaliyyət göstərirdi. Onlar uşaqların sağlamlığına nəzarət edir, müayinələr aparır və müvafiq təyinatlar verirdilər. Valideynlərin özbaşına uşaqlara dərman təyin etməsi yolverilməzdir. Bu cür müdaxilələr uşağın sağlamlığı üçün ciddi təhlükə yarada, ağır fəsadlara səbəb ola bilər. Valideynlərin əsas vəzifəsi uşaqların sağlamlığına və inkişafına diqqət yetirmək, onları milli peyvənd təqviminə uyğun vaxtında peyvənd etdirməkdir. Uşaqda hər hansı şikayət yarandıqda isə həkimə müraciət edilməlidir. Hazırda belə hallarda valideynlər, əsasən, pediatrlara müraciət edirlər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 374 Tarix: 23 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı
"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad
11 oktyabrYüksək təzyiq zamanı duzu nə ilə əvəz etmək olar? - 10 məhsul
Yüksək arterial təzyiqi olan insanlara qida rasionunda duzun miqdarını azaltmaq tövsiyə olunur. Lakin bu, yeməklərin dadsız olması demək deyil. Mütəxəssislər duz əvəzinə müxtəlif məhsullardan istifadə etməklə həm yeməyin dadını qorumağın, həm də natrium qəbulunu azaltmağın mümkün olduğunu bildirirlər
28 sentyabrHamiləlikdə ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? - Video
"Baku Med" verilişinin yeni buraxılışında hamiləlikdə ən çox rast gəlinən problemlərdən danışılıb. Davamlı ürəkbulanma nə zaman problem sayılır?. Hamiləlik zamanı qanaxma nə vaxt ciddi siqnal hesab olunur?. Hamiləlik zamanı infeksiyalar hansı fəsadlara səbəb ola bilər?. Hamiləlikdə ağrıkəsiciləri
4 oktyabrYüksək təzyiq və şəkərli diabet göz damarlarını zədələyə bilər
"Göz damarlarında hər hansı problem yoxdursa, bu, göz sağlamlığının göstəricilərindən biri hesab oluna bilər. Lakin yüksək qan təzyiqi və şəkərli diabet kimi xəstəliklər damarların zədələnməsinə səbəb ola bilər. Bu zaman gözdə müəyyən dəyişikliklər və şikayətlər meydana çıxa bilər". xəbər veri
9 oktyabrYeməkdən sonra şişkinliyin səbəbi bu xəstəliklər ola bilər - XƏBƏRDARLIQ
Yeməkdən sonra qarında şişkinlik bir çox insanda müşahidə olunan və qidalanma vərdişləri, həzm prosesi və qəbul edilən qidalarla bağlı yarana bilən haldır. Lakin şişkinliyin tez-tez təkrarlanması, uzun müddət davam etməsi və digər əlamətlərlə müşayiət olunması həzm sistemi ilə bağlı hər hansı problemi
5 oktyabrSpirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB
"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca
9 oktyabrQara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?
Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy
8 oktyabrYuxusuzluq insult riskini 26 faiz artıra bilər - Alimlərdən yeni araşdırma
Yuxu pozğunluğu ilə insult riski arasında əlaqə olduğu müəyyənləşib. Alimlərin apardığı araşdırmaya görə, yuxusuzluqdan əziyyət çəkən insanlarda insult ehtimalı daha yüksəkdir. xəbər verir ki, Bolonya Neyroloji Elmlər İnstitutunun mütəxəssisləri müxtəlif tədqiqatların nəticələrini təhlil ediblər. İnsultl
29 sentyabrİstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb
13 oktyabr