Misir səhranı yaşıllaşdırmaq üçün "yeni Nil" inşa edir - Amma ciddi maneə var

Misir səhranı yaşıllaşdırmaq üçün "yeni Nil" inşa edir - Amma ciddi maneə varMisir səhralıq əraziləri kənd təsərrüfatı torpaqlarına çevirmək məqsədilə dünyanın ən böyük suvarma layihələrindən birini həyata keçirir. "Yeni Delta" adlanan layihə çərçivəsində təxminən 924 min hektar ərazinin əkin sahəsinə çevrilməsi planlaşdırılır. Lakin mühəndislik problemləri və torpaqların şoranlaşma riski bu iddialı planın gələcəyini sual altına qoyur.

Qaynarinfo xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb.

Layihə Nil çayının deltasından qərbdə yerləşən səhralıq ərazidə həyata keçirilir. Burada taxıl, tərəvəz, meyvə və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsi nəzərdə tutulur. Ümumi sahəsi 9240 kvadratkilometrə yaxın olan ərazi Kiprin ümumi ərazisi ilə müqayisə edilə bilər.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi layihəyə 2026-cı ilin mayında rəsmi start verib. Dövlət başçısının açıqlamasına görə, layihənin ümumi dəyəri 800 milyard Misir funtuna, yəni təxminən 14 milyard dollara yaxındır.

"Yeni Delta"nın əsas infrastruktur obyektlərindən biri Əl-Həmmam yaxınlığında yerləşən və 2023-cü ildə istifadəyə verilən nəhəng su təmizləyici qurğudur. Müəssisə gündəlik 7,5 milyon kubmetr suyu emal etmək gücünə malikdir.

Səhraya su haradan gətiriləcək?

Layihənin əsas xüsusiyyətlərindən biri istifadə olunmuş suyun təkrar emalıdır. Nil deltasındakı əkin sahələrindən axıdılan su toplanaraq təmizlənir və yenidən suvarma məqsədilə istifadəyə verilir. Əvvəllər bu suların əhəmiyyətli hissəsi Aralıq dənizinə axıdılırdı.

Təmizlənmiş suyun səhrada salınacaq əkin sahələrinə çatdırılması üçün hər birinin uzunluğu təxminən 150 kilometr olan iki böyük su kəməri inşa edilir. Sistemin işləməsi üçün ümumilikdə 19 nasos stansiyası da layihələndirilib.

Lakin suyun lazımi həcmdə və fasiləsiz çatdırılması ciddi texniki çətinliklər yaradır. oktyabr ayında dərc olunan elmi araşdırmada "Yeni Delta"nın su təminatında mühüm rol oynayan Əl-Nəsr kanalının imkanları qiymətləndirilib.

Tədqiqatçılar kompüter modelləşdirməsi vasitəsilə kanalın saniyədə 93,6 kubmetr olan su ötürmə gücünün 106,33 kubmetrə çatdırılmasının mümkünlüyünü araşdırıblar. Nəticələr bir sıra problemləri üzə çıxarıb.

Məlum olub ki, kanalda toplanmış təxminən 470 min kubmetr çöküntü suyun hərəkətini məhdudlaşdırır. Bundan əlavə, su axınının artırılması bəzi hissələrdə səviyyənin kanalın kənarına təhlükəli dərəcədə yaxınlaşmasına, nasos stansiyalarında isə təhlükəsizlik hədlərinin aşılmasına səbəb ola bilər.

Alimlərin hesablamalarına görə, daha böyük həcmdə suyun ötürülməsi üçün təxminən 15 faiz əlavə hidravlik güc tələb olunacaq. Kanalın lil və bitki qalıqlarından təmizlənməsi vəziyyəti yaxşılaşdıra bilər, lakin bütün problemləri aradan qaldırmayacaq.

Torpaqların şoranlaşması riski

Layihənin qarşısındakı digər ciddi təhlükə uzunmüddətli perspektivdə torpaqların şoranlaşmasıdır. Suvarma sisteminin düzgün idarə edilməməsi və suda həll olmuş mineralların torpaqda toplanması əkin sahələrinin məhsuldarlığını azalda bilər.

Mütəxəssislərin fikrincə, "Yeni Delta"nın uğuru yalnız kanalların və nasos stansiyalarının tikintisindən deyil, onların onilliklər ərzində dayanıqlı şəkildə istismarından da asılıdır.

Layihə tam reallaşarsa, Misir səhranın böyük hissəsini məhsuldar kənd təsərrüfatı torpaqlarına çevirə bilər. Əks halda, su təchizatı və torpaqların qorunması ilə bağlı problemlər milyardlarla dollarlıq investisiyanın səmərəliliyini təhlükə altına sala bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 116   Tarix: 02 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Meteorit qırıntısının bir qramı 5 min avroya satılır - Xəzinə axtaranların hədəfi dəyişib

Xəzinə axtaranlar üçün qızıl artıq ən qiymətli tapıntı hesab edilmir. Bəzi meteorit parçalarının bir qramının 5 min avroya qədər qiymətləndirilməsi onları kolleksiyaçılar və xəzinə axtaranlar üçün xüsusi maraq obyektinə çevirib. Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın "Rynek Zdrowia"

2 noyabr
.

Qonşu ölkədə bir ay ərzində üçüncü meymun çiçəyi xəstəliyi aşkarlandı

Moskvada 38 yaşlı kişi laboratoriya müayinələri nəticəsində meymunçiçəyi xəstəliyinə yoluxduğu təsdiqləndikdən sonra Domodedovo Mərkəzi Xəstəxanasına yerləşdirilib. xəbər verir ki, xəstəxananın mətbuat xidmətindən verilən məlumata görə, bu, son bir ayda xəstəxanada aşkarlanan üçüncü xəstəlik hadisəs

2 noyabr
.

"ChatGPT"nin dərmanlarla bağlı tövsiyəsi daha bir nəfərin həyatına son qoydu

ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yen

1 noyabr
.

Hindistanda beşulduzlu hotelin hovuzunda 2 əcnəbini elektrik cərəyanı vuraraq öldürüb

Hindistanın Benqaluru şəhərində yerləşən "Conrad" beşulduzlu hotelinin hovuzunda 2 əcnəbinin elektrik cərəyanı vurması nəticəsində öldüyü ehtimal edilir. "Report" "NDTV"yə istinadən xəbər verir ki, hadisə cümə günü axşam saatlarında hotelin üçüncü mərtəbəsində yerləşən hovuzd

1 noyabr
.

Rusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı

Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində

1 noyabr
.

Hörmüz boğazında iki tanker minaya düşdü

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazında iki tankerin dəniz minalarına məruz qaldığını və onlardan biri olan supertankerin güclü partlayış nəticəsində alovlandığını bildirib. xəbər verir ki, İİKK gəmilərin boğazdan "icazəsiz marşrutla" keçdiyini iddia edib. Həmçinin bildirili

2 noyabr
.

Quldurlar 23 dənizçinin olduğu İran gəmisini ələ keçirib

Somali quldurları 23 nəfərin olduğu İran balıqçı gəmisini ələ keçirib. xəbər verir ki, bu barədə Associated Press (AP) Hind okeanında Dəniz Təhlükəsizliyi Mərkəzinə (MSCIO) istinadən məlumat yayıb. "Azini" adlı gəmi Somalinin şimal-şərq sahillərində, Bandar-Beyla və Hafun şəhərləri arasındak

2 noyabr
.

Polis Halloween bayramını qeyd edən sakinləri saxladı

Hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvanın mərkəzində Halloween bayramını qeyd edən bir neçə nəfəri saxlayıblar. xəbər verir ki, polis, çevik polis və Rosqvardiya əməkdaşları bayram geyimli gənclərin toplaşdığı Kitay-qorod rayonunda reyd keçiriblər. Hadisə yerindən çəkilmiş videoda bir neçə nəfəri

2 noyabr
.

"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb

ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi

1 noyabr