Avropada qeyri-adi qış gözlənilir: İki iqlim hadisəsi havaya təsir edəcək
2026-2027-ci illərin qışı Avropada mülayim və yağıntılı hava ilə başlaya bilər. Alimlərin araşdırmalarına əsasən, bu mövsümün hava şəraitinə iki təbii iqlim hadisəsi - El-Nino və Hind okeanı dipolunun müsbət fazası təsir göstərəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın "Futura" portalı məlumat yayıb.
Mütəxəssislər bildirirlər ki, qlobal istiləşmə ilə yanaşı, təbii iqlim dövrləri də hava şəraitinin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan, Sakit okeanda baş verən El-Nino və La-Nina hadisələri ilə yanaşı, Hind okeanında su temperaturu fərqlərindən yaranan dipol hadisəsi də diqqət çəkir.
Hind okeanı dipolunun müsbət fazasında okeanın qərb hissəsində suyun temperaturu yüksəlir, şərq hissəsində isə azalır. Bu fərq atmosfer dövranına, yağıntıların paylanmasına və hava axınlarının hərəkətinə təsir göstərir. Nəticədə dəyişikliklər okean hövzəsindən uzaqda yerləşən Avropanın hava şəraitində də özünü göstərə bilər.
Araşdırmalara görə, payız aylarında dipolun müsbət fazasının güclənməsi Avropada qışın əvvəlində daha mülayim və rütubətli hava şəraitinə səbəb ola bilər. Oxşar vəziyyət 2019-2020-ci illərin qışında da müşahidə edilib. Həmin dövrdə Şimali Avropa və Böyük Britaniyada mövsüm üçün qeyri-adi dərəcədə isti və yağışlı hava hökm sürüb.
Hazırda Hind okeanı dipolunun müsbət fazasının maksimum gücə çatdığı bildirilir. Proqnozlara əsasən, bu vəziyyət dekabradək davam edə, yanvarda isə neytral fazaya keçə bilər. Hadisənin təsirinin əsasən noyabr və dekabr aylarında daha güclü olacağı, qışın ikinci yarısında isə zəifləyəcəyi gözlənilir.
Beləliklə, El-Nino və Hind okeanı dipolunun eyni dövrdə təsir göstərməsi 2026-cı ilin sonuna doğru Avropada qışın başlanğıcının isti və yağıntılı keçməsi ehtimalını artırır. Bununla belə, bu iqlim hadisələri bütün qışın necə keçəcəyini dəqiq müəyyən etmir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Gələn il maaşlar BU QƏDƏR ARTACAQ
XƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
15 yaşlı Məryəmin cəsarəti, alovların içindən uşağı xilas etdi - Milyonluq mükafat! - VİDEO
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı