ABŞ Rusiya qazının Avropaya tədarükünün bərpasını dəstəkləyir
ABŞ Rusiya qazının Ukrayna ərazisindən keçən boru kəmərləri vasitəsilə Avropaya tədarükünün tezliklə bərpasının tərəfdarıdır.
Sonxeber.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ, Avropa və Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu ideya ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner tərəfindən sentyabr ayında Moskvaya və Kiyevə səfərləri zamanı irəli sürülüb. Təklif Rusiya qazının Avropa sanksiyalarından yan keçmək üçün ABŞ vasitəçisi üzərindən satılmasını nəzərdə tutur.
"WSJ"nin iddiasına görə, Vaşinqton Avropanın qış ərəfəsində rekord dərəcədə aşağı qaz ehtiyatlarına malik olması fonunda bu ideyanı enerji daşıyıcılarının qiymətlərini azaltmaq vasitəsi kimi Avropa liderlərinə də təqdim etməyə çalışıb.
Qəzetin məlumatına görə, Ağ Ev Rusiya qazının satışından əldə ediləcək vəsaitin üçüncü tərəfin yurisdiksiyasında olan eskrou hesabında saxlanılmasını təklif edib.
Vurğulanıb ki, Vaşinqton "Şimal axını" qaz kəmərinin fəaliyyətinin bərpasını Ukrayna böhranının həlli ilə yanaşı, Rusiyanın ABŞ-nin Avropadakı müttəfiqləri ilə uzunmüddətli fikir ayrılıqlarının aradan qaldırılmasını da nəzərdə tutan daha genişmiqyaslı razılaşmanın "potensial mühüm tərkib hissəsi" kimi nəzərdən keçirir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 198 Tarix: 02 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qonşu ölkədə bir ay ərzində üçüncü meymun çiçəyi xəstəliyi aşkarlandı
Moskvada 38 yaşlı kişi laboratoriya müayinələri nəticəsində meymunçiçəyi xəstəliyinə yoluxduğu təsdiqləndikdən sonra Domodedovo Mərkəzi Xəstəxanasına yerləşdirilib. xəbər verir ki, xəstəxananın mətbuat xidmətindən verilən məlumata görə, bu, son bir ayda xəstəxanada aşkarlanan üçüncü xəstəlik hadisəs
2 noyabrRusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı
Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində
1 noyabrHörmüz boğazında iki tanker minaya düşdü
İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazında iki tankerin dəniz minalarına məruz qaldığını və onlardan biri olan supertankerin güclü partlayış nəticəsində alovlandığını bildirib. xəbər verir ki, İİKK gəmilərin boğazdan "icazəsiz marşrutla" keçdiyini iddia edib. Həmçinin bildirili
2 noyabrQuldurlar 23 dənizçinin olduğu İran gəmisini ələ keçirib
Somali quldurları 23 nəfərin olduğu İran balıqçı gəmisini ələ keçirib. xəbər verir ki, bu barədə Associated Press (AP) Hind okeanında Dəniz Təhlükəsizliyi Mərkəzinə (MSCIO) istinadən məlumat yayıb. "Azini" adlı gəmi Somalinin şimal-şərq sahillərində, Bandar-Beyla və Hafun şəhərləri arasındak
2 noyabrPolis Halloween bayramını qeyd edən sakinləri saxladı
Hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvanın mərkəzində Halloween bayramını qeyd edən bir neçə nəfəri saxlayıblar. xəbər verir ki, polis, çevik polis və Rosqvardiya əməkdaşları bayram geyimli gənclərin toplaşdığı Kitay-qorod rayonunda reyd keçiriblər. Hadisə yerindən çəkilmiş videoda bir neçə nəfəri
2 noyabr"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb
ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi
1 noyabr