Xalqımızın 8 Noyabr Zəfəri

Xalqımızın 8 Noyabr Zəfəri27 sentyabr 2020-ci il Azərbaycan tarixinə yazılmış şanlı bir gün oldu. 30 ilə yaxın bir dövrdə Erməni işğalı altında qalan torpaqlarımızın azad olunması üçün Müzəffər Ordumuz əkshücüm əməliyyatına başladı. Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsini qələbə ilə başa vurdu. Vətən Müharibəsi zamanı düşməni ağır məğlubiyyətə uğradaraq torpaqlarımızdan çıxaran Müzəffər Ordumuz 30 il işğal altında qalan,erməni vandalları tərəfindən darmadağın edilən rayon və kəndlərimizi şəhidlər verərək, qan tökərək qarış-qarış geri aldı. Azərbaycanın müzəffər ordusu 5 min kvadrat kilometr ərazisini isə döyüş meydanında heç bir güllə atmadan, şəhid vermədən siyasi meydandakı qələbəsilə qaytartdı. Bu Azərbaycanın tarixi, parlaq qələbəsidir. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır.

Uzun illər ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır.

Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində "Ermənistanın güclü ordusu var" və "erməni xalqı döyüşkən xalqdır" kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.

Azərbaycan son 200 illik tarixində itirdiyi torpaqları Ali Baş Komandanımız İlham Əliyevin güclü siyasi iradəsi, qətiyyəti, vətəninə və torpağına olan böyük məhəbbəti, eyni zamanda igid əsgər və zabitlərimizin şücaəti və xalqın birliyi ilə işğaldan azad etdi. Paytaxtın Xətai rayonu ərazisində yaradılan Hərbi Qənimətlər Parkı müharibənin miqyasını və Qələbənin möhtəşəmliyini göstərir. Azərbaycan xalqı və Azərbaycan dövləti bu Böyük Qələbəyə 30 illik uzun, çətin və şərəfli bir yolu qət edərək nail oldu.

Türkan Cümşüdova - YAP üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 179   Tarix: 02 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəfər bayrağımız varlığımızdır

Təqvimin adi günlərindən birinin - 27 sentyabr 2020-ci ilin Ermənistan üzərində qələbəmizə aparan yolun başlangıcı olacağını təsəvvür etməzdik. 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan Ermənistanın təcavüzkarlıq siyasətinə son qoyulmasını dəfələrlə beynəlxalq təşkilatlar qarşısında qaldıran

31 oktyabr
.

Ombudsman vəzifəsinə 3 namizəd irəli sürüldü

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. Qaynarinfo xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhu

30 oktyabr
.

Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır - Açıqlama

"Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir. Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiy

2 noyabr
.

Tarixi ədalətin bərpası uğrunda haqq savaşı

Ali Baş Komandan, Prezident İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçildiyi 2003-cü ildən bəri millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlı

31 oktyabr
.

Zəfər Günü və Şuşa: Azərbaycanın tarixi qələbəsi, milli birliyi və yeni geosiyasi reallıqları

Azərbaycan xalqının tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın işğaldan azad edilməsi ilə bağlı hadisələr dövlətçilik tariximizin ən mühüm mərhələlərindən birini təşkil edir. Bu tarixlər yalnız hərbi qələbənin təntənəsi deyil, həm də milli iradənin, siyasi qətiyyətin, xalq-ordu birliyinin və tarixi ədaləti

2 noyabr
.

8 Noyabr - Şanlı Qürur Günümüz

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşmən

2 noyabr
.

Zəfər Günü və Şuşa Günü: Azərbaycanın tarixi qələbəsi, dövlətçilik iradəsi və yeni geosiyasi reallıqlar

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və 15 İyun - Şuşa Şəhəri Günü yalnız əlamətdar təqvim tarixləri deyil, həm də dövlətçilik tariximizin ən mühüm dönüş nöqtələrini özündə birləşdirən hadisələrdir. Bu tarixlərin siyasi, hərbi, diplomatik və mənəvi əhəmiyyəti Azərbaycanın son onilliklərd

30 oktyabr
.

Xalqımızın 8 Noyabr Zəfəri

27 sentyabr 2020-ci il Azərbaycan tarixinə yazılmış şanlı bir gün oldu. 30 ilə yaxın bir dövrdə Erməni işğalı altında qalan torpaqlarımızın azad olunması üçün Müzəffər Ordumuz əkshücüm əməliyyatına başladı. Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsini qələbə ilə başa vurdu. Vətən Müharibəsi zamanı düşmən

2 noyabr
.

Şuşa şəhəri Qarabağın tacıdır

Qarbağın taşı olan Şuşa şəhəri düz altı il əvvəl - 2020-ci il noyabr ayının 8-də Müzəffər Azərbaycan ordusu tərəfindən 28 illik erməni işğalından azad edildi. Bu əzəli Azərbaycan torpaqları olan Qarabağın qədim tarixinə şanlı səhifə kimi həkk edildi. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitind

2 noyabr