Zəfərin zirvəsindən görünən Şuşa

Zəfərin zirvəsindən görünən ŞuşaƏziz Şuşam, doğma Şuşam… Hər daşında, hər qayanda qardaşlarımın ayaq izi olan cənnət məkanım… Nə az, nə çox, düz 28 il sənsiz qaldıq… Sənsiz qaldığımız günlər nə qədər çətin olsa da, amma yenilmədik,başımızı daim dik tutub, yurd yerlərimizə qovuşacağımız günü həsrətlə gözlədik. Sənə gələn yolu iplə çəkirdik bilirsənmi? Sənə qovuşmaq üçün qırdığımız ip dərdimizə dərman oldu, qayıdışın kədəri közə dönmüş gözlərə işıq gətirdi.

2020-ci il 8 noyabr tarixi Zəfər günü kimi tariximizə qızıl hərflərlə yazıldı. Ali Baş Komandan Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin abidəsinin önündə atasının ona olan etimadını doğrultduğunu və onun vəsiyyətini yerinə yetirdiyinin hesabatını verdi. Necə ki, Ulu Öndər Heydər Əliyev demişdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm".

Şuşa qələbəsi Zəfər Günü kimi yaddaşlarımıza hakim kəsildi. Bəli, məhz bugünki tarix sızlayan yaramıza məlhəm oldu. Mərd, igid oğullarımız sayəsində azadlığına qovuşdun. 30 illik Vətən, torpaq həsrəti və düşmənə olan nifrət hissi Azəraycan əsgərini döyüşlərdə daha da ruhlandırdı. Artıq 6 ildir ki, Qarabağ torpağı doğmalarının gəlişinə bayram edir, onların ayaq səslərinə səs verir. Şuşam, biz evimizə, bizim olana qayıtmışıq, xoş ətirli torpağımıza sarılmışıq. Darıxmışdıq min bir dərdə dərman olan havanı ciyərlərimizə çəkmək üçün... Darıxmışdıq qürbətdə olan Xarı bülbülün xoş ətrini almaq üçün... Darıxmışdıq Cıdır düzünün doğmalarına ev sahibliyi etməsindən ötrü...

Əziz Şuşam bilirsənmi, sevinən təkcə bizlər deyildik. Sevinirdi Bülbülün, Üzeyirin, Natəvanın ruhu, sevinirdi Vaqifin nakam ruhu. O müqəddəs ruh ki, 30 il məqbərəyə hər baxdığında dağıdıldığını, doğmalarından ayrı düşdüyünü görürdü. Və sənə yenidən qovuşacağımıza, Şuşa Məscidində yenidən ibadət edəcəyimizə, Xan qızı bulağından su içəcəyimizə inanırdıq.

Sən təkcə şuşalılar üçün yox, ümumən Vətənini sevən hər bir vətəndaş üçün əzizsən. Xalqımızın ümummilli lideri Heydər Əliyevin sözləri ilə desək "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün,Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir". Torpağına ayaq qoyduğum ilk anda qeyri adi hisslər hakim kəsilir insana, ruhun yenidən doğulur sanki... Əziz Şuşam səni görüb qəhərlənməmək mümkünsüzdür.Bilirsənmi niyə? İllərlə gözünün önündəki işıqlı minarələrdən azan oxunmadı. 2020-ci ildən sonra isə oxunan azanı yaxın yaşayış məntəqələrində qanunsuz məskunlaşan ermənilər eşitdi. Sonda isə haqq-ədalət öz yerini tapdı. Məhz bu azanın sədaları Xankəndidə, Xocalıda, Əsgaranda, Xocavənddə əsl sahiblərinin qulağına çatıb imanını cilalandırdı. Qürubun bütün üfüqlərinin yaratdığı qırmızımtıl işıq cəbhəsi dağların zirvəsindən sənə xoşbəxt nəzərlərlə boylanır. Sanki bütün batan günəş Əziz Şuşam səni azad etmək əmri verən komandana və onun igid əsgərinə minnətdarlıq ehtiva edir...

Cənnət məkanım, dogma Şuşam bilirsənmi, 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edildin. Şuşanın qoynunda keçirilən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı da islam dünyası ölkələri arasında mədəni əlaqələrin inkişafına töhfə verib. Əziz Şuşam sən həm də Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən birisən. Qarabağın baş tacı sənin tarixi görkəminin yenidən qaytarılması, dolğun mədəni həyatına qovuşmağın qürurumuzu sonsuz etdi. Müharibədən cəmi 5 il ötməsinə baxmayaraq, tam müasir və abad görkəm alıbsan. Burada eyni zamanda milli ənənələrimiz də bərpa olunub. Xarıbülbül festivalı, Vaqif poeziya günləri, ziyallarımızın ev muzeylərinin, dini-mədəni abidələrin bərpası tarixi və milli simanı özünə qaytarıb. Doğma torpaq sənin azadlığın azad hərbi-strateji uğur olmaqla yanaşı, həm də xalqımızın, dövlətimizin mənəvi qələbəsidir. Bir sözlə, Əziz Şuşam sən bizim BAŞ TACIMIZSAN. Qələbəni nə zaman xatırlasaq Cənnətməkanım, gözlərimizin önündə dayanırsan. Sən bizim Zəfərimizin ünvanısan.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 292   Tarix: 02 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr

30 oktyabr
.

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər:

30 oktyabr
.

Yenidən sədr və müavin oldular

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. APA-ya istinadən xəbər verir ki, iclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri sədr vəzifəsinə Sevinc Hüseynova, sədr müavini vəzifəsinə Nizami Səfərovun namizədliyini irəli sürüblər. Sevinc Hüseynov

30 oktyabr
.

"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV

"Prezident İlham Əliyevin oktyabrın 30-da Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandırması ilə əlaqədar Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramovun təmsil etməsi qərarını diplomatik təcrübə və qarşılıqlılı

29 oktyabr
.

Azad Şuşanın Şəhər Günü

Şuşa şəhərinin işğaldan azad edilməsinin 6 ili tamam olur. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib. Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Ba

2 noyabr
.

Leyla Əliyeva Daş Salnamə Muzeyindəki tədbirdən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi "Instagram" hesabında Daş Salnamə Muzeyində təqdim olunan "Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri ilə bağlı tədbirdən paylaşım edib. paylaşımı təqdim edir:

1 noyabr
.

Keçmişdə qalan münaqişə

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib. 1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə başlamış bu münaqiş

31 oktyabr
.

ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA, MİLLİ İRADƏNİN TƏNTƏNƏSİ AZƏRBAYCAN!

Azərbaycan xalqının tarixində elə hadisələr var ki, onların əhəmiyyəti zaman keçdikcə daha dərindən dərk olunur. 8 Noyabr - Zəfər Günü və Şuşa Şəhəri Günü də məhz belə tarixi hadisələrdəndir. Bu tarixlər Azərbaycanın müasir dövlətçilik salnaməsinin ən mühüm səhifələrini təşkil etməklə yanaşı, xalqımızı

30 oktyabr
.

Azərbaycan xalqı 44 gündə tarixi ədaləti bərpa edərək əbədi Zəfər tarixini yazdı

Ermənistanın Azərbaycana hərbi təcavüzünün davam etdiyi 30 il ərzində beynəlxalq riyakarlıq tarixi ədalətin bərpası üçün hərbi gücdən istifadəni labüd etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu illərlə Ermənistan ordusunun məğlubedilməzliyi ilə bağl

2 noyabr