Azad Şuşanın Şəhər Günü

Azad Şuşanın Şəhər GünüŞuşa şəhərinin işğaldan azad edilməsinin 6 ili tamam olur. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib. Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Bakıda Şəhidlər Xiyabanından xalqa müraciətində açıqlayıb: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! "

Şuşanın işğaldan azad edilməsi 44 günlük müharibənin kuliminasiya nöqtəsi oldu. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında yüksək peşəkarlıq, misilsiz qəhrəmanlıq göstərərək, 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etdi, müharibədə tarixi Zəfərə imza atdı. Şuşa əməliyyatında düşmənin xeyli texnikası, canlı qüvvəsi məhv edildi. Şuşanın azad edilməsi ilə Ermənistan ordusu darmadağın oldu, heç bir müqavimət gücü qalmadı. Ermənistan Şuşanı itirməklə müharibədə məğlub olduğunu qəbul etdi, kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı.

Unikal Şuşa əməliyyatı dünya hərb tarixinə görünməmiş döyüş strategiyası və taktikası ilə düşüb. Artıq dünyanın bir çox ölkəsi, o cümlədən aparıcı hərbi təhsil müəssisələri Azərbaycan Ordusunun apardığı yeni nəsil 44 günlük müharibəni, xüsusilə də, Şuşa əməliyyatını yaxından öyrənir. Şuşanın işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında "Şuşanın azad olunmasına görə" medalı təsis olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşanın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.Bu gün həm də Şuşa Şəhəri Günü kimi təsis edilib.

Şuşa şəhəri 8 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal müddətində Şuşa şəhərindəki 17 məsciddən 16-sı, eləcə də, digər tarixi, mədəni abidələr, muzeylər, heykəllər, qəbiristanlıqlar dağıdılıb. Şuşa şəhərinin qurucusu Pənahəli xanın sarayı, Vaqifin məqbərəsi, Natəvanın evi, Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeyləri və daha neçə-neçə mədəni-tarixi bina yerlə yeksan edilib.
Hazırda Şuşa şəhərində genişmiqyaslı bərpa, quruculuq işləri aparılır.

İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 255   Tarix: 02 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tarixi ədalətin bərpası uğrunda haqq savaşı

Ali Baş Komandan, Prezident İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçildiyi 2003-cü ildən bəri millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlı

31 oktyabr
.

ZƏFƏR GÜNÜ VƏ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ, MİLLİ İRADƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ

8 Noyabr Azərbaycan xalqının müasir tarixində yalnız hərbi qələbənin deyil, milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsinin rəmzidir. Bu tarix xalqımızın yaddaşında 44 günlük Vətən müharibəsində qazanılmış böyük Zəfərin zirvəsi kimi yaşayır. Eyni zamanda, 8 Noyabrın Şuşa Şəhəri Gün

2 noyabr
.

Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin

Sosial şəbəkələrdə Prezident İlham Əliyevin foto və videolarını paylaşan müxtəlif hesablarla qarşılaşmaq mümkündür. Lakin bu görüntülərdən istifadə edilməsi həmin səhifələrin rəsmi olduğu anlamına gəlmir. Bu gün istənilən şəxs sosial şəbəkədə hesab aça, video yükləyə, görüntüləri montaj edə və səsi dəyişdir

31 oktyabr
.

Azərbaycanın müasir tarixinə əbədi həkk olunan gün

Ermənilərin Azərbaycana qarşı düşmənçilik, işğalçılıq, soyqırımı və etnik dözümsüzlük siyasəti 200 ildən çoxdur davam edir. Tarixin müxtəlif dövrlərini vərəqləsək, bu deyilənlərin faktlarla təsdiqini tapdığının şahidi olarıq. Ötən 30 il ərzində isə bu tarixi hadisələrin canlı şahidləri olaraq erməniləri

2 noyabr
.

Şəhər Günün mübarək, əziz Şuşa!

Doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda apardığımız 44 günlük Vətən müharibəsinin hər günü və hətta hər saatı şanlı bir tarixdir. Bu şanlı tarixi günlərin zirvəsində isə heç şübhəsiz ki, alınmaz qala hesab olunan Şuşa şəhərinin düşmən işğalından azad edilməs

2 noyabr
.

Zəfər Günü və Şuşa - Azərbaycanın milli iradəsinin, dövlət gücünün və tarixi ədalətin təntənəsi

Azərbaycan xalqının çoxəsrlik tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, bütövlükdə dövlətçilik tarixinin istiqamətini müəyyənləşdirir. 8 Noyabr - Zəfər Günü və Şuşanın işğaldan azad edilməsi məhz belə tarixi hadisələrdəndir. Bu qələbə Azərbaycan xalqını

2 noyabr
.

Zəfər Günü və Şuşa Günü: Azərbaycanın tarixi qələbəsi, dövlətçilik iradəsi və yeni geosiyasi reallıqlar

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və 15 İyun - Şuşa Şəhəri Günü yalnız əlamətdar təqvim tarixləri deyil, həm də dövlətçilik tariximizin ən mühüm dönüş nöqtələrini özündə birləşdirən hadisələrdir. Bu tarixlərin siyasi, hərbi, diplomatik və mənəvi əhəmiyyəti Azərbaycanın son onilliklərd

30 oktyabr
.

Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır - Açıqlama

"Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir. Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiy

2 noyabr
.

ZƏFƏR GÜNÜ VƏ ŞUŞA: TARİXİ QƏLƏBƏDƏN YENİ DÖVLƏTÇİLİK REALLIQLARINA DOĞRU

Azərbaycan xalqının tarixində elə hadisələr var ki, onların əhəmiyyəti konkret bir dövrün hüdudlarını aşaraq milli yaddaşın, dövlətçilik düşüncəsinin və gələcək inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilir. 8 Noyabr - Zəfər Günü və Şuşanın azad olunması məhz belə tarixi hadisələrdəndir. Bu qələb

2 noyabr