İranda zənginləşdirilən 60%-lik uranın çıxarılması haqda danışıqlar aparılmayıb - XİN
İranda zənginləşdirilən 60%-lik uranın İrandan çıxarılması haqda danışıqlar aparılmayıb.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bazar ertəsi (2 noyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.
"İran xarici işlər nazirinin müavini Kazım Qəribabadinin Qətərə səfəri çərçivəsində İran və ABŞ arasında Qətərin vasitəçiliyi ilə mesajların mübadiləsi həyata keçirilib.
Mövzular daha mürəkkəbdir. ABŞ-nin addımlarına əsasən bu mürəkkəblik daha da artıb. İranın qənaətincə mesajların mübadiləsi hələlik davam etməlidir. İran tərəfi lazım olan məsələləri məntiqli şəkilə ABŞ tərəfinə əks etdirib", -deyə o qeyd edib.
Bəqai əlavə edib ki, ötən 12-13 il ərzində İranın nüvə proqramı ilə əlaqədar müzakirələr başlandığı, 2015-ci ildə nüvə sazişi ilə nəticələndiyi vaxtdan bəri məntiqli bir məsələ var. Nüvə proqramının dincməqsədli olduğunu əks etdirmək üçün İranın bütün səylərinə baxmayaraq, qarşı tərəf davamlı şəkildə bəhanə axtarır.
"İranın nüvə proqramı mütləq şəkildə dincməqsədlidir. Bu məsələ dəfələrlə sübut olunub. Qarşı tərəf 20 il öncədən başladığı bir iddiaya əsasən davamlı şəkildə İranın nüvə silahı və yaxud nüvə silahı təhlükəsi iddiasını təkrarlayır. Elan olunduğu kimi İran Nüvə Silahlarının Yayılmamasına dair Sazişə (NPT) üzv olduğu müddətdə sazişdə dərc olunan öhdəlikləri yerinə yetirməyi lazımi hesab edir", -deyə o qeyd edib.
Əlavə edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 2025-ci ilin may ayında yayımladığı hesabata əsasən, İranın zənginləşdirdiyi uranın həcmi 9 247 kiloqram təşkil edib və 60%-dən yuxarı zənginləşdirilən uranın həcmi isə 408 kiloqramdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Gələn il maaşlar BU QƏDƏR ARTACAQ
XƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
15 yaşlı Məryəmin cəsarəti, alovların içindən uşağı xilas etdi - Milyonluq mükafat! - VİDEO
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı