Çin Filippinə xəbərdarlıq etdi: Cənubi Çin dənizində gərginlik yenidən artır

Çin Filippinə xəbərdarlıq etdi: Cənubi Çin dənizində gərginlik yenidən artırÇin və Filippin arasında Cənubi Çin dənizi ilə bağlı ərazi mübahisəsi yenidən diplomatik gərginliyə səbəb olub. Pekin Manilanı mübahisəli dəniz əraziləri ilə bağlı açıqlamalarında və addımlarında ehtiyatlı olmağa çağırıb. Çin Xarici İşlər naziri Vanq Yi Filippinin xarici işlər naziri Tereza Lazaro ilə telefon danışığı zamanı iki ölkə arasındakı münasibətlərə kənar müdaxilələrin olduğunu iddia edib və Filippin tərəfinə xəbərdarlıq edib.

"The Washington Post"un Associated Press-ə istinadən yaydığı məlumata görə, Vanq Yi iki ölkə arasındakı münasibətlərin bəzi filippinli siyasətçilərin müdaxiləsi ilə üzləşdiyini bildirib. Çinli nazir Manilanı həmin şəxslərə qarşı daha sərt mövqe tutmağa və Pekinlə münasibətlərdə vahid siyasət yürütməyə çağırıb. O, həmçinin Filippinin Cənubi Çin dənizi məsələsində açıqlamalarına və davranışlarına diqqət yetirməli olduğunu vurğulayıb.

Filippinin xarici işlər naziri Tereza Lazaro isə telefon danışığını səmimi və konstruktiv müzakirə kimi qiymətləndirib. Onun sözlərinə görə, tərəflər fikir ayrılıqlarının qarşılıqlı hörmət əsasında və diplomatik dialoq yolu ilə idarə olunmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Çin və Filippin uzun müddətdir Cənubi Çin dənizindəki bir sıra ərazilər üzərində qarşılıqlı iddialar irəli sürürlər. Son illərdə bu mübahisələr hərbi gəmilərin toqquşması və dənizçilər arasında fiziki qarşıdurmalarla müşayiət olunub. Bölgə beynəlxalq ticarət marşrutları baxımından da strateji əhəmiyyət daşıyır.

Sonxeber.az The Washington Post-a istinadən xəbər verir ki, görüş zamanı tərəflər Reed Bank ərazisində neft və qaz yataqlarının birgə kəşfiyyatı ilə bağlı uzun müddətdir dayandırılmış danışıqların bərpası məsələsini də müzakirə ediblər. Həmin ərazi Filippinin müstəsna iqtisadi zonasına daxil olsa da, Pekin də bu bölgəyə iddia edir.

Bununla belə, tərəflər mövcud fikir ayrılıqlarına baxmayaraq, diplomatik əlaqələri və danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 487   Tarix: 04 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kosta Rikada 23 ildən sonra ilk dəfə jurnalist qətlə yetirildi

Kosta Rikada 2003-cü ildən bəri ilk dəfə jurnalist qətlə yetirilib. xəbər verir ki, jurnalist və yazıçı Kamilo Rodriges ölkənin Santo-Dominqo-de-Eredia kantonunda silahlı hücum nəticəsində öldürülüb. Məlumata görə, hadisə yerli vaxtla saat 15:00-dan sonra avtomobillərin texniki baxış məntəqəsinin yaxınlığınd

17 noyabr
.

O'Sallivan Aİ-nin sanksiyalar üzrə xüsusi elçisi postunu tərk edir

Avropa İttifaqının (Aİ) sanksiyalar üzrə xüsusi elçisi Devid O'Sallivan dörd illik fəaliyyətindən sonra öz postunu tərk etdiyini bildirib. "Report" xəbər verir ki, bu barədə o, İrlandiyanın RTÉ teleradio şirkətinə məlumat verib. "Mən bu postu tərk edirəm, çünki dörd il işləmişəm v

17 noyabr
.

Rusiya Ukraynanı bombaladı

Rusiya ilə Ukrayna arasında davam edən müharibədə qarşılıqlı hücumlar və hərbi əməliyyatlar intensivləşib. Rusiya ordusu Kiyevə və Ukraynanın bir sıra digər şəhərlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Hücumlar nəticəsində paytaxtın kritik infrastrukturu, körpüləri və metro sistem

17 noyabr
.

Avropada kiberhücum təhlükəsi: Cənubi Koreya şirkətlərə təcili xəbərdarlıq edib

Cənubi Koreya hakimiyyəti Java proqramlaşdırma dilində aşkar edilmiş təhlükəsizlik boşluqları ilə əlaqədar dövlət qurumlarına və özəl şirkətlərə təcili xəbərdarlıq edib. Məlumata görə, aşkar edilmiş boşluqlar hücumçulara uzaqdan sistemlərdə zərərli kod icra etmək və ya onların fəaliyyətini dayandırma

18 noyabr
.

Monqolustan Prezidenti istefa verəcəyini açıqladı

Monqolustan Prezidenti Uxnaagiin Xurelsux istefa vermək qərarına gəldiyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Bildirilib ki, Xurelsux 2021-ci il iyunun 25-dən bu vəzifəni icra edir. Onun istefasının səbəbləri və qərarın qüvvəyə minəcəyi tarix barədə əlav

17 noyabr
.

41 yaşlı hərbçi ekstradisiya edildi - Rusiyaya işləyirmiş

Böyük Britaniyada Rusiyanın xeyrinə casusluq etmək ittihamı ilə saxlanılan 41 yaşlı ABŞ hərbçisi Amerika Birləşmiş Ştatları ordusuna təhvil verilib. "Unikal" xəbər verir ki, London Metropolitan Polisinin yaydığı rəsmi açıqlamada bildirilir ki, 10 noyabrda İngiltərənin Qlosterşir bölgəsind

18 noyabr
.

Tramp Ukraynadakı müharibəyə son qoymaq üçün Si Cinpin və Putinə təzyiq göstərəcək

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında davam edən müharibədə hər ay on minlərlə insanın həyatını itirdiyini deyib və buna son qoymağa yaxın olduğunu bildirib. APA xəbər verir ki, Tramp bu barədə Filippinə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb. "Rusiya-Ukrayn

17 noyabr
.

Estoniya mümkün müharibə və işğal dövründə rəqəmsal plan hazırlayır

Estoniya hərbi münaqişə, məlumat mərkəzlərinin dağıdılması və ya ölkə ərazisinin işğalı halında belə, dövlət rəqəmsal xidmətlərinin davamlı fəaliyyətini təmin edəcək strategiya hazırlayır. "Report"un POLITICO-ya istinadən məlumatına görə, Tallin ən ekstremal hallarda belə dövlət xidmətlərini

16 noyabr
.

İsrail Kaya Kallasla birbaşa əlaqəni kəsib

İsrail iyun ayından bəri Aİ diplomatiya rəhbəri Kaya Kallas ilə birbaşa əlaqəni dayandırıb, eyni zamanda digər Aİ rəsmiləri ilə qarşılıqlı əlaqəni davam etdirir. xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saarın sözçüsü "Politico"ya verdiyi açıqlamada deyib. O, əlavə edib ki

18 noyabr