"3M" şirkəti zəhərli kimyəvi maddələrlə bağlı iddialara görə 7,35 milyard dollar ödəyəcək
ABŞ-ın sənaye və texnologiya şirkəti "3M" insan sağlamlığına zərər vurduğu iddia edilən PFAS kimyəvi maddələri ilə bağlı məhkəmə iddialarını həll etmək üçün 7,35 milyard dollar ödəməyə razılaşıb. Razılaşma təxminən 115-120 min iddiaçını əhatə edə bilər.
Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, şirkət ödənişləri doqquz il ərzində həyata keçirəcək. Razılaşma hazırda mövcud olan şəxsi sağlamlığa zərər iddialarının təxminən 99 faizini əhatə edir.
Mübahisənin mərkəzində PFAS adlanan və ətraf mühitdə çox uzun müddət parçalanmadan qala bilən kimyəvi maddələr dayanır. Bu maddələr istiliyə, yağa, suya və ləkələrə davamlılıq xüsusiyyətlərinə görə müxtəlif sənaye məhsullarında istifadə olunub.
Məhkəmə iddialarının əsas hissəsi yanğınsöndürmə zamanı istifadə edilən xüsusi köpüklərlə bağlıdır. İddiaçılar həmin məhsullardakı kimyəvi maddələrin içməli su mənbələrini çirkləndirdiyini və müxtəlif sağlamlıq problemlərinə səbəb olduğunu bildirirlər. İddialarda xərçəngin bəzi növləri də qeyd olunur.
Şirkət razılaşma çərçivəsində 2026-cı ildə 50 milyon dollar ödəyəcək. 2027-ci il üçün ödəniş nəzərdə tutulmayıb. Vəsaitin əhəmiyyətli hissəsinin isə son iki ildə köçürülməsi planlaşdırılır.
"3M" rəhbərliyi razılaşmanın uzun müddətdir davam edən hüquqi qeyri-müəyyənliyi azaltmağa kömək edəcəyini bildirib. Bununla belə, şirkət ödəniş qərarının hüquqi məsuliyyətin etirafı olmadığını vurğulayıb.
Qeyd edək ki, "3M" 2025-ci ilin sonunadək bütün dünyada PFAS istehsalını dayandırdığını açıqlamışdı. Şirkət 2023-cü ildə də ABŞ-da içməli su təchizatçıları ilə bağlı iddiaların həlli üçün 10,3 milyard dollarlıq razılaşma əldə etmişdi.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 146 Tarix: 04 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp üçün həlledici gün: Demokratlar qalib gəlsə, ABŞ-ni nə gözləyir?
ABŞ-də bu gün, noyabrın 3-də Konqresə aralıq seçkilər keçirilir. Prezident Donald Trampın hakimiyyətinin ikinci ilinə siyasi qiymət kimi də dəyərləndirilən seçkilərdə Respublikaçılar Partiyasının Konqresdəki üstünlüyünü qoruyub-saxlamayacağı müəyyənləşəcək. Demokratların qələbəsi isə Ağ Ev üçün qanunvericili
3 noyabrNATO Rusiyanın dərinliklərindəki hərbi obyektlərə zərbələri istisna etmir
NATO-nun yenilənmiş müdafiə strategiyası Rusiyanın arxa cəbhəsində yerləşən hərbi bazaların, təchizat anbarlarının və sənaye obyektlərinin vurulmasını da nəzərdə tutur. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, iyun ayında NATO-d
4 noyabrÇin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
Çinin "CAS Space" şirkəti "SpaceSail" rabitə peyklərinin 21-ci qrupunu uğurla orbitə çıxarıb. "Sinxua" agentliyinə istinadən xəbər verir ki, buraxılış noyabrın 3-də Bakı vaxtı ilə saat 04:15-də Çinin şimal-qərbindəki Szyutsüan kosmodromunun "Dunfen" kommersiy
3 noyabrABŞ İranı yenidən vurdu: Hörmüz boğazında gərginlik artır
ABŞ və İran arasında hərbi qarşıdurma yenidən gərginləşib. ABŞ qüvvələrinin İran ərazisində və Hörmüz boğazı istiqamətində yeni zərbələr endirməsi regionda vəziyyəti daha da mürəkkəbləşdirib. Vaşinqton bu addımları Amerika hərbçilərinin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqələndirsə də, Tehran ABŞ-ı
3 noyabrNuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Türkiyənin şərqində, Ağrı dağı yaxınlığında yerləşən Durupınar geoloji formasiyasında aparılan araşdırmalar zamanı yerin təxminən 9 metr dərinliyində kömürləşmiş və yanmamış taxta parçaları aşkarlanıb. Tədqiqatçılar bu qalıqların Bibliyada adı çəkilən Nuhun gəmisinə aid ola biləcəyini ehtimal edirlər
3 noyabrAvropada qeyri-adi qış gözlənilir: İki iqlim hadisəsi havaya təsir edəcək
2026-2027-ci illərin qışı Avropada mülayim və yağıntılı hava ilə başlaya bilər. Alimlərin araşdırmalarına əsasən, bu mövsümün hava şəraitinə iki təbii iqlim hadisəsi - El-Nino və Hind okeanı dipolunun müsbət fazası təsir göstərəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın "Futura" portal
2 noyabrTürkiyədə güclü zəlzələ: Böyük şəhərlər silkələndi
Türkiyənin Aralıq dənizi sahillərində 5.1 maqnitudalı zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 19:49-da (Bakı vaxtı ilə saat 20:49-da) baş verib. Zəlzələnin İstanbul da daxil olmaqla
2 noyabr