Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi - 5 illik gizli sevgi hekayəsi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi - 5 illik gizli sevgi hekayəsiAvropanın kiçik dövlətlərindən biri olan Lixtenşteynin şahzadəsi Mariya İmmakulata Gürcüstanın keçmiş kral ailəsinə mənsub Zurab Dzidziguri ilə ailə həyatı qurub. Beş il davam edən münasibətlərini ictimaiyyətdən uzaq saxlayan cütlüyün toyu Avstriyanın paytaxtı Vyanada baş tutub.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Cütlük Vyanadakı Müqəddəs Pyotr kilsəsində keçirilən mərasimdə nikah bağlayıb. Şahzadə Mariya (ailə üzvlərinin ona müraciət etdiyi adla Lata) toyda krujeva detalları ilə seçilən gəlinlik geyinib. O, obrazını nənəsindən miras qalan, firuzəyi daşlar və brilyantlarla bəzədilmiş tarixi tacla tamamlayıb. 1929-cu ilə qədər uzanan tarixə malik tac şahzadənin nənəsinin mənsub olduğu sülaləyə aid olub.
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi - 5 illik gizli sevgi hekayəsiZurab Dzidziguri isə mərasimdə Gürcüstanın ənənəvi kişi geyimi olan çoxa (çərkəska) geyinib. Beləliklə, hər iki tərəf toy mərasimində öz milli və ailə ənənələrinə hörmət nümayiş etdirib.

Məlumata görə, fərqli ölkələrdə böyüyən cütlük 2011-ci ildə Tiflisdə tanış olub. Həmin vaxt şahzadə Mariya şəhərdə işləyir, eyni zamanda turizm agentliyinə rəhbərlik edirdi. İnnovasiya layihələrinin idarə edilməsi sahəsində çalışan Zurabla iş münasibətləri əsasında başlayan yaxınlıq sonradan sevgiyə çevrilib.
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi - 5 illik gizli sevgi hekayəsiCütlük münasibətlərini beş il ərzində ictimaiyyətdən gizli saxlamağa üstünlük verib. Toydan sonra Zurabın bacısı Kristine onların hekayəsini gürcü atalar sözü ilə ifadə edib: "Qismət səni hara aparacaqsa, ayaqların da ora aparacaq".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 207   Tarix: 03 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-da ara seçkilər keçiriləcək

Amerikalılar bu gün ABŞ Konqresinin ara seçkilərində iştirak edəcəklər. xəbər verir ki, səsvermənin nəticələri Nümayəndələr Palatasının və Senatın tərkibini müəyyən edəcək. Konqresin aşağı palatasındakı 435 yerin hamısı və Senatdakı 100 yerdən 35-i təhlükə altındadır. Bundan əlavə, təxminən 40 ştatd

3 noyabr
.

Polis Halloween bayramını qeyd edən sakinləri saxladı

Hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvanın mərkəzində Halloween bayramını qeyd edən bir neçə nəfəri saxlayıblar. xəbər verir ki, polis, çevik polis və Rosqvardiya əməkdaşları bayram geyimli gənclərin toplaşdığı Kitay-qorod rayonunda reyd keçiriblər. Hadisə yerindən çəkilmiş videoda bir neçə nəfəri

2 noyabr
.

Tramp üçün həlledici gün: Demokratlar qalib gəlsə, ABŞ-ni nə gözləyir?

ABŞ-də bu gün, noyabrın 3-də Konqresə aralıq seçkilər keçirilir. Prezident Donald Trampın hakimiyyətinin ikinci ilinə siyasi qiymət kimi də dəyərləndirilən seçkilərdə Respublikaçılar Partiyasının Konqresdəki üstünlüyünü qoruyub-saxlamayacağı müəyyənləşəcək. Demokratların qələbəsi isə Ağ Ev üçün qanunvericili

3 noyabr
.

Nepalda iki helikopter toqquşub: Ölən və yaralanan var

Nepalın Everest bölgəsindəki Periçe kəndində eniş edərkən iki vertolyotun toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. xəbər verir ki, hər iki pilot yüngül xəsarətlər alıb və müalicələrini davam etdirmək üçün Katmanduya aparılıblar. Polisin məlumatına görə, ölən hindistanlı turistin cəsəd

3 noyabr
.

Məkkəyə dron hücumu olub?

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri ölkənin Məkkə inzibati rayonu üzərində dron ələ keçirdiklərini elan ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə koalisiyanın nümayəndəsi general-mayor Türki əl-Maliki "X"də məlumat yayıb. "Hava hücumundan müdafi

3 noyabr
.

ABŞ Rusiya qazının Avropaya tədarükünün bərpasını dəstəkləyir

ABŞ Rusiya qazının Ukrayna ərazisindən keçən boru kəmərləri vasitəsilə Avropaya tədarükünün tezliklə bərpasının tərəfdarıdır. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ, Avropa və Ukrayna rəsmilərinə istinadən məlumat yayıb. Qeyd olunub ki, bu ideya ABŞ Prezidentini

2 noyabr
.

Avropada qeyri-adi qış gözlənilir: İki iqlim hadisəsi havaya təsir edəcək

2026-2027-ci illərin qışı Avropada mülayim və yağıntılı hava ilə başlaya bilər. Alimlərin araşdırmalarına əsasən, bu mövsümün hava şəraitinə iki təbii iqlim hadisəsi - El-Nino və Hind okeanı dipolunun müsbət fazası təsir göstərəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın "Futura" portal

2 noyabr
.

The Guardian: "Ukraynada yerləşdiriləcək Avropa hərbçiləri Rusiya hücumlarına cavab verə biləcək"

Böyük Britaniya və Fransa Ukraynada mümkün atəşkəsdən sonra yerləşdirilməsi nəzərdə tutulan Avropa hərbi qüvvələrinin təhlükəsizlik qaydalarını müəyyənləşdirir. Plana əsasən, Rusiya qüvvələri Avropa hərbçilərinə hücum edərsə, onlar özünümüdafiə məqsədilə cavab atəşi aça biləcəklər. Nəşrin məlumatın

3 noyabr
.

Türkiyədə güclü zəlzələ: Böyük şəhərlər silkələndi

Türkiyənin Aralıq dənizi sahillərində 5.1 maqnitudalı zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 19:49-da (Bakı vaxtı ilə saat 20:49-da) baş verib. Zəlzələnin İstanbul da daxil olmaqla

2 noyabr