Azərbaycan Şuşanı azad etməklə dünyaya gücünü sübut etdi
"Şuşanın azad edilməsi əslində formalaşmış müəyyən bir düşüncəni dəyişdi. Bildiyiniz kimi, Şuşa, eləcə də Hadrut keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə daxil idi. Hər iki yaşayış məntəqəsinin işğaldan azad edilməsi bir vaxtlar formalaşdırılmış, guya Dağlıq Qarabağ ərazisinin razılaşdırıldığı, ermənilərin də orada qalacağı ilə bağlı absurd və əsassız fikirləri aradan qaldırdı".
Bu fikirləri Sonxeber.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.
"İkinci mühüm məqam ondan ibarət idi ki, erməni cəmiyyəti Azərbaycanın məqsədinin yalnız Qarabağın ətraf ərazilərini işğaldan azad etməkdən ibarət olmadığını anladı. Azərbaycanın hədəfi keçmiş Dağlıq Qarabağ və ətraf ərazilər də daxil olmaqla, bütövlükdə Qarabağ coğrafiyasını işğaldan azad etmək idi.
Digər tərəfdən, Azərbaycanın Şuşanı, özü də olduqca çətin relyef şəraitində azad etməsi beynəlxalq birlik üçün gözlənilməz oldu. Xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ Azərbaycanın belə peşəkar ordu yaratmasını, hərbi əməliyyatların bu qədər dəqiqlik və peşəkarlıqla aparılmasını gözləmirdilər.
Hesab edirəm ki, bu proses Azərbaycanın güclü silahlı qüvvələr formalaşdırdığını beynəlxalq birliyə nümayiş etdirdi. Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masasında öz mövqeyini ortaya qoydu. Eyni zamanda, beynəlxalq ictimaiyyət Qarabağın işğaldan azad edildiyini və bütövlükdə bu coğrafiyanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qəbul etdi. Bu, xüsusi əhəmiyyət daşıyır. Artıq beynəlxalq münasibətlərdə də bu reallıq nəzərə alınır.
Digər tərəfdən, Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanımağa başladı. Bunu Paşinyanın və Ermənistanın digər siyasi rəhbərliyinin, eləcə də rəsmilərinin son çıxışlarında açıq şəkildə görmək mümkündür. Onlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını ifadə edirlər.
Düşünürəm ki, kənar qüvvələr prosesi ləngitməsə və ona müdaxilə etməsə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yekun mətninin imzalanması mümkündür və bu istiqamətdə müvafiq addımlar atıla bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Sabah leysan olacaq, qar yağacaq
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon