Putin gələn il G20 sammitində iştirak etməyəcək - Baş nazir onun gəlişinə "yox" dedi
Böyük Britaniyanın Baş naziri Endi Börnhem 2027-ci ildə Mançesterdə keçiriləcək G20 sammitinə Rusiya Prezidenti Vladimir Putini dəvət etməyi planlaşdırmır.
Bizim.Media xəbər verir ki, bu barədə "The Economist"in jurnalisti Hyuqo Qay "X" sosial şəbəkəsində yazıb.
Rusiya prezidentinin sammitə dəvət olunub-olunmayacağı ilə bağlı birbaşa suala Börnhem qısa şəkildə "Xeyr" cavabını verib.
Bundan əvvəl, oktyabr ayında ABŞ Prezidenti Donald Tramp Putinin bu il ABŞ-da keçiriləcək G20 sammitinə gəlib-gəlməyəcəyi ilə suala dəqiq cavab verməmişdi. Ancaq o, sözlərinə Rusiya prezidentini görməkdən məmnun olacağını da əlavə etmişdi.
"Böyük iyirmilik" ölkələrinin liderlərinin görüşü dekabrın 14-15-də Mayamidə keçiriləcək.
Mançesterdə keçiriləcək sammitin isə 2027-ci il noyabrın 27-28-də baş tutması planlaşdırılır. "Böyük iyirmilik"in İngiltərə şəhərində toplanacağı barədə "Politico" mənbələrinə istinadən məlumat yayıb.
Britaniya Baş nazirinin Ofisi bu məlumatı nəşrə birbaşa təsdiqləməyib. Bununla belə, qurumdan bildirilib ki, Endi Börnhem Trampla söhbəti zamanı onu artıq Mançesterə dəvət edib. ABŞ Prezidenti isə bu təklifdən yararlanmaq istədiyini bildirib.
Böyük Britaniyanın Baş naziri vəzifəsinə qədər Börnhem 2017-ci ildən Mançesterin meri olub.
G20-nin əvvəlki sammiti 2025-ci ilin noyabrında Cənubi Afrikada keçirilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 143 Tarix: 05 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
NATO Rusiyanın dərinliklərindəki hərbi obyektlərə zərbələri istisna etmir
NATO-nun yenilənmiş müdafiə strategiyası Rusiyanın arxa cəbhəsində yerləşən hərbi bazaların, təchizat anbarlarının və sənaye obyektlərinin vurulmasını da nəzərdə tutur. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, iyun ayında NATO-d
4 noyabrÇin sədrinin müavini Türkiyə və Gürcüstana səfər edəcək
Çin Xalq Respublikasının (ÇXR) sədrinin müavini Han Çjen noyabrın 6-dan 12-dək Türkiyə və Gürcüstanda səfərdə olacaq. xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin məlumat verib. Onun sözlərinə görə, Çin sədri Si Cinpinqin xüsusi nümayəndəsi Han Çjen Türkiyə Prezident
4 noyabrNYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır
ABŞ-nin Donald Tramp administrasiyası Venesuela ilə bu ölkədə Amerika hərbçilərinin uzunmüddətli mövcudluğunu təmin edəcək razılaşma ilə bağlı danışıqlar aparır. "Report"un məlumatına görə, bu barədə "The New York Times" (NYT) mənbələrə istinadən xəbər verib. Məlumata görə, dövlə
4 noyabrGələcəkdə yay yarım il davam edə bilər
Gələcək illərdə dünyada istilik dalğaları daha uzunmüddətli, genişmiqyaslı və intensiv olacaq. Yeni araşdırmaya görə, bəzi bölgələrdə anomal isti hava dövrü ardıcıl altı ayadək davam edə bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Berlin Azad Universitetinin Avstraliya, İsveçrə və Yen
5 noyabr"Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq
ABŞ-nin məşhur okean layneri "SS United States" dünyanın ən böyük süni rifini yaratmaq üçün Florida sahillərində, Meksika körfəzində batırılacaq. "Qafqazinfo" xəbər verir ki, otuz ilə yaxın Filadelfiyada sahilə lövbər salan tarixi gəmi yüksək bərpa xərcləri səbəbindən bu üsulla qiymətləndirilib
4 noyabrSamvel Karapetyan 1 ay müddətinə həbs edilib
"Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan 1 ay müddətinə həbs edilib. xəbər verir ki, qərar bir müddət əvvəl ictimaiyyətə açıqlanıb. Qeyd etmək lazımdır ki, iş hakim Levon Petrosyana həvalə edilib və məhkəmə iclası bütün gecə davam edib. Bu səhər tezdən İstintaq Komitəsinin müstəntiqlər
5 noyabr