NATO Rusiyanın dərinliklərindəki hərbi obyektlərə zərbələri istisna etmir
NATO-nun yenilənmiş müdafiə strategiyası Rusiyanın arxa cəbhəsində yerləşən hərbi bazaların, təchizat anbarlarının və sənaye obyektlərinin vurulmasını da nəzərdə tutur.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, iyun ayında NATO-da uzaqmənzilli və dərinlikdə yerləşən hədəflərə zərbələr endirilməsi mövzusunda simpozium keçirilib.
Müzakirə olunan yeni konsepsiya yalnız alyans ölkələrinin sərhədlərini keçə biləcək qoşunların atəşə tutulmasını deyil, həm də Rusiya ərazisində cəbhə xəttindən uzaqda yerləşən hərbi bazalara, təchizat anbarlarına və sənaye obyektlərinə zərbələr endirilməsini nəzərdə tutur.
Rusiya hakimiyyəti ölkənin NATO dövlətlərinə hücum etmək planlarının olması ilə bağlı iddiaları dəfələrlə təkzib edib.
Rusiya Prezidenti Vladimir Putin Qərb siyasətçilərinin bu cür bəyanatlarını öz əhalisini qorxutmaq və hərbi xərclərin artırılmasına haqq qazandırmaq cəhdi adlandırıb.
Kremlin sözçüsü Dmitri Peskov isə NATO-nun həddindən artıq hərbiləşmə yolunu tutduğunu bildirib. Onun sözlərinə görə, Rusiyanın təhdid kimi təqdim edilməsi alyans üzvü olan ölkələrin müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq qərarını əsaslandırmaq üçün istifadə olunur.
Peskov həmçinin Avropada yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasının Rusiya ilə dialoqu zəruri edəcəyini vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 45 Tarix: 04 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kiyev işıqsız qaldı
Ukraynanın paytaxtı Kiyev şəhəri və Kiyev vilayətində elektrik enerjisinin verilişində qəza səbəbindən fasilələr yaranıb. Bu barədə Ukraynanın "DTEK" enerji holdinqi məlumat yayıb. "Ukrenerqonun göstərişi ilə Kiyev və Kiyev vilayətində fövqəladə elektrik enerjisi kəsintiləri tətbiq edilib
2 noyabrTramp üçün həlledici gün: Demokratlar qalib gəlsə, ABŞ-ni nə gözləyir?
ABŞ-də bu gün, noyabrın 3-də Konqresə aralıq seçkilər keçirilir. Prezident Donald Trampın hakimiyyətinin ikinci ilinə siyasi qiymət kimi də dəyərləndirilən seçkilərdə Respublikaçılar Partiyasının Konqresdəki üstünlüyünü qoruyub-saxlamayacağı müəyyənləşəcək. Demokratların qələbəsi isə Ağ Ev üçün qanunvericili
3 noyabrAvropada qeyri-adi qış gözlənilir: İki iqlim hadisəsi havaya təsir edəcək
2026-2027-ci illərin qışı Avropada mülayim və yağıntılı hava ilə başlaya bilər. Alimlərin araşdırmalarına əsasən, bu mövsümün hava şəraitinə iki təbii iqlim hadisəsi - El-Nino və Hind okeanı dipolunun müsbət fazası təsir göstərəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın "Futura" portal
2 noyabrTramp: ABŞ İranın Pikaks dağına zərbə endirə bilər
ABŞ prezidenti Donald Tramp yenə də ABŞ-ın İranın Pikakse dağına zərbə endirə biləcəyi ehtimalını istisna etməyib. xəbər verir ki, Tramp Fox News-a bildirib ki, "Biz onların bütün nüvə arsenalını bombalamışıq. Pikaks (Dağ) ilə məşğul olmalı ola bilərik, amma bu, problem deyil. Biz bunu bir saat
3 noyabrMəkkəyə dron hücumu olub?
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri ölkənin Məkkə inzibati rayonu üzərində dron ələ keçirdiklərini elan ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə koalisiyanın nümayəndəsi general-mayor Türki əl-Maliki "X"də məlumat yayıb. "Hava hücumundan müdafi
3 noyabrABŞ-da ara seçkilər keçiriləcək
Amerikalılar bu gün ABŞ Konqresinin ara seçkilərində iştirak edəcəklər. xəbər verir ki, səsvermənin nəticələri Nümayəndələr Palatasının və Senatın tərkibini müəyyən edəcək. Konqresin aşağı palatasındakı 435 yerin hamısı və Senatdakı 100 yerdən 35-i təhlükə altındadır. Bundan əlavə, təxminən 40 ştatd
3 noyabr