Avropada hibrid müharibə təhlükəsi artır: Kiberhücumlar və bomba təhdidləri nəqliyyatda xaos yaradıb

Avropada hibrid müharibə təhlükəsi artır: Kiberhücumlar və bomba təhdidləri nəqliyyatda xaos yaradıbAvropada son günlər hava limanlarına bomba təhdidləri, supermarketlərin soyuducu sistemlərinə kiberhücumlar və digər təhlükəsizlik insidentləri qeydə alınıb. Baş verən hadisələr Avropa ölkələrində hibrid müharibə təhlükəsi ilə bağlı narahatlıqları artırıb.

Sonxeber.az The Guardian-a istinadən xəbər verir ki, son günlər Avropanın müxtəlif ölkələrində baş verən hadisələr təhlükəsizlik qurumlarının diqqətini cəlb edib. Hava limanlarına ünvanlanan saxta bomba xəbərdarlıqları nəticəsində azı 25 aviareysdə gecikmələr və istiqamət dəyişiklikləri qeydə alınıb.

Nəşrin məlumatına görə, noyabrın 5-də İtaliya, İrlandiya, Böyük Britaniya, İspaniya, Bolqarıstan, Rumıniya, Polşa, Finlandiya, Avstriya, Danimarka, Belçika, Portuqaliya, Yunanıstan və Çexiya ilə əlaqəli uçuşlar təhdidlərdən təsirlənib. Bir neçə təyyarə təcili eniş edib, digərləri isə alternativ hava limanlarına yönləndirilib. Aparılan ilkin yoxlamalarda partlayıcı qurğu aşkar edilməyib.

Bundan əvvəl isə Avropanın yeddi ölkəsində supermarketlərin soyuducu və dondurucu sistemlərinə kiberhücumlar qeydə alınıb. Hücumlar nəticəsində bəzi mağazalarda soyuducu qurğuların temperaturu 50 dərəcəyədək yüksəlib, çoxlu sayda ərzaq məhsulu yararsız hala düşüb.

Məqalədə Fransada da oxşar hadisənin baş verdiyi xatırladılır. Ötən ay ölkədə yüzlərlə supermarketin soyuducu sistemlərinin haker hücumuna məruz qaldığı, nəticədə milyonlarla avro dəyərində ərzaq məhsulunun məhv olduğu bildirilir.

Nəşr vurğulayır ki, bu hadisələrin arxasında konkret hansı qüvvələrin dayandığı hələ müəyyən edilməyib. Təhlükəsizlik və kibertəhlükəsizlik üzrə mütəxəssislər isə bu cür insidentlərin dövlət səviyyəsində həyata keçirilən hibrid əməliyyatların tərkib hissəsi ola biləcəyini istisna etmirlər.

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın bu hücumlarla əlaqələndirilməsini əsassız adlandırıb.

Məqalədə qeyd olunur ki, Avropanın kritik infrastrukturlarının, xüsusilə nəqliyyat, ərzaq təchizatı və rəqəmsal idarəetmə sistemlərinin kibertəhlükəsizliyinin gücləndirilməsi getdikcə daha vacib məsələyə çevrilir.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 301   Tarix: 06 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İtaliya Ukraynaya yeni hərbi yardım paketi hazırlayır: İlk dəfə 2026-cı ildə silah göndəriləcək

İtaliya Ukraynaya hərbi dəstəyini davam etdirmək üçün yeni yardım paketi hazırlayır. Bu, 2026-cı ildə Romanın Kiyevə təqdim etməyi planlaşdırdığı ilk hərbi yardım paketi olacaq. Reuters-in məlumatına görə, İtaliyanın müdafiə naziri Quido Krozetto noyabrın 10-da ölkə parlamentinin Kəşfiyyat və Təhlükəsizli

5 noyabr
.

Tramp İranı yenidən bombalamaqla hədələdi: "Ölkənin qalan hissəsini də məhv edə bilərik"

ABŞ Prezidenti Donald Tramp İranı yenidən genişmiqyaslı hərbi zərbələrlə hədələyib. CNN-ə istinadən xəbər verir ki, Tramp noyabrın 5-də Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən İrana qarşı hərbi əməliyyatların davam etdirilməsi ehtimalını istisna etməyib. "İmkan daxilində ölkənin qala

6 noyabr
.

Ermənistan AB-nin bu proqramlarına qoşulur

Ermənistanın gömrük sahəsində "Customs" və "Fiscalis" əməkdaşlıq proqramlarında iştirakına dair AB ilə sazişin imzalanması təklifi təsdiqlənib. xəbər verir ki, bu barədə müvafiq qərar noyabrın 5-də Ermənistan hökumətinin iclasında qəbul edilib. Qeyd olunub ki, proqramlara qoşulm

5 noyabr
.

Putin gələn il G20 sammitində iştirak etməyəcək - Baş nazir onun gəlişinə "yox" dedi

Böyük Britaniyanın Baş naziri Endi Börnhem 2027-ci ildə Mançesterdə keçiriləcək G20 sammitinə Rusiya Prezidenti Vladimir Putini dəvət etməyi planlaşdırmır. Bizim.Media xəbər verir ki, bu barədə "The Economist"in jurnalisti Hyuqo Qay "X" sosial şəbəkəsində yazıb. Rusiya prezidentini

5 noyabr
.

Qazaxıstanda Xəzər dənizində hərbçilərin ölümü ilə bağlı iş üzrə 300-dən çox şəxs dindirilib

Qazaxıstanda sentyabrın sonlarında Xəzər dənizində qazaxıstanlı hərbçilərin ölümü faktı üzrə cinayət işinin istintaqının gedişatında 300-dən çox şəxs dindirilib. Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun məlumatında bildirilib. "Baş vermiş faciənin bütü

5 noyabr
.

Yaponiyada güclü zəlzələ olub

Yaponiyanın Honsü adasının şərq sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Mərkəzin məlumatına görə, zəlzələnin episentri təxminən 100 min nəfərin yaşadığı Narita şəhərindən 199 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilomet

6 noyabr
.

Qazaxıstan və Gürcüstan kibercinayətkarlıqla mübarizədə əməkdaşlığı gücləndirəcək

Qazaxıstan və Gürcüstan transmilli cinayətkarlıq və internet dələduzluğu ilə mübarizə, cinayətkarların axtarışı və miqrasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı aktivləşdirmək niyyətindədir. "Report"un Qazaxıstan bürosunun ölkənin Daxili İşlər Nazirliyinə istinadən verdiy

5 noyabr
.

NATO Rusiyanın dərinliklərindəki hərbi obyektlərə zərbələri istisna etmir

NATO-nun yenilənmiş müdafiə strategiyası Rusiyanın arxa cəbhəsində yerləşən hərbi bazaların, təchizat anbarlarının və sənaye obyektlərinin vurulmasını da nəzərdə tutur. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, iyun ayında NATO-d

4 noyabr
.

Rusiyanın Ukraynaya hücumu nəticəsində ölənlərin sayı 42-yə çatıb

Ukraynanın Zaporojye vilayətində humanitar yardım məntəqəsinə endirilən Rusiya zərbəsi nəticəsində ölənlərin sayı 42-yə yüksəlib. Reuters-in məlumatına görə, hadisə noyabrın 2-də Komışuvaxa kəndində baş verib. Rusiya ordusunun idarəolunan aviabombalarla həyata keçirdiyi hücum zamanı sakinlərin humanita

5 noyabr