Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"

Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq""TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər".

Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen bildirib.

Amerikalı diplomat qeyd edib ki, layihə təkcə dəmir yolu əlaqələrinin deyil, həm də digər potensial nəqliyyat istiqamətlərinin inkişafını nəzərdə tutur:

"Onun icrasını həyata keçirəcək şirkətin yaradılması və marşrutun dəqiq parametrlərinin müəyyənləşdirilməsi ilə qeyri-hökumət təşkilatlarının prosesdə iştirakı üçün yeni şans yaranacaq. Bu, Azərbaycanın daha geniş regionla əlaqələrinin qurulması prosesinin bir hissəsidir. Ümid edirəm ki, sözügedən proses çərçivəsində Azərbaycan və Ermənistan arasında münasibətlərin inkişafının da şahidi olacağıq. Zənnimcə, burada qeyri-hökumət təşkilatları mühüm rol oynaya bilər".

O, hər iki tərəfdən vətəndaş cəmiyyəti nümayəndələrini və ictimai fəalları bir araya gətirən "Peace Bridge" təşkilatının iştirakını xatırladıb. Diplomatın fikrincə, bu cür təşəbbüslər Azərbaycan və erməni cəmiyyətləri arasında təmasların inkişafına təkan verə bilər.

Qeyd olunub ki, TRIPP yalnız regional bağlantını gücləndirməyə yönəlmiş bir nəqliyyat layihəsi kimi deyil, eyni zamanda Ermənistanla Azərbaycan arasında dialoqun və əməkdaşlığın genişləndirilməsi üçün fürsət kimi dəyərləndirilir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 73   Tarix: 07 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Qırğız Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri,. Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm. Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü

6 noyabr
.

Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır

Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"

5 noyabr
.

Xankəndi Stadionu açıldı - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadionda yaradılmış şərait barədə məlumat verib. Bildirilib ki, Xankəndi Şəhər Stadionu 1956-c

7 noyabr
.

Prezidentlə şəhid anası arasında səmimi dialoq

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə şəhid anası arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev

6 noyabr
.

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açıldı - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Universitetin Klinikasının baş direktoru Samir Babayev burada yaradılmış şərai

7 noyabr
.

Müstəqil dövlətin Konstitusiya günüdür

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al

6 noyabr
.

44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi

"44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin altıncı ildönümündə bir daha aydın görünür ki, Zəfər Günü Azərbaycanın müasir dövlətçilik tarixində sadəcə təqvim sırasına daxil olan bir bayram deyil, milli şüurun, geostrateji reallığın və hüquqi suverenliyin tam təmin olunmasının rəmz

7 noyabr
.

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığ

7 noyabr
.

Prezident Şuşada açılışda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məlumat verib. Bildirilib ki, nazirliyin sifarişi ilə Şuşa Peşə Təhsil

7 noyabr