Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"
"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib".
Oxu.Az xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib.
Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığını diqqətə çatdırıb.
"Ölkəmiz 3 trilyon dollar itirdi və bunun da yeganə səbəbi seçkidir", - deyə Tramp vurğulayıb.
ABŞ rəhbəri konkret olaraq hansı itkilərin nəzərdə tutulduğunu açıqlamayıb. Bununla belə, o, birja hərraclarında əsas kotirovkaların aşağı düşməsinin birbaşa olaraq ölkədəki aralıq seçkinin nəticələri ilə bağlı olduğuna əminliyini ifadə edib.
Qeyd edək ki, səsvermə noyabrın 3-də baş tutub. Vətəndaşlar 100 senatordan 35-ni və Konqresin Nümayəndələr Palatasının bütün 435 üzvünü seçiblər. 36 ştatda qubernator seçkiləri də keçirilib. Yerli mətbuatının son ehtimallarına əsasən, yeni çağırış Konqresin hər iki palatasında demokratlar üstünlük təşkil edəcəklər. Hazırda isə həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluq respublikaçılara məxsusdur. Son günlər ABŞ və digər ölkələrin fond birjalarında bir çox əsas göstəricilər nəzərəçarpacaq dərəcədə ucuzlaşıb. İxtisaslaşmış kütləvi informasiya vasitələrinin məlumatına görə, investorlar demokratların Birləşmiş Ştatlardakı aralıq seçkidə qalib gəlməsinin süni intellekt sahəsinin tənzimlənməsini daha da sərtləşdirə biləcəyindən ehtiyat edirlər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 111 Tarix: 08 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dünyadan "ərzaq yığın" ÇAĞIRIŞI: Niyə məhz 3 gün? - ŞOK DETALLAR - VİDEO
Dünyanın bir çox ölkəsi eyni vaxtda vətəndaşlarına evlərində ərzaq və su ehtiyatı toplamaqla bağlı çağırış edərək həyəcan təbili çaldı. Bəs bu addımın arxasında hansı səbəblər dayanır və əslində nə baş verir?. "GZT"yə istinadən xəbər verir ki, müasir dövrdə hər hansı bir ölkəni böhrana sürükləmə
8 noyabrKonqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl
7 noyabrParaqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi
Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə
8 noyabrİranda yanvar etirazları ilə bağlı üç nəfər edam edilib - Foto
İranda yanvar ayında keçirilən etirazlarla əlaqədar saxlanılan üç nəfər edam edilib. bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, İranın məhkəmə orqanları yanvarın 8-də və 9-da Kərəc şəhərində baş verən etirazlarla əlaqədar həbs olunan Həsən Diyubənd
8 noyabrUkraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə sıradan çıxıb. UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib. Merin sözlərinə görə, elektri
8 noyabrKonsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı
Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri
7 noyabrTrampla demokratlar arasında qarşıdurma dərinləşir
ABŞ prezidenti Donald Tramp, onun administrasiyası, tərəfdaşları və respublikaçı donorları ilə bağlı Konqres araşdırmaları aparmaq planlarını açıqladıqdan sonra Ədliyyə Nazirliyinə Demokrat Partiyasının üzvlərini araşdırmağı əmr edib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Trut
8 noyabr