Trampla demokratlar arasında qarşıdurma dərinləşir
ABŞ prezidenti Donald Tramp, onun administrasiyası, tərəfdaşları və respublikaçı donorları ilə bağlı Konqres araşdırmaları aparmaq planlarını açıqladıqdan sonra Ədliyyə Nazirliyinə Demokrat Partiyasının üzvlərini araşdırmağı əmr edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.
Tramp demokratları respublikaçıları təqib etməkdə, eləcə də ABŞ-nin baş prokurorunu və digər vəzifəli şəxsləri əsassız olaraq impiçmentlə hədələməkdə ittiham edib. O, bu cür təhdidləri "ən yüksək səviyyədə reketçilik" adlandıraraq demokratların dövlət institutlarından siyasi məqsədlər üçün istifadə etdiyini bildirib.
"Onlar həmçinin dünyanın ən hörmətli insanlarından olan donorlarımızı yalnız respublikaçı və ya respublikaçıların tərəfdarı olduqlarına görə həbs və bir çox digər cəza tədbirləri ilə hədələyirlər. Bu, dövlət institutlarından silah kimi istifadə və tamamilə yeni səviyyədə hüquqi müharibədir", - Vaşinqton administrasiyasının rəhbəri yazıb.
ABŞ Prezidenti ayrıca Miçiqan ştatından olan senator Elissa Slotkini də tənqid edərək onu respublikaçı dəyərlərini bölüşən gəncləri təqib etmək niyyətində olmaqda ittiham edib.
"Demokrat Partiyasının siyasi liderləri tərəfindən çoxsaylı insanlara təhdid məktubları göndərilib. Onların hamısı günahsızdır. Bununla mən Ədliyyə Nazirliyinə bu cinayət əməlinin dərhal araşdırılmasını tapşırıram!" - Tramp fikirlərini yekunlaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 147 Tarix: 08 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib
Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar
7 noyabrİran raketlərinin uçuş məsafəsinə tətbiq olunan məhdudiyyət ləğv edildi
İran öz raketlərinin uçuş məsafəsinə tətbiq edilən məhdudiyyəti aradan qaldırıb. ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, briqada generalı Hüseyn Möhibi məlumat verib. "İran üçün raketlərin mənzillənmə limiti ləğv edilib"
7 noyabrƏraqçı 48 saatda 12 ölkənin naziri ilə məsləhətləşdi
İranın xarici işlər naziri Abbas Əraqçı son iki gün ərzində 12 ölkədən olan həmkarı ilə telefon əlaqəsi saxladığını, regionda cərəyan edən prosesləri, həmçinin ABŞ və İsrailin eskalasiyaya səbəb olan addımlarının fəsadlarını müzakirə etdiyini bildirib. xəbər verir ki, bu barədə diplomat sosial şəbək
7 noyabrUkrayna Baskov, Kirkorov və Priqojini qara siyahıya saldı
Rusiyanın Xalq artistləri - Nikolay Baskov və Filipp Kirkorov, eləcə də musiqi prodüseri İosif Priqojin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına salınıblar. xəbər verir ki, bu barədə "War&Sanctions" məlumat bazasının portalında dərc olunub. Baza tərtibatçılar
8 noyabrAlmaniya Ukraynaya "Patriot" göndərməyəcək
Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil
7 noyabrİranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs
8 noyabr