Avropanın ilk milyonçusu Bolqarıstanda tapıldı - 6500 il əvvəl 1,5 kq qızılla basdırılıb
Bolqarıstanda təxminən 6500 il əvvələ aid Avropanın ən qədim qızıl xəzinələrindən biri aşkar edilib. Tapıntılar arasında təxminən 1,5 kiloqram qızıl əşyalarla birlikdə dəfn olunmuş kişinin məzarı xüsusi diqqət çəkir. Alimlər onu şərti olaraq Avropanın ilk varlılarından biri hesab edirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə "EuropeExpress" portalı məlumat yayıb.
Hazırda Varna Arxeologiya Muzeyində saxlanılan qədim xəzinə ilk dəfə 1972-ci ildə Bolqarıstanın Varna şəhərinin sənaye zonasında aşkar edilib. Tikinti işləri zamanı ekskavatorçu Rayço Marinov torpağın altında qızıl əşyalar tapıb. Sonradan aparılan arxeoloji qazıntılar nəticəsində burada Mis dövrünə aid geniş nekropolun olduğu müəyyənləşib.
Eramızdan əvvəl 4600-4350-ci illərə aid edilən nekropoldan ümumilikdə 3 mindən çox qızıl əşya aşkarlanıb. Onların ümumi çəkisi 6 kiloqramdan artıqdır. Tapıntılar arasında bilərziklər, muncuqlar, asqılar, mərasim bəzəkləri, eləcə də mis alətlər, keramika nümunələri və daş məmulatlar var.
Ən zəngin məzar xüsusi maraq doğurur
Arxeoloqların diqqətini xüsusilə 43 nömrəli qəbir cəlb edib. Burada yetkin yaşlı kişinin skeleti və onun ətrafında təxminən 1,5 kiloqram ağırlığında qızıl əşyalar tapılıb. Dəfn edilən şəxsin çoxsaylı bəzək əşyaları və mərasim atributları ilə torpağa tapşırılması onun yüksək sosial mövqeyə malik olduğunu göstərir.
Alimlər həmin şəxsin tayfa başçısı, kahin və ya başqa nüfuzlu şəxs olması barədə hələ də yekdil fikrə gəlməyiblər. Bununla belə, dəfn mərasimi həmin dövrdə Avropada sosial təbəqələşmənin və sərvət bərabərsizliyinin mövcudluğunu göstərir.
Maraqlı məqamlardan biri də nekropolda insan qalıqları olmayan zəngin məzarların aşkarlanmasıdır. Bu yerlərdə qızıl əşyalar və insan bədənini simvolizə edən təsvirlər tapılıb. Tədqiqatçılar belə dəfnləri kenotaf - insan qalıqları olmadan yaradılan simvolik məzarlar kimi qiymətləndirirlər.
Tapıntılar qədim Varna sakinlərinin uzaq bölgələrlə ticarət və mübadilə əlaqələri saxladığını da üzə çıxarıb. Aralıq dənizində yaşayan molyuskların qabıqlarından hazırlanan bəzək əşyaları və mis məmulatlar həmin dövrdə bölgədə sənətkarlığın inkişaf etdiyini göstərir.
Arxeoloqların fikrincə, Varna nekropolu qızılın Avropada minilliklər əvvəl də zənginlik və sosial nüfuz rəmzi olduğunu sübut edən ən mühüm tarixi abidələrdən biridir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 157 Tarix: 10 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şahzadə Uilyam və Keytin formasında tort hazırladı
Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya
8 noyabrPaşinyan bu tarixdə Türkiyəyə gedəcək
Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 11-də Türkiyəyə səfər edərək Antalyada keçirilən COP31 İqlim Konfransı çərçivəsində liderlərin sammitində iştirak edəcək. xəbər verir ki, Paşinyan səfər planları barədə noyabrın 5-də məlumat yayıb. Ermənistanın baş nazirinə forumda iştirak etmək üçün dəvət
9 noyabrMerts G20 sammitində Putinlə danışacaqmı? - Özündən açıqlama
Almaniya kansleri Fridrix Merts dekabr ayında Mayamidə keçiriləcək G20 sammitində iştirak edəcəyi təqdirdə Rusiya Prezidenti Vladimir Putinlə söhbətdən yayınmayacağını bildirib. Lakin Rusiya prezidentinin bu görüşdə iştirak edib-etməyəcəyi hələ məlum deyil. Bizim.Media xəbər verir ki, Merts bu barəd
9 noyabrBu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
9 noyabrParaqvayın keçmiş Mərkəzi Bank rəhbəri Ueno Bank işi üzrə həbs edilib
Paraqvay Mərkəzi Bankının keçmiş rəhbəri Karlos Karvalyo təxminən 3 milyon müştərinin hesablarının dondurulması ilə bağlı Ueno Bankı ilə bağlı istintaqla əlaqədar olaraq məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. "Report" xəbər verir ki, bu barədə "ABC Color" qəzeti məluma
8 noyabrFransa kiberhücuma görə İranın səfirini XİN-ə çağırıb
Fransa bu gün İranın Parisdəki səfirini kiberhücum iddiaları ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırıb. Bu barədə "Reuters" məlumat yayıb. Məlumata görə, Fransa İranı ölkədə yüzlərlə supermarketdə soyuducuların fəaliyyətini dayandıran kiberhücumda ittiham edib. Fransanın xarici işlər nazir
10 noyabrParaqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi
Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə
8 noyabr