Niderland hökuməti fikir ayrılıqlarına görə istefaya gedə bilər

Niderland hökuməti fikir ayrılıqlarına görə istefaya gedə bilərNiderland hökuməti vergi islahatları məsələsində hakim koalisiya iştirakçıları arasında yaranan fikir ayrılıqları və parlamentdə lazımi dəstəyin olmaması səbəbindən yaxın vaxtlarda istefa verə bilər.

"Report" xəbər verir ki, bu barədə hökumət mənbələrinə istinadən "NRC" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hakim koalisiyanın üç partiyasından heç biri ("Demokratlar-66", "Azadlıq və Demokratiya uğrunda Xalq Partiyası" (NPSD) və "Xristian-Demokratik Çağırış") növbədənkənar seçkilərin keçirilməsində maraqlı deyil.

Sorğulara əsasən, yeni səsvermə olacağı təqdirdə, hər üç siyasi qüvvə parlamentdə əhəmiyyətli sayda yer itirmək riski ilə üz-üzədir.

"Xristian İttifaqı" partiyasının lideri Miryam Bikkerin təşəbbüsü əlavə qeyri-müəyyənlik yaradıb. Parlamentin aşağı palatası hökumətin istefasından sonra növbədənkənar seçkilərin avtomatik təyin edilməsindən imtina etmək təklifini dəstəkləyib. Bunun əvəzinə, deputatlar əvvəlcə parlamentin hazırkı tərkibi çərçivəsində yeni kabinetin formalaşdırılması imkanını nəzərdən keçirmək niyyətindədirlər.

Siyasi böhranın kəskinləşməsinə müxalifətdəki "Mütərəqqi Niderland" (PRO) və "Volt" partiyaları tərəfindən təklif edilən vergi paketi ətrafında yaranan mübahisə səbəb olub. Təşəbbüs əmək üzərinə düşən vergi yükünün 1,5 milyard avro azaldılmasını, bunun isə kapital vergilərinin artırılması, miras və bağışlama vergitutma qaydalarına yenidən baxılması hesabına kompensasiya edilməsini nəzərdə tutur.

Təklif parlamentin hər iki palatasında səs çoxluğu qazana bilər, lakin NPSD buna qarşı çıxır. Öz növbəsində, "Demokratlar-66" və "Xristian-Demokratik Çağırış" nümayəndələri koalisiya tərəfdaşlarının mövqeyinə rəğmən müxalifətin təşəbbüsünə səs verməyin mümkünlüyünü istisna etməyiblər. NPSD-də belə bir ssenarini qəbuledilməz adlandırıblar.

Mövcud vəziyyət Niderlandın siyasi sistemi üçün növbəti sınaq olub. 2021-ci ildən bəri ölkənin bir neçə hökuməti daxili fikir ayrılıqları səbəbindən işini vaxtından əvvəl dayandırıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 49   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp-Putin-Si Cinpin görüşü formatına görə baş tutmaya bilər

ABŞ, Çin və Rusiya liderlərinin noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində mümkün üçtərəfli görüşünün formatı ilə bağlı fikir ayrılıqları yaranıb. Bu barədə "The Wall Street Journal" (WSJ) nəşri danışıqları

10 noyabr
.

Almaniyada 13 min ildir "yatan" vulkan oyanır: Püskürmə bütün Avropada hiss olunacaq

Almaniyanın qərbində yerləşən və uzun müddət sönmüş hesab edilən Laax vulkanında aktivlik əlamətləri qeydə alınır. Alimlər mümkün güclü püskürmənin təkcə Almaniyaya deyil, Mərkəzi Avropanın böyük hissəsinə ciddi təsir göstərə biləcəyini bildirirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "Twoja Pogoda"

10 noyabr
.

Rusiya 4 nəhəng şirkəti cərimələdi - Səbəb bu imiş

Rusiyada "Apple", "Google", "Telegram" və "Wikipedia"a 26,3 milyon rubl cərimə kəsilib. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi şirkət və təşkilatlara qarşı açılan işlər üzrə qərar qəbul edib. Məhkəməni

10 noyabr
.

Ukraynada müharibədə 400 mindən çox rusiyalı həlak olub

Ukraynaya qarşı tammiqyaslı müharibənin başlanmasından bəri 400 mindən çox rusiyalı hərbçi həlak olub. xəbər verir ki, bu barədə Rusiyanın dövlət statistika agentliyi Rosstatdan sızdırılmış məlumatda bildirilib. Məlumatlar Belarus müxalifəti ilə əlaqəli "Cyber Partisans" haker qrupu və Ukraynanı

10 noyabr
.

Makron cütlüyü amerikalı podkastçı Kendis Ouensə qarşı yeni iddia qaldırıb

Fransa Prezidenti Emmanuel Makron və onun həyat yoldaşı Bricit Makron böhtanla bağlı amerikalı podkast aparıcısı Kendis Ouensə qarşı yeni iddia qaldırıblar. "Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə K.Ouens "X" sosial şəbəkəsində bildirib. Fransa Prezidentini

10 noyabr
.

Paşinyan Parisdə Makronla görüşüb

Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşüb. xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Melaniya Harutyunyan sosial media hesabında məlumat yayıb. Bildirilib ki, görüş Parisdəki Yelisey Sarayında baş tutub. Qeyd edək ki, Nikol Paşinya

10 noyabr
.

Fransa İrana qarşı sanksiyalar tətbiq edəcək

Fransa kiberhücumla əlaqədar İrana qarşı sanksiyalar tətbiq edəcək. APA xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro bəyan edib. Nazir bildirib ki, Paris İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kiberhücumda əli olduğunu hesab edir və bu hadisəyə cavab olaraq bütün zərur

10 noyabr
.

Avropanın ilk milyonçusu Bolqarıstanda tapıldı - 6500 il əvvəl 1,5 kq qızılla basdırılıb

Bolqarıstanda təxminən 6500 il əvvələ aid Avropanın ən qədim qızıl xəzinələrindən biri aşkar edilib. Tapıntılar arasında təxminən 1,5 kiloqram qızıl əşyalarla birlikdə dəfn olunmuş kişinin məzarı xüsusi diqqət çəkir. Alimlər onu şərti olaraq Avropanın ilk varlılarından biri hesab edirlər. Qaynarinf

10 noyabr
.

Eniş anında iki paraşüt toqquşdu - Ölənlər var - Fotolar

ABŞ-nin Kaliforniya ştatında yerləşən "Skydive Elsinore" mərkəzində dəhşətli aviasiya hadisəsi baş verib. Eniş zonasına yaxınlaşarkən havada toqquşan iki təcrübəli paraşütçü ağır xəsarətlər alaraq həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, 56 yaşlı Corciya Cin və 29 yaşlı Lev

10 noyabr