EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu sabit saxlayıb

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu sabit saxlayıbABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu sabit saxlayıb.

Sonxeber.az xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın noyabr ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

EIA-nın yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək. Ötən ay da bu rəqəm 550 min barel olub.

Bu ilin dördüncü rübündə neft hasilatının sutkada 550 min barel olacağı gözlənilir. Oktyabrda həmin rüb üçün verilən proqnoz eyni olub.

Bu ilin birinci rübü üçün ölkədə neft hasilatı ilə bağlı açıqlanan proqnoz 560 min barel, ikinci və üçüncü rüb üçün açıqlanan proqnoz isə 550 min barel təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin birinci və ikinci rüblərdə neft hasilatı sutkada 570 min barel, üçüncü rübdə neft hasilatı sutkada 580 min barel, dördüncü rübdə 590 min barel təşkil edib.

EIA-nın məlumatına görə, 2025-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 570 min barel səviyyəsində olub.///Report


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 99   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"HB Güvən Klinik" 150 min manat borca düşdü

"HB Güvən Klinik" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlət qarşısı külli miqdarda borcu aranıb. "Yurd.Media"ya istinadla xəbər verir ki, "HB Güvən Klinik" MMC-nin vergi borcu 149 min manatı ötüb. Qeyd edək ki, "HB Güvən" klinikası 2018-ci ildən fəaliyyət göstərir

11 noyabr
.

DVX: Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10 % güzəşt ediləcək

Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10% güzəşt ediləcək. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərin

6 noyabr
.

Azərbaycan İndoneziyaya neft satışından qazancını 3 dəfədən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İndoneziyaya 356 min 500,04 ton xam neft ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 224 milyon 640,09 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,7 dəfə, dəyər

29 oktyabr
.

Azərbaycanın qiymətli kağızlar bazarı 32 % kiçilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 34 milyard 904,7 milyon manatlıq əməliyyat aparılıb. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 32 % azdır. 9 aylıq göstəricinin 5 milyard 931,7 milyon manatlıq hissəsi ilkin bazard

27 oktyabr
.

AZCON Holding yaradıldı, bəs dövlət şirkətlərinin özəlləşdirilməsi niyə ləngiyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bir neçə il əvvəl dövlət şirkətlərinin idarə edilməsinin təkmilləşdirilməsi və iqtisadi səmərəliliyin artırılması məqsədilə AZCON Holding yaradılıb. Lakin dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsi hələ də diqqət mərkəzindədir. Bəs dövlət şirkətlərinin özəlləşdirilməsi niyə ləngiyir? Bu müəssisələri

27 oktyabr
.

Azərbaycanda pul bazası 25 mlrd. manatı ötüb

Bu il noyabrın 1-i tarixinə Azərbaycanda pul bazası 25 milyard 146.1 milyon manata bərabər olub. bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, son bir ayda pul bazası 1,32% artıb. İllik müqayisədə isə pul bazası 17,53% artıb

3 noyabr
.

Azərbaycan Mərkəzi Asiya ilə ödəniş sistemlərini birləşdirir - Sahibkarları nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi və maliyyə əlaqələrinin genişləndirilməsi istiqamətində yeni addımlar atılır. Beş ölkənin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın milli ödəniş sistemlərinin inteqrasiyası nəzərdə tutulur. Bu təşəbbüsün reallaşması ilə sərhədləraras

3 noyabr
.

Azərbaycanda planşetlərdə "İOS"un bazar payı 45 % azalıb

Bu ilin oktyabr ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 82,39 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, sentyabr ayına nisbətən 1,92 faiz bəndi az, 2025-ci ilin oktyabr ayını

2 noyabr
.

Qızılın qiyməti xeyli ucuzlaşdı

"Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 3 900 dollardan aşağı düşüb. xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub. Bakı vaxtı ilə saat 21:08-də qızılın qiyməti 3.27% azalaraq bir trua unsiyası üçün 3 899.6

31 oktyabr