Konstitusiyanın qəbulundan sonra Azərbaycanın inkişaf modelində nə dəyişdi? - AÇIQLAMA
"1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın tarixində ilk fundamental konstitusiya sənədidir. Həmin vaxta qədər ölkədə qüvvədə olan Konstitusiya sovet dövrünün Konstitusiyası əsasında müəyyən dəyişikliklər və düzəlişlər edilməklə formalaşdırılmışdı. Təbii ki, bu sənəd müstəqil Azərbaycan dövlətinin inkişafı, təhlükəsizliyi, tarixi və ictimai-siyasi münasibətlərinin bütün aspektlərini əhatə edə bilmirdi. Bu, müəyyən mənada təbii idi, çünki Azərbaycan yeni müstəqillik əldə etmiş dövlət idi. Lakin 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın dövlətçilik tarixinə, müasirliyinə və gələcək inkişafına uyğun məzmunu özündə əks etdirən Konstitusiya qəbul edildi".
Bu fikirləri Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.
"Bu Konstitusiyanın qəbulu Azərbaycanın həm daxili inkişaf modelinin, həm xarici siyasət konsepsiyasının, həm də vətəndaşların hüquq və azadlıqlarının müəyyənləşdirilməsi baxımından çərçivə sənədi rolunu oynadı. İlk növbədə, ölkənin xarici siyasətinin çoxşaxəli və milli təhlükəsizlik maraqlarına uyğun istiqamətdə qurulmasının əsasları müəyyənləşdirildi. Vətəndaşların fundamental hüquq və azadlıqlarının təsbit olunması da Konstitusiyanın mühüm əhəmiyyət daşıyan aspektlərindən biri idi. Eyni zamanda, hakimiyyət bölgüsü prinsipi və hakimiyyətin əsas mənbəyinin xalqın iradəsi olduğunun bəyan edilməsi bu sənədin başlıca məziyyətlərindən sayılırdı.
İlk dəfə olaraq Konstitusiyada müstəqil Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu və onun tarixi ərazilərinin bir hissəsində təşəkkül tapdığı qeyd edildi. Bunun dövlətçilik tariximiz baxımından böyük əhəmiyyəti var idi.
Bundan başqa, həmin Konstitusiyada separatizmlə əlaqələndirilən Dağlıq Qarabağ anlayışının konstitusion çərçivədən kənarda qalması da mühüm məqam kimi qiymətləndirilə bilər. Ümumilikdə, 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın bir sıra baxımdan mühüm dövlət sənədi hesab edilməsi üçün ciddi əsaslar var. Sonrakı dövrlərdə dövlətçilik prosesləri dərinləşdikcə yeni reallıqlara uyğun olaraq Konstitusiyaya müəyyən dəyişikliklər də edildi. Bununla belə, müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci ildə qəbul olunmuş sənəddir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 206 Tarix: 11 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi
Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər
4 sentyabr 2021Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru
10 sentyabr 2021Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden
29 avqust 2021İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında
Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild
29 avqust 2021Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO
Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista
12 sentyabr 2021"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind
2 sentyabr 2021Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu
2 sentyabr 2021Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib
Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr
5 sentyabr 2021Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl
9 sentyabr 2021