Boşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində

Boşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzindəMacarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur.

Oxu.Az xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, müxalifətdəki "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyasının keçmiş deputatı İlona Ekeş Mərkəzi Baş İstintaq Prokurorluğuna müraciət edib.

FİDES partiyasının açıqlamasında bildirilib ki, ərizədə Madyarın Macarıstan Cinayət Məcəlləsinin 367-ci (hədə-qorxu ilə tələb etmə) və 212/A (məişət zorakılığı) maddələrində nəzərdə tutulan cinayətləri törətməsinə dair əsaslı şübhələrin olduğu qeyd edilib. Müraciətə noyabrın 11-də icra hakimiyyətinin sui-istifadə halları ilə bağlı parlamentin istintaq komissiyasında çıxış edən Yudit Varqanın ifadələri, media məlumatları və digər materiallar əsas olub.

Ərizədə iddia olunur ki, 2023-cü ilin yanvarında Madyar həyat yoldaşının xəbəri olmadan evlərindəki söhbəti gizli şəkildə lentə alıb. KİV-in məlumatına görə, Varqa həmin söhbət zamanı ona Viktor Orban hökumətində baş vermiş bəzi qanun pozuntuları barədə danışıb. Həmin vaxt Varqa artıq boşanmaq qərarına gəlibmiş. Cütlüyün üç övladı var.

FİDES-in açıqlamasına əsasən, Madyar 2023-cü ilin yanvarından 2024-cü ilin martınadək həmin səs yazısından hədə-qorxu ilə tələb etmək məqsədilə istifadə edib.

Varqanın sözlərinə görə, səs yazısı ona heç vaxt göstərilməyib. Madyar boşanma prosesini davam etdirəcəyi, əmlakın bölüşdürülməsi və uşaqların qəyyumluğu ilə bağlı onun üçün əlverişsiz şərtlərlə razılaşmayacağı təqdirdə, səs yazısını yaymaqla, cinayət barədə şikayət edəcəyini, onun həbsinə nail olacağını və həyatını məhv edəcəyini deməklə hədələyib.

İlona Ekeş iddia edir ki, təhdidlər nəticəsində Varqa boşanma prosesini təxirə salmağa və özü üçün əlverişsiz şərtlərlə razılaşmağa məcbur olub. Bunun ona maddi ziyan vurduğu bildirilir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 172   Tarix: 15 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsmayıl Bəqai: İran və ABŞ uranın zənginləşdirilməsinin dayandırılması və ya azaldılması ehtimalını müzakirə etmir

İran və ABŞ uranın zənginləşdirilməsinin dayandırılması və ya azaldılması ehtimalını müzakirə etmir; danışıqlar hələ bu mərhələyə çatmayıb. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Xeyr, hazırda biz ümumiyyətlə bu mərhələdə deyilik

15 noyabr
.

Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər

Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə

15 noyabr
.

Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi

"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın

15 noyabr
.

Pələng onunla video çəkmək istəyən bloqeri parçaladı

Pakistanda "TikTok" üçün video çəkmək istəyən 19 yaşlı gənc pələngin hücumuna məruz qalaraq həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, faciə Lahor şəhəri yaxınlığında yerləşən vəhşi heyvanların yetişdirildiyi fermada baş verib. Məlumata görə, fermada çalışan 19 yaşlı gənc "TikTok"

15 noyabr
.

Məşhur pişik Larri "Microsoft" xidmətlərindəki irimiqyaslı nasazlığın səbəbkarını açıqladı

Böyük Britaniyanın baş nazirinin iqamətgahında yaşayan pişik Larri "Microsoft" korporasiyasının xidmətlərində yaranan genişmiqyaslı nasazlıqla bağlı zarafat edib. O, problemin səbəbkarının naqilləri gəmirən başqa bir pişik olduğunu bildirib. xəbər verir ki, dauninq-stritin baş siçan ovçus

14 noyabr
.

HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb

İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı

15 noyabr
.

Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini

15 noyabr
.

ABŞ qızılcasız ölkə statusundan məhrum edilib

Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy

14 noyabr
.

ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb

ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu

15 noyabr