ABŞ aviasiyasında xaosa səbəb olan nasazlığın təfərrüatı açıqlandı
ABŞ-də yüzminlərlə sərnişinin səfərinə təsir edən kütləvi aviasiya sistemləri nasazlığı Federal Aviasiya Administrasiyasının (FAA) köhnəlmiş telekommunikasiya şəbəkəsinin həddindən artıq yüklənməsi nəticəsində baş verib. Buna Arkanzas və Texas ştatlarında yerləşən radar obyektlərindəki marşrutlaşdırıcılar səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" araşdırma ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Arkanzasdakı obyektlərdən birində "HPE Juniper Networks" şirkətinin istehsalı olan yeni marşrutlaşdırıcı quraşdırıldıqdan sonra avadanlıq qeyri-adi dərəcədə böyük həcmdə məlumat ötürməyə başlayıb. Texasdakı marşrutlaşdırıcının yaratdığı trafiklə birlikdə bu, ölkə üzrə hava hərəkəti dispetçerlərinin istifadə etdiyi şəbəkənin həddindən artıq yüklənməsinə səbəb olub.
FAA-nın texnologiyalar üzrə direktoru Rebekka Qay bildirib ki, iki obyekt hər 4-5 saniyədən bir təxminən min sorğu göndərib. Nəticədə ABŞ-dəki 22 hava hərəkətinə nəzarət mərkəzindən 17-si nasazlıqdan təsirlənib və uçuşlar müvəqqəti dayandırılıb.
Mütəxəssislər marşrutlaşdırıcıları ümumi şəbəkədən ayırdıqdan sonra rabitənin sabitliyini bərpa etmək mümkün olub. FAA həmçinin məlumatları tələb olunandan daha çox cihaza ötürən geniş yayımlı məlumat ötürmə funksiyasını aşkar edib. Həmin funksiya bütün Juniper marşrutlaşdırıcılarında deaktiv edilib.
Hadisənin dəqiq səbəbi hələ müəyyənləşdirilməyib. FAA rəhbəri Brayan Bedford nasazlığın avadanlığın sıradan çıxması, yaxud onun quraşdırılması və sazlanması zamanı yol verilən səhvlərlə bağlı ola biləcəyini istisna etməyib. HPE şirkəti isə marşrutlaşdırıcıların normal işlədiyini bildirib.
ABŞ-nin nəqliyyat naziri Şon Daffi hadisədə qəsdən müdaxilə əlamətlərinin aşkarlanmadığını açıqlayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 177 Tarix: 15 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bill Qeyts: "Dünya yeni pandemiyaya hazır deyil"
"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts dünyanın yeni pandemiyaya hazır olmadığını bəyan edib. Multimilyarderin fikrincə, bu hal həyəcan doğurur. Qeytsin qənaətinə görə, hazırlığın başlıca meyarı 100 gün ərzində bütün dünyanı vaksinlə təmin edəcək istehsal müəssisələrinin yaradılmasıdır
15 sentyabr 2021Broyler toyuqlarında da koronavirus aşkarlandı
Rusiyada toyuq əti qablaşdırmasında koronavirus infeksiyası aşkarlanıb. xəbər verir ki, virusu Çin hökuməti aşkarlayıb. Çinin Baş Gömrük İdarəsinin rəhbərliyi bildirib ki, ət və quş əti istehsal edən üç Rusiya müəssisəsindən ölkəyə ixrac edilən məhsulda COVID-19 aşkarlanıb
16 sentyabr 2021Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-ya istinadən xəbər verir ki, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17 sentyabr 2021Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO
İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll
16 sentyabr 2021Daha bir ölkə sərhədlərini açdı
Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy
17 sentyabr 2021Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr
18 sentyabr 2021Cərrahın eynəyi oğurlandı - Xəstələr əməliyyatsız qaldı
İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib. xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb. Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilində
15 sentyabr 2021Paşinyana görə deputatlardan şüşə butulkalar yığıldı
Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. -a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlarda
16 sentyabr 2021Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı
Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb
17 sentyabr 2021