Harri Keyn zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq

Harri Keyn zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaqAlmaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyn X turda "Köln"lə görüşdə (1:1) topuq bağları qopduğu üçün bir neçə ay komandasına kömək edə bilməyəcək.

"Report" Bundesliqanın rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisinin baş məşqçisi Vensan Kompani matçdan sonra 33 yaşlı forvardın yaxın gələcəkdə sıraya dönməyəcəyini açıqlayıb.

Qarşılaşmanın 20-ci dəqiqəsində rəqib müdafiəçi Yoel Şmidlə mübarizədən sonra sol ayaq biləyindən zədə alaraq yerə yıxılan ingiltərəli oyunçu Tom Bişofla əvəzlənib.

Keynlə yanaşı "Bavariya"nın futbolçuları Alfonso Deyvis, Luis Dias, Serj Qnabri, Manuel Noyer və İsmael Saybari də zədədən əziyyət çəkir.

Qeyd edək ki, bir müddət əvvəl 2026-cı ilin "Qızıl top" mükafatını qazanan və İngiltərə yığmasında ən çox oyun keçirən futbolçu rekorduna sahib olan Harri Keyn cari mövsümdə "Bavariya"nın heyətində 16 rəsmi matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 85   Tarix: 22 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Devid Bekhemin növbəti uğuru: Tarixi siyahıya düşdü

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi və "İnter Mayami" klubunun həmsahibi Devid Bekhem 2027-ci ildə ABŞ Milli Futbol Şöhrət Zalına daxil ediləcək. xəbər verir ki, bu barədə MLS-in rəsmi saytında məlumat verilib. Mərasim 2027-ci il aprelin 16-da Texas ştatının Frisqo şəhərində yerləşə

15 noyabr
.

PSJ Markinyosla yeni müqavilə imzalamaq istəyir

Fransanın PSJ klubu futbolçusu və kapitanı Markinyosla sözləşmənin müddətini uzatmaq niyyətindədir. xəbər verir ki, Paris klubu 32 yaşlı müdafiəçiyə 2029-cu ilədək nəzərdən tutulan yeni müqavilə təklif edib. Hazırda tərəflər arasında danışıqlar aparılır. Qeyd edək ki, Markinyos 2013-cü ildən PSJ-də çıxı

19 noyabr
.

Umarali Raxmonaliyev evləndi

"Sabah"ın futbolçusu Umarali Raxmonaliyev ailə həyatı qurub. xəbər verir ki, özbəkistanlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Futbolçunun toy mərasimi vətəni Özbəkistanda olub

9 noyabr
.

"Çelsi" qışda "Barselona"nın iki futbolçusunu heyətinə qatmaq istəyir

İngiltərənin "Çelsi" klubu qış transfer dönəmində İspaniya təmsilçisi "Barselona"nın iki futbolçusunu transfer etmək niyyətindədir. xəbər verir ki, bunlar yarımmüdafiəçi Fermin Lopes və cinah müdafiəçisi Jül Kundedir. "Zadəganlar"ın baş məşqçisi Xabi Alonso hər iki oyunçun

17 noyabr
.

Harri Keyn zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq

Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyn X turda "Köln"lə görüşdə (1:1) topuq bağları qopduğu üçün bir neçə ay komandasına kömək edə bilməyəcək. "Report" Bundesliqanın rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisinin baş məşqçisi Vensan Kompani matçda

22 noyabr
.

Kostas Tsimikas "Liverpul"dan ayrıla bilər

İngiltərənin "Liverpul" klubunun müdafiəçisi Kostas Tsimikas yayda komandanı tərk edəcək. xəbər verir ki, 30 yaşlı yunanıstanlı futbolçu özünü fərqli mühitdə sınamaq istəyir. Futbolçunun İspaniya La Liqası klublarından birinə transfer ola biləcəyi qeyd olunub. Qeyd edək ki, K.Tsimikas 2020-c

20 noyabr
.

Uqo Lyoris Fransa futbolu tarixində rekorda imza atıb

"Los-Anceles"in qapıçısı Uqo Lyoris peşəkar səviyyədə 1 00 oyun keçirib. xəbər verir ki, bu barədə "L Equipe" məlumat yayıb. Məlumata görə, o, buna nail olan ilk fransız futbolçu olub. Otuz doqquz yaşlı qapıçı "Los-Anceles Qalaksi" komandasına qarşı əlamətdar oyununu keçirib

16 noyabr
.

Xankəndi stadionunda keçiriləcək ilk oyunun - Vaxtı açıqlandı

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən, noyabr ayının 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsində baş tutacaq "Xankəndi" - "Karvan-Yevlax" matçı b

10 noyabr
.

Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışına start verilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb. Bu barədə -a ACF-nin mətbuat xidmətindən bildirilib. Doqquz gün davam edəcək hazırlıq prosesinə müxtəlif bölgələrdən ümumilikdə 60 idmançı (48 oğlan, 12 qız) cəlb olunub

12 noyabr