Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Əməkdaşlıq hansı istiqamətlərdə genişlənəcək?
"Azərbaycan-Vyetnam əməkdaşlığı tarixində yeni səhifə açılır. Bunun zəruriliyi bir neçə amillə izah olunur. İlk növbədə, Azərbaycan-Vyetnam münasibətlərinin tarixi ənənələrə və möhkəm köklərə malik olduğunu qeyd etmək lazımdır. İkinci Dünya müharibəsindən sonra əsası qoyulan əlaqələr ötən 80 ilə yaxın müddətdə davam etdirilərək yaxşı bir ənənəyə çevrilib".
Bu fikirləri Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.
"Xüsusilə sovet dövründə Sovet Azərbaycanı ilə Vyetnam arasında təhsildən neft sahəsində əməkdaşlığa qədər müxtəlif istiqamətlərdə həyata keçirilən layihələr münasibətlərin inkişafı üçün möhkəm zəmin yaradıb. 1990-cı illərdən başlayaraq Heydər Əliyevin Vyetnama səfəri, Vyetnam rəhbərliyinin Azərbaycana gəlişi, sonrakı dövrdə İlham Əliyevin Vyetnama səfərləri və qarşılıqlı yüksək səviyyəli təmaslar hər iki ölkə rəhbərliyinin tarixi əlaqələrə hörmətlə yanaşdığını göstərib. Beləliklə, bu münasibətlər dövlətlərarası əməkdaşlıqda davamlı ənənəyə çevrilib.
İlham Əliyevin hazırda davam edən Vyetnam səfəri də iki ölkənin qarşılıqlı əməkdaşlığa xüsusi önəm verdiyinin göstəricisidir. Səfərin Azərbaycan-Vyetnam əlaqələrinin iqtisadiyyat, ticarət, investisiya, rəqəmsal texnologiyalar və digər sahələrdə daha da genişlənməsinə töhfə verəcəyi gözlənilir.
Bu gün Vyetnam Qlobal Cənubun inkişaf etməkdə olan mühüm dövlətlərindən biridir. Azərbaycanın bu ölkə ilə həm ikitərəfli münasibətlər çərçivəsində, həm də beynəlxalq platformalarda əməkdaşlığı müsbət nəticələr verir. Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu üzrə Müşavirə kimi platformalar iki ölkə arasında münasibətlərin və təmasların gücləndirilməsi baxımından əhəmiyyətli rol oynayıb.
Vyetnam hazırda inkişaf edən və yeni bazarlara çıxışa böyük ehtiyac duyan ölkələrdən biridir. Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi Vyetnam üçün əlavə ixrac və logistika imkanları yaradır. Xüsusilə Orta Dəhliz və Şimal-Cənub marşrutu vasitəsilə Vyetnamın Azərbaycan üzərindən Avropa ilə əlaqələrinin qurulması real perspektiv kimi qiymətləndirilə bilər. Eyni zamanda, Avropadan Vyetnama Azərbaycan üzərindən yüklərin daşınması da böyük potensiala malikdir.
Yaxın Şərqdə davam edən müharibə şəraiti də Vyetnamın Avropa bazarlarına Azərbaycan üzərindən çıxışını daha əhəmiyyətli edə bilər. Yaxın gələcəkdə bu istiqamətdə konkret addımların atılması mümkündür. Ümumilikdə, Azərbaycan-Vyetnam əməkdaşlığı sürətlə inkişaf edir və mövcud dinamika münasibətlərin gələcəkdə daha böyük perspektivlər vəd etdiyini göstərir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabaha leysan gözlənilir - XƏBƏRDARLIQ
Məleykə Abbaszadə BDU-nun rektoru oldu
Elçin Babayev vəzifəsindən azad olundu
Könül Xasıyevanın pub çıxışı gündəm oldu - Bacısı jurnalistləri ittiham etdi (VİDEO)
Ev satılıb, köhnə sahib hələ də qeydiyyatdadır: Yeni mülkiyyətçini hansı problemlər gözləyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Qadın qətllərinə qarşı ən sərt cəzalar: Azərbaycan İstanbul Konvensiyasına qoşula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA
Banka pul qoyanları nə gözləyir? - 200 manatdan artıq faiz gəlirinə VERGİ
"İstismara verilmiş binanın üzərinə özbaşına əlavə mərtəbə tikmək ciddi təhlükəsizlik riskidir" - Muxtar Ərturan
Etibarnamə ilə ev alanlar evlərini itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Məhkəmə general Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
Pensiya alanlara ŞAD XƏBƏR! Bu tarixdə ÖDƏNİLƏCƏK
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - Foto/Video
BDU-nun müəllimi rektorun qurbanı olub? - Xanımı danışdı
Azərbaycanın valyuta ehtiyatları ÜDM-i üstələyir: Bu maliyyə üstünlüyü nə qədər davam edəcək? - İQTİSADÇIDAN AÇIQLAMA
Rusiya Ukraynaya kütləvi hücumlarını davam etdirir: ölənlər və yaralananlar var