Süni intellekt sayəsində insanlar 1400 ilədək yaşaya bilər - Alimdən sensasiyalı proqnoz
Süni intellekt texnologiyalarının inkişafı gələcəkdə insan ömrünün 1200-1400 ilə qədər uzanmasına imkan yarada bilər. Oksford Universitetinin keçmiş professoru Nik Bostrom belə bir ehtimalın mümkün olduğunu düşünür.
Sonxeber.az xəbər verir ki, bu barədə "Business Insider" nəşri yazıb.
Bostromun fikrincə, təhlükəsiz süni intellekt biotibb sahəsində inqilabi yeniliklərə yol aça, qocalma prosesini dayandırmağa və insan orqanizminin gəncliyə xas fiziki vəziyyətini uzun müddət qorumağa kömək edə bilər.
Tədqiqatçı hesab edir ki, qocalmayan insanlar 1200-1400 il yaşaya bilərlər. Onun qənaətinə görə, bu müddət hətta insan orqanizminin potensial imkanlarının aşağı həddi ola bilər.
Bununla belə, Bostrom süni intellektin inkişafında təhlükəsizlik məsələsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, texnologiyanın sürətli inkişafı ilə mümkün risklərin qarşısının alınması arasında düzgün tarazlıq yaradılmalıdır.
Alim hesab edir ki, süni intellektin təhlükəsizliyinin təmin edilməsinə əlavə vaxt ayrılması gələcəkdə milyonlarla insanın həyatını xilas edə bilər.
Qeyd edək ki, bu fikirlər elmi cəhətdən sübut olunmuş nəticə deyil, alimin gələcəyə dair proqnozudur.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 231 Tarix: 24 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15 noyabrSəhərlər zəngli saatı 5 dəqiqə ertələməyin - Zərəri açıqlandı
"Zəngli saatı beş dəqiqə ertələyib yenidən yatmaq vərdişi səhəri daha da ağırlaşdırır. İnsan əlavə istirahət əvəzinə kəsik-kəsik yuxu alır və nəticədə özünü əzgin hiss edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim-somnoloq Pavel Kudinov bildirib. Mütəxəssisin sözlərinə görə
19 noyabrSəhər yeməyində ŞİRİN ÇAY - Mütəxəssislərdən XƏBƏRDARLIQ
Səhər yeməyində şəkərli çay içmək bir çox insanın gündəlik vərdişidir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, çaya həddindən artıq şəkər əlavə etmək uzunmüddətli perspektivdə sağlamlığa mənfi təsir göstərə bilər. xəbər verir ki, xüsusilə acqarına çox şəkərli çay içmək qanda qlükozanın sürətlə yüksəlməsin
22 noyabrDünyanın ən dadlı pendiri hansı ölkədə hazırlanır?
Dünyanın müxtəlif ölkələrindən olan pendir istehsalçılarının qatıldığı nüfuzlu beynəlxalq müsabiqənin qalibi müəyyənləşib. Dünyanın ən nüfuzlu pendir müsabiqələrindən biri hesab olunan "World Cheese Awards 2026"nın nəticələri açıqlanıb. -ın xarici mediaya istinadən məlumatına görə, bu il müsabiqəni
22 noyabrÖzünü tənha hiss edənlərin yarısı bu risklə üz-üzədir
Xroniki tənhalıq 65 yaşdan yuxarı insanlarda demensiya (yaddaş zəifliyi) riskini 38 faiz artırır. "Qafqazinfo"nun xəbərinə görə, Fransanın Bordo Universitetinin alimləri tərəfindən aparılan 30 illik araşdırmanın nəticələri bunu deməyə əsas verir. "Aging & Mental Health" jurnalınd
20 noyabrEvin divarlarındakı qara ləkələr - Gizli ölüm riski
Qış aylarında bir çox evin divarlarında, xüsusilə pəncərə kənarlarında, hamam otaqlarında və mebel arxalarında qara ləkələr əmələ gəlir. Bəziləri bunu adi nəmişlik hesab edərək əhəmiyyət vermir, digərləri isə ləkələrin üzərini boya ilə örtməklə problemin həll olunduğunu düşünür. Halbuki divarlarda yarana
22 noyabr