BYD-nin bir modelinə Avropada qadağa qoyuldu: Azərbaycanda avtomobil bazarına təsiri olacaq? - AÇIQLAMA
Avropada BYD şirkətinin istehsalı olan Fangchengbao Ti7 modelinin satışına müvəqqəti qadağa qoyulması Çin avtomobillərinin beynəlxalq bazardakı mövqeyi ilə bağlı müzakirələrə səbəb olub. Niderlandın Haaqa məhkəməsi qərarı modelin "Land Rover Defender" avtomobilinin dizayn hüquqlarını pozması ilə əsaslandırıb. Qeyd edək ki, qadağa BYD-nin bütün avtomobillərinə deyil, yalnız Ti7 modelinə aiddir.
Bəs, Avropada bir BYD modelinə qoyulan bu məhdudiyyət Çin avtomobillərinin beynəlxalq bazardakı nüfuzuna və alıcı etimadına necə təsir göstərə bilər? Qərarın Azərbaycanda BYD avtomobillərinin satışına, qiymətlərinə və alıcı tələbatına təsiri gözlənilirmi? Belə məhdudiyyətlər yerli avtomobil bazarında rəqabətə və digər markaların satış göstəricilərinə necə təsir edə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bu məsələ ilə bağlı əqli mülkiyyət hüquqlarının pozulduğu, avtomobilin dizaynından icazəsiz istifadə edildiyi iddia olunur.
"Burada BYD şirkətinin bütün avtomobillərinin satışına qadağa qoyulmasından söhbət getmir. Məhdudiyyət konkret bir modelə aiddir və Avropa bazarında həmin modelin satışının müvəqqəti dayandırılması ilə bağlıdır. Yəni nə BYD şirkətinin fəaliyyətinin dayandırılması, nə də Çin avtomobillərinin ümumilikdə Avropa bazarına girişinə maneə yaradılması nəzərdə tutulur.
Bununla belə, belə qərarlar Çin avtomobillərinin beynəlxalq bazardakı mövqeyinə təsir göstərə bilər. Çünki bu cür hallar şirkətlərin reputasiyasına və bazar strategiyasına təsirsiz ötüşmür. Lakin mən Azərbaycanda ciddi və birbaşa təsir gözləmirəm. Hesab etmirəm ki, BYD-nin konkret bir modelinin Avropada satışına qoyulan məhdudiyyət Çin avtomobillərinin ölkəmizdə satışına, qiymətlərinə və alıcı tələbatına ciddi təsir göstərəcək.
Eyni zamanda, bu hadisə Çin və Avropa avtomobil istehsalçıları arasında rəqabətin yeni mərhələsini göstərir. Görünür, Avropa bazarında rəqabət yalnız qiymət, keyfiyyət və reputasiya üzərindən deyil, hüquqi tənzimləmə müstəvisində də davam edir. Bu məsələdə Land Rover tərəfinin rəqibinin fəaliyyətini məhdudlaşdırmağa çalışdığı barədə fikirlər də səslənə bilər. Lakin digər tərəfdən, Çin istehsalçılarının da nəzərə almalı olduğu məqamlar var. Belə ki, Çin avtomobil sənayesində bəzi modellərin mövcud dizayn nümunələrinə bənzədilməsi və daha aşağı qiymətə təklif olunması halları müzakirə edilir. Digər ölkələr də bu məsələlərə qarşı getdikcə daha həssas yanaşırlar. Buna görə Çin şirkətləri beynəlxalq bazarlarda fəaliyyət göstərərkən əqli mülkiyyət hüquqlarına dair tələbləri nəzərə almalıdırlar.
Bütün bunlara baxmayaraq, sözügedən qərarın Azərbaycan avtomobil bazarına ciddi təsir edəcəyini düşünmürəm".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun görüntüləri - Foto
"Anarın həmin ad günündə iştirakından xəbərdar idik" - Ailədən açıqlama
Cənnət, cəhənnəm, yoxsa reinkarnasiya: Ölümdən sonra bizi nə gözləyir? - İLAHİYYATÇIDAN AÇIQLAMA
Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə səhnədən uzaqlaşdı"
Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI
Toyuq əti qaynadılarkən qaralır, evə üfunət iyi yayılır - Səbəb nədir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Şimali Amerika böyüklüyündə ərazi su altında qalıb - Orada qədim insan izləri axtarılır
Ada Süleymanın həlak olduğu qəzadakı avtomobilin son halı
Ev yalnız ər və ya arvadın adınadırsa, digərinin mülkiyyət hüququ varmı? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Kofe alarkən bu məqamlara diqqət edin - Keyfiyyətli məhsulu necə seçək? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Xarici universitetlər Azərbaycana gəlir: Yerli ali məktəblər keyfiyyəti artırmağa məcbur olacaq? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Safurədən həyat yoldaşı ilə paylaşım
Bank hesabları kibercinayətkarların hədəfində: Azərbaycanda pullar nə dərəcədə təhlükəsizdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Mirasdan imtina edən şəxs sonradan fikrini dəyişə bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA