Test ləğv oluna, yeni modelə keçilə bilər

Test ləğv oluna, yeni modelə keçilə bilərYeni təkliflərə əsasən, qəbul imtahanlarında model dəyişikliyinə, test və əzbərçilik prinsipindən kənarlaşaraq, daha çox öyrənmə, tətbiq, bilik və bacarıqların inkişafına, yazı və dinləmə formatlarına əsaslanan qəbul modelinə keçid nəzərdə tutulur.

Sonxeber.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

İmtahanların yoxlanılması prosesi elektronlaşdırılmalıdır

Ekspert yeni imtahan modelinə keçid zamanı qiymətləndirmə mexanizminin düzgün qurulmasının vacibliyini vurğulayıb:

"Yeni imtahan modelinə keçid zamanı bir məqamı diqqətdən kənarda saxlamaq olmaz. Qiymətləndirmə mexanizmi düzgün qurulmalıdır. İmtahanların yoxlanılması prosesi elektronlaşdırılmalıdır. Əks halda, yeni tipli qəbul imtahanlarında müəyyən problemlər yarana bilər. Məsələn, Dövlət İmtahan Mərkəzi açıq tipli sualları markerlər vasitəsilə yoxlayır. Yəni burada insan faktoru mövcuddur.

Bu isə bəzən yanlış qiymətləndirmə hallarına səbəb olur. Abituriyentlər apellyasiya mərhələsinə müraciət etdikdə bəzi cavabların səhv yoxlanıldığı üzə çıxır və həmin şagirdlərin balları bərpa olunur. Bu, hələ yalnız açıq tipli yazılı suallarla bağlıdır. Əgər gələcəkdə şifahi nitqin qiymətləndirilməsi və biliklərin tətbiqinə əsaslanan tapşırıqlar da imtahan modelinə daxil ediləcəksə, bu prosesin elektronlaşdırılması daha da vacib olacaq. Beləliklə, həm şagirdlərin vaxt itkisi azalar, həm də imtahan nəticələrinin daha qısa müddətdə yoxlanılması mümkün olar".

Məktəb tədris proqramı ilə qəbul imtahanlarının proqramı uzlaşdırılmalıdır

Ramin Nurəliyev məktəb tədris proqramı ilə qəbul imtahanlarının proqramının uzlaşdırılmasının digər vacib məsələ olduğunu qeyd edib: "Hazırda qəbul imtahanlarının proqramı orta məktəb proqramı əsasında formalaşdırılır. Lakin burada sistemin özündə müəyyən problemlər var. Bunu sadə bir nümunə ilə izah edim. Azərbaycan dili fənnini götürək. Şagird fonetika və leksika bölmələrini 5-ci sinifdə, nitq hissələrini 6-7-ci siniflərdə, söz birləşmələri və cümlə üzvlərini isə 8-ci sinifdə öyrənir. Həmin şagird 10-11-ci siniflərdə universitetə hazırlaşmağa başlayır. Onun 5-ci sinifdə keçdiyi fonetika mövzularını, 6-7-ci siniflərdə öyrəndiyi digər qaydaları illər sonra xatırlaması nə dərəcədə realdır?

Nəticədə şagird həmin mövzuları yenidən öyrənmək üçün əlavə dəstəyə ehtiyac duyur. Bunun üçün ya repetitor yanına getməli, ya da hazırlıq kurslarına müraciət etməlidir. Mövcud proqramın quruluşu şagirdləri əlavə hazırlığa yönəldir. Məsələn, hazırda qəbul proqramının cəmi 5-6 faizi 10-11-ci siniflərin tədris materiallarını əhatə edir. Bu isə o deməkdir ki, 10-cu sinfə çatan şagird qəbul proqramının böyük hissəsini əvvəlki siniflərdə öyrəndiyi mövzulardan təkrar mənimsəməli olur.

Elm və Təhsil Nazirliyi hazırda təmayül sinifləri və məktəbləri yaradır. Bu məktəblərdə tədris müəyyən qədər ali təhsilə hazırlıq istiqamətində qurulur. Hesab edirəm ki, bu yanaşma mərhələli şəkildə bütün orta ümumtəhsil məktəblərinə şamil edilməli, tətbiq imkanları genişləndirilməlidir. Bunun müsbət nəticələrini yaxın gələcəkdə görə bilərik".

Beynəlxalq imtahan nəticələri ilə qəbul imkanları yaradılmalıdır

Ekspert beynəlxalq imtahan nəticələrinin tanınmasını da vacib məsələlərdən biri hesab edir: "SAT, IELTS və TOEFL imtahanlarının nəticələri əsasında Azərbaycan ali təhsil müəssisələrinə qəbul imkanlarının yaradılmasını mümkün hesab edirəm. Lakin biz öz kimliyimizi, milli qəbul sistemimizi və imtahan modelimizi ikinci plana keçirməməliyik. Mən bir qədər vətənpərvər ruhlu insanam və düşünürəm ki, SAT və digər beynəlxalq imtahanlara üstünlük verərək öz qəbul sistemimizi arxa plana keçirmək doğru yanaşma olmaz.

Bəli, SAT, IELTS və TOEFL nəticələrinə əsasən universitetlərdə ayrıca plan yerləri ayrıla bilər. Məsələn, tədrisi ingilis dilində aparılan ixtisaslar üzrə bu nəticələr əsasında qəbul həyata keçirilə bilər. Həmin seçimdən keçməyən abituriyentlər isə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında iştirak edə bilərlər".

Qəbul imtahanlarında fənlərin sayı azaldılmalıdır

Ramin Nurəliyev qəbul imtahanlarında 5-6 fənnin olmasının tərəfdarı olmadığını, imtahanların sadələşdirilməsinin vacibliyini vurğulayıb: "Beynəlxalq təcrübədə universitetə qəbul nisbətən asanlaşdırılır, universitetdə təhsil almaq isə çətinləşdirilir. Bizdə isə bunun tam əksi müşahidə olunur: universitetə qəbul çətinləşdirilib, ali təhsil müəssisələrində oxumaq isə nisbətən asanlaşdırılıb. Bu yanaşmadan uzaqlaşmalıyıq. Buraxılış imtahanlarında Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə qiymətləndirmə aparıldıqdan sonra qəbul mərhələsində hər ixtisas qrupuna uyğun əlavə fənlər müəyyənləşdirilə bilər. Hətta ayrıca blok imtahanına ehtiyac olmadan, vahid formatda imtahan keçirilməsi də mümkündür. Məsələn, birinci ixtisas qrupunda riyaziyyat və kimya altqrupu üzrə kimya, informatika altqrupu üzrə isə informatika əlavə edilə bilər. Beləliklə, hər iki altqrup üçün dörd fənn kifayət edər. İkinci ixtisas qrupunda coğrafiya, üçüncü ixtisas qrupunda tarix, dördüncü ixtisas qrupunda isə biologiya əlavə edilə bilər. Hesab edirəm ki, bu format kifayət qədər məqsədəuyğundur. Beş-altı fənn üzrə imtahan həm valideynlər, həm də şagirdlər üçün əlavə yük yaradır".

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanları dəyişdirilməlidir

Ekspert jurnalistika ixtisası üzrə qabiliyyət imtahanlarının mövcud keçirilmə qaydasını da düzgün hesab etmədiyini bildirib:

"Hazırda qabiliyyət imtahanında əsasən mətn yazılır, inşa formatında tapşırıq verilir və namizədin qabiliyyəti bu yazıya əsasən qiymətləndirilir. Halbuki jurnalistin danışıq qabiliyyəti, nitqi də mükəmməl olmalıdır. Biz yalnız yazı nümunəsinə əsasən yüksək bal toplayan şəxsi jurnalistika ixtisasına qəbul edirik. Amma həmin şəxsin danışıq qabiliyyətinin zəif olması, nitqində problemlərin mövcudluğu mümkündür. Ona görə də məsələyə daha dərindən yanaşmaq lazımdır.

Bu gün Dövlət İmtahan Mərkəzi test modeli ilə yanaşı, digər imtahan formatlarından da istifadə edir. Məsələn, inşa, esse tipli tapşırıqlar və açıq suallar tətbiq olunur. Lakin yalnız universitetlərə qəbul imtahanlarında deyil, ali təhsil müəssisələrində keçirilən semestr imtahanlarında da bu modelin tətbiqi genişləndirilə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 209   Tarix: 27 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

15° şaxta olacaq

Noyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperatur

26 noyabr
.

Veteran statusunu gec təsdiqlədənlərə ŞAD XƏBƏR: Əvvəlki vergilər QAYTARILA BİLƏR

Müharibə veteranlarına əməkhaqqından tutulan gəlir vergisi ilə bağlı qanunvericilikdə müəyyən güzəştlər nəzərdə tutulur. Lakin bəzi şəxslər veteran statusunu daha əvvəl əldə etsələr də, güzəşt sənədini işəgötürənə gec təqdim etdikləri üçün əməkhaqlarından əvvəlki dövrlərdə vergi tutulduğunu bildirirlər

26 noyabr
.

Azərbaycanda zəlzələ oldu

Şamaxı-Ağsu sərhədində 4,3 maqnitudalı zəlzələ baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Zəlzələnin Tədqiqatı Bürosu məlumat yayıb. Bildirilib ki, təkanlar yerli vaxtla saat 20:24-də qeydə alınıb. Ocağı 18 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunub

26 noyabr
.

Yevlaxda Dövlət Proqramının icrası müzakirə olunub

Yevlaxda kənd təsərrüfatının və emal sahələrinin inkişafı üzrə layihələrə baxış keçirilib, Dövlət Proqramının icrası çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. ​Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfada

27 noyabr
.

Hava ilə bağlı - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 30-dan dekabrın 2-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

27 noyabr
.

Bakının bu ərazisində evlər söküləcək - Kompensasiya məbləği bilindi - Video

Bakının Nərimanov rayonunda yol tikintisinə görə bir sıra fərdi evlər söküləcək. "Qafqazinfo" xəbər verir ki, söküntü işləri "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilə

26 noyabr
.

42 yaşlı rəis qəfil vəfat etdi

"Azərbaycan Dəmir Yolları" QSC-nin vəzifəli şəxsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, qurumun Qəbələ stansiyasının rəisi Faiq Mustafayev dünyasını dəyişib. Onun ölümünə qəfil ürəktutmanın səbəb olduğu bildirilir. Qeyd edək ki, F.Mustafayev 1984-cü ildə anadan olub

27 noyabr
.

Ramiz Mehdiyevin şikayətinə baxılıb

Dövlətçilik əleyhinə və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyev və onun köməkçisi Eldar Əmirovun apellyasiya şikayəti üzrə ilk məhkəmə iclası keçirilib. -a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevin sədrliyi ilə baş tutan iclasd

26 noyabr
.

Şagird sayı azalır, müəllim ixtisarları arta bilər: Təhsil sistemini nə gözləyir? - AÇIQLAMA

Azərbaycanda şagird sayının azalması və əhalinin regionlardan iri şəhərlərə köçü təhsil sisteminin qarşısında yeni çağırışlar yaradır. Xüsusilə kənd məktəblərində şagird kontingentinin azalması bəzi təhsil müəssisələrinin birləşdirilməsi və ya fəaliyyətinin dayandırılması məsələsini gündəmə gətirir

26 noyabr