GTA 6 musiqi siyahılarını alt-üst etdi

GTA 6 musiqi siyahılarını alt-üst etdiÖtən həftə satışa çıxaraq oyun sənayesində rekordlar qıran "Grand Theft Auto 6" (GTA 6) musiqi bazarında da tarazlığı dəyişib.

"Qafqazinfo" xəbər verir ki, oyunun ilk fəslində səslənən Karli Rey Cepsenin 2015-ci ildə işıq üzü görmüş "Run Away With Me" mahnısı qısa müddətdə dinləmə sayını kəskin artırıb.

Rəsmi saundtrek albomunda yer alan "Justice" duetinin "Tame Impala", "SZA" və "King Gizzard & The Lizard Wizard" ilə birgə ifa etdiyi "Flower In A Hurricane" trekinin isə Böyük Britaniyanın rəsmi siyahılarında ilk onluğa daxil olacağı gözlənilir.

Musiqi siyahılarının zirvəsinə iddialı digər trek Dua Lipanın məhz GTA 6 üçün yazdırdığı "Go Easy" mahnısıdır. Oyunun musiqi bazasına xüsusi iki hissəli albom, "Justice"in dekabrda tam versiyası çıxacaq orijinal bəstələri və oyundaxili radiolarda səslənən 800-dən çox lisenziyalı mahnı daxildir. Mütəxəssislər Milad mahnılarının üstünlük təşkil etdiyi bir vaxtda oyun musiqilərinin bu yüksəlişini nadir hal kimi qiymətləndirirlər.

Musiqi sənayesi nümayəndələri bu təsiri "Netflix"in "Stranger Things" serialı sayəsində Keyt Buşun "Running Up That Hill" mahnısının yenidən zirvəyə qalxması ilə müqayisə edirlər. Proqnozlara görə, 40 milyondan çox oyunçu qarşıdakı həftələrdə oyundaxili radiolarda yüzlərlə yeni mahnı kəşf edəcək. Rəsmi alboma düşən Nyu-York qrupu "Fcukers"in "Only One" mahnısı artıq "Spotify"da 1 milyondan çox dinləmə toplayıb, qrup üzvləri bu xəbəri yalnız çıxışdan bir neçə gün əvvəl trek siyahısı sızdırıldıqda öyrəndiklərini deyiblər.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 335   Tarix: 28 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Pargalı İbrahim"i Ərdoğana bənzətdilər - Foto

"Muhteşem Yüzyıl" serialında canlandırdığı "Pargalı İbrahim Paşa" obrazı ilə yaddaşlara həkk olunan məşhur türkiyəli aktyor Okan Yalabık son görüntüsü ilə sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, aktyor yeni imici ilə izləyiciləri v

12 noyabr
.

Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır

Rusiyanın Xalq artisti Larisa Dolina səhhətini bərpa etmək və yeni musiqi proqramı hazırlamaq məqsədilə konsert fəaliyyətinə təxminən bir il müddətinə fasilə verməyi planlaşdırır. TASS-a istinadən xəbər verir ki, müğənni bu barədə açıqlama verib. İfaçının sözlərinə görə, planlaşdırılan yeniliklər il

15 noyabr
.

Ailəsi Xalq artistini belə təbrik etdi - Fotolar

Bu gün Xalq artisti Natiq Şirinovun 51 yaşı tamam olur. Axşam.az xəbər verir ki, bu münasibətlə ailəsi nağara ifaçısını təbrik edib. N.Şirinovun həyat yoldaşı Sevinc xanım onunla fotosunu paylaşaraq "Mənim həyat ritmim. Ad günün mübarək!" sözlərini yazıb. Oğlu Ümid Xalq artistini bu sözlərl

10 noyabr
.

Dərya Uluğun xınası oldu

Türkiyəli müğənni Derya Uluğ musiqiçi nişanlısı Asil Gök ilə ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, 10 ildir birlikdə olan cütlüyün toy mərasimi noyabrın 25-də baş tutacaq. İyunda nişanlanan cütlük toy ərəfəsində xına mərasimi də keçirib. Derya gecədən görüntüləri sosial şəbəkə hesabında izləyicilər

24 noyabr
.

Röya Ayxanın adından saxta konsert təşkil edib, bilet satdılar

Xalq artisti Röya Ayxanın adından Niderlandın paytaxtı Amsterdamda saxta konsert afişaları hazırlanaraq sosial şəbəkələrdə yayımlanıb. xəbər verir ki, afişalarda sənətçinin 30 yanvar 2027-ci il tarixində Amsterdamda yerləşən "De Koning Saal"da konsert verəcəyi bildirilib. Afişalarda Röya Ayxanı

10 noyabr
.

"Kuruluş Orhan"dan sonra bu seriala çəkilir - Foto

Türkiyəli aktyor Şükrü Özyıldızın yeni layihəsi bəlli olub. Axşam.az xəbər verir ki, aktyor "Yahya Efendi Kalbin Aynası" serialında rol alacaq. Ekran işinin 27 bölümdən ibarət olması planlaşdırılır. Qeyd edək ki, Şükrü son olaraq "Kuruluş Orhan"da çəkilib

27 noyabr
.

Elnarə bu yolla arıqlayır

Müğənni Elnarə Xəlilova xeyli çəki itirdiyini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi hazırda çəkisinin 68 kiloqram olduğunu bildirib. O, həkim məsləhəti ilə qidalandığını və mütəmadi idman etdiyini qeyd edib. E. Xəlilova həftədə bir kiloqram arıqladığını deyib:. "Hər həftə bir kiloqram arıqlayıram

9 noyabr
.

"Klassik yumor 15 saniyəlik videolara qalib gələcək"

Aktyor Nicat Rəhimov sosial şəbəkələrdə yayılan qısa yumor videoları ilə klassik yumoru müqayisə edib. Axşam.az xəbər verir ki, aktyor bu barədə "Həyatın dadı" verilişində danışıb. O, klassik yumorun zamanla daha çox dəyər qazanacağını bildirib:. "Klassik yumor sosial şəbəkələrdəki 1

15 noyabr
.

Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto

Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlunu doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Pop kraliça sənət dostu ilə bağlı paylaşım edərək ona xoş arzularını çatdırıb. Aygün Kazımova Namiqə "Ömür boyu duet ortağım, ad günün mübarək!" sözlərini ünvanlayıb

9 noyabr