Son Dəqiqə: Prezident fərman imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1036) ilə təsdiq edilmiş "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1.4-cü yarımbənddə "qeydiyyatına" sözündən sonra ", o cümlədən qabaqcadan qeydiyyata" sözləri əlavə edilsin.
2. 3.1.5-ci yarımbənddə "və təmirli" sözləri "və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı qayda nəzərdə tutulmayıbsa, təmirli" sözləri ilə əvəz edilsin.
3. 3.1.8-ci yarımbənddə "85" rəqəmləri (hər iki halda) "90" rəqəmləri ilə əvəz edilsin.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2188 Tarix: 04 aprel 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRamaldanova ağır itki
Qusarda baş verən ağır qəzada həyatını itirən və xəsarət alan şəxslər tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləridir. "Qafqazinfo" xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, qəzada həyatını itirən 36 yaşlı Tamilla Ramaldanov
15 dekabr"20 min insanın azadlığa çıxması ailələrə böyük sevinc gətirəcək" - AÇIQLAMA
Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktını
17 dekabr"Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı" - Bəhruz Quliyev
Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı. İlham Əliyev - bu irsin qalib varisi və yeni dövrün fateh Sərkərdəsi. Azərbaycan tarixinin ən çətin və məsuliyyətli dövrlərində meydana çıxmış böyük şəxsiyyətlər var. Onlar yalnız yaşadıqları dövrün deyil, bütöv bir millətin taleyini dəyişən liderlə
12 dekabrPrezident yeddi ölkə ilə imzalanmış sazişləri TƏSDİQLƏDİ
Prezident İlham Əliyev Qvineya-Bisau, Surinam, Bəhreyn Krallığı, Anqola Respublikası, Cibuti Respublikası, Maldiv Respublikası və Dominikan Respublikası hökumətləri ilə Azərbaycan Hökuməti arasında imzalanmış sazişləri təsdiqləyib. -a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq qanunlar
15 dekabrPrezident qurultay iştirakçılarına müraciət etdi
Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VII qurultayı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev qurultay iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişa
16 dekabrÖlkəmizdə humanizmin növbəti təntənəsi
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden
18 dekabrVardanyanın məhkəmə istintaqı yekunlaşdı
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə proses
16 dekabr