Ziya Məmmədovla bağlı elə xəbər yayıldı ki... - FOTOLAR

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı davam edib.

Prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib. O, R.Əhmədovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov müdafiə nitqi ilə çıxış edib. O, müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

A.Məmmədovun sözlərinə görə, qızıl-zinət əşyalarının çəkisinin nə qədər olması, onların şəkilləri və görüntüləri cinayət işinin materiallarına əlavə edilməyib: "Digər zərərçəkmiş şəxslər Mingiz Baxşıyevin qızları olduğu üçün, çox güman, evlərində məsləhətləşib istintaq və məhkəmə baxışında eyniməzmunlu ifadə verməyə nail olublar. Zərərçəkmişin qızı məhkəmə zamanı özü də təqsdiq edib ki, qızılların yüngül çəkidə olması barədə atası Çingiz Baxşıyevə məlumat verib. Lakin bundan iki ay sonra Çingiz Baxşıyevin hüquq-mühafizə orqanlarına müraciət etməsi olduqca müəmmalıdır. Ola bilsin ki, bütün bunlar qohumlar arasında ailədaxili narazıçılıqdan qaynaqlanıb. Çingiz Baxşıyev bunu öz ailəsi daxilində həll ettsəydi daha yaxşı olardı. Rövşən Əhmədova verilən ittiham absurddur. O, ittihamları qəbul etmir. Rövşən Əhmədovun cinayət törətməsi sübuta yetməyib. Müvəkkilimin barəsində bəraət hökmünün çıxarılmasını xahiş edirəm".
Təqsirləndirilən şəxsin digər vəkili Ülkər Yusifova da müdafiə çıxışında müdafiə etdiyi şəxsə bəraət hökmünün çıxarılmasını istəyib:"Cinayət işində çox müəmmalı şeylərlə rastlaşdım. Zərərçəkmiş qızılların siyahısını belə doğru-düzgün təqdim etməyib. Çingiz Baxşıyev qızılların mövcudluğu barədə istintaq zamanı dəfələrlə ziddiyyətli ifadələr verib. Rövşən Əhmədova qarşı ittiham Çingiz Baxşıyevin ehtimalları əsasında verilib. Məhkəmə hökm çıxararkən ehtimallara əsaslana bilməz. Bütün bunları nəzərə alaraq məhkəmədən müdafiə etdiyim şəxsə bəraət verilməsini xahiş edirəm".

R.Əhmədov məhkəmədə son söz deyib. O heç bir günahının olmadığını, qızılların hamısını Çingiz Baxşıyevə qaytardığını və barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

Məhkəmə heyəti müşavirəyə yollanıb və Rövşən Əhmədov barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, Rövşən Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin külli miqdarda əmlakını talamaqda və mənimsəməkdə təqsirləndirilir. O, Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşıyevaya ümumilikdə 800 min manat məbləğində maddi ziyan vurmaqda ittiham olunub.

18 aprel 2016-cı ildə Rövşən Əhmədova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Sonradan cinayət işinin istintaqının davam etdirilməsi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilib. İstintaqla müəyyən edilib ki, Rövşən Əhmədov ona etibar edilmiş külli miqdarda əmlakı talamaq məqsədilə 2015-ci il sentyabr ayının əvvəllərində qohumu Çingiz Baxşıyevin ona etibar etdiyi 695 min manat, qızları Fatimə İbrahimovanın 50 min manat, Sevil Baxşıyevanın isə 55 min manat dəyərində müxtəlif çeşiddə qızı-zinət əşyalarını, qızıl sikkələri, qızıl monetləri ələ keçirib.

Çingiz Baxşiyev nəqliyyat nazirinin müşaviri olmazdan əvvəl Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib.

Ç.Baxşıyevin adı mətbuata evindən külli miqdarda qızıl-zinət əşyaları oğurlanan məmur kimi gəlib. Sabiq müşavir bu oğurluqda qohumu Rövşən Əhmədovu günahlandırıb və ondan hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra R.Əhmədovu həbs ediblər.

R.Əhmədov isə elə əvvəldən ona elan olunmuş ittihamları qəbul etmir, günahsız olduğunu, qohumu Çingiz Baxşıyevin sifarişi ilə həbs olunduğunu deyirdi…

Mənbə:Virtualaz.org
Ziya Məmmədovla bağlı elə xəbər yayıldı ki... - FOTOLARZiya Məmmədovla bağlı elə xəbər yayıldı ki... - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 8192   Tarix: 22 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021