Ürəkdağlayan hekayə: Həbsxanada evlənən ömürlük məhkum şair: "Arzum odur ki, yoldaşıma toy edim" - VİDEO
ARB TV-nin "Rezonans" verilişində bu dəfə ömürlük həbsə məhkum olunan, həbsxanada evlənən şair Sergey Strelyayevin həyat hekayəsinə yer verilib.
BiG.AZ xəbər verir ki, artıq bir övlad sahibi olan Sergey Strelyayev bildirib ki, xanımı onun ömürlük həbsdə qalacağını bilə-bilə onunla evlənib:
"Adi uşaq olmuşam. Artıq 4 yaşımda oxuyub-yazmağı bilirdim. Yüksək balla universitetə daxil oldum. Təhsili yarımçıq qoyub hərbi xidmətə yollandım. Qayıdanda isə həbs olundum. Adətən dərd bütün yaradıcı insanları qələmə tərəf yönləndirir. Əgər daxilindən gəlirsə, lap kosmosda da olsan qələmə əl atacaqsan.
7 şeirlər kitabım işıq üzü görüb. Onunla kitab təqdimatında tanış olduq. Münasibətimiz yarandı. Görüşürdük. Mənə dedi ki, ümumiyyətlə, azadlığa çıxmasan da, səninlə evlənəcəm. Mənim şeirlərimi ondan gözəl heç kim oxuya bilmir. Bizim bir övladımız da dünyaya gəldi, özümə yer tapa bilmirdim. Onun səsini telefonda eşidirdim. Azadlığa çıxmaq imkanım olsaydı, ilk evimə yollanardım. Çox darıxmışam. Artıq 15 ildir ki, buradayam. İnsan polad kimidir, nə qədər onu tale vurur, o, daha da möhkəmlənir. Arzularımdan biri odur ki, çıxandan sonra yoldaşıma toy edim. Övladımın layiqli yetişib faydalı insan olmasını istəyirəm".
Məhkumun həyat yoldaşı Lyudmila Strelyayeva da fikirlərini bölüşüb:
"Həftədə bir dəfə - şənbə günü danışırıq. Darıxıram, amma mən evlənəndə bilirdim ki, belə olacaq. Ona görə də indi oturub səhər-axşam dərd çəkməyin də mənası yoxdur".
Verilişdə cütlüyün nikah mərasimindən olan görüntülər də yer alıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2971 Tarix: 27 aprel 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qonşusuna hirslənib, acısını qaynanasından çıxartdı
Ümraniyədə bir yaşayış binasında baş verən hadisə qonşulara qorxu dolu anlar yaşatdı. türk mediasına istinadən xəbər verir ki, iddiaya görə, maddə istifadə etdiyi iddia olunan bir şəxs, yaşayış binasında qonşusu ilə yaşadığı mübahisənin davaya çevrilməsi nəticəsində birlikdə yaşadığı şəxslərə hücum edib
15 dekabrEvlilik ildönümündə ərinə aldığı hədiyyə böyük mübahisə yaratdı - VİDEO
Evlilik ildönümü münasibətilə ərinə qeyri-adi hədiyyə alan bir qadın sosial mediada geniş müzakirələrə səbəb olub. türk mediasına istinadən xəbər verir ki, qadın Taylandlı masajçılardan ibarət bir komandadan tibbi masaj xidməti satın alaraq bunu ərinə hədiyyə edib. O, hədiyyə ilə bağlı görüntüləri şəxs
16 dekabrÇörəkçidən alınan çörəyin içindən lezva çıxdı - VİDEO
Türkiyənin Nevşehir şəhərində bir vətəndaşın səhər yeməyi üçün çörəkçidən çörəyin içindən lezva çıxıb. türk mediasına istinadən xəbər verir ki, Muhammet Boyacı’nın atası səhər saatlarında çörək almaq üçün çörəkçiyə gedib. Səhər yeməyi zamanı çörəyi ağzına aparmaq istəyən Muhammet Boyacı çörəyin içind
16 dekabrKürdəmirdə canavarlar kəndə hücumu etdi (FOTO)
Kürdəmirdə canavarlar təsərrüfata hücum edib, 10 baş xırdabuynuzlu heyvan tələf olub. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ərşəli kəndində qeydə alınıb. Belə ki, yırtıcılar kənd sakini Qurbanov Nofəl Mirzəağa oğlunun təsərrüfatına hücum çəkib. Nəticədə fermerə məxsus 10 ba
15 dekabrQapısı açıq "Hyundai"dan oğurluq edən şəxs saxlanıldı
Paytaxtın Nəsimi rayonunda "Hyundai" markalı avtomobildən pul və bank kartı oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinə
14 dekabrTiktoker Nahid Nəsirov saxlanıldı
Tiktoker Nahid Nəsirov saxlanılıb. "Teleqraf" xəbər verir ki, onun barəsində hüquq-mühafizə orqanlarına şikayətlər edilib. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məsuliyyətə cəlb olunub. Fakt üzrə araşdırma aparılır
13 dekabrOv zamanı faciə: Dostunu güllələdi
Afyonkarahisarda ova gedərkən avtomobildə güllələnən və aparıldığı xəstəxanada həyatını itirən şəxsin, məhəllə və bazar gözətçisi olan dostunun təsadüfən açdığı atəş nəticəsində öldüyü müəyyən edilib. türk mediasına istinadən xəbər verir ki, əldə edilən məlumata görə, məhəllə muxtarı S.Y.A., məhəll
15 dekabr