Vəssalam! Bundan sonra Azərbaycanda ət...
Son zamanlar at-eşşək ətlərinin, mənşəyi məlum olmayan, murdar ətlərin satışının qarşısının alınması istiqamətində müvafiq qurumlar intensiv şəkildə tədbirlər görür.
Bununla belə, hər gün xəbər lentlərində "Yenə at, eşşək əti tutuldu" kimi başlıqlara rast gəlirik. Yəni, bəzi işbazlar görülən tədbirlərdən nəticə çıxarmaq əvəzinə, camaata xəstə və ya ölmüş heyvan ətlərini yedirmək istəyirlər.
Bu kimi hallar isə qida təhlükəsizliyi ilə bağlı sərt cəzaların tətbiq olunmasını gündəmə gətirir.
Sonxeber.az-ın məlumatına görə, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev deyib ki, respublikada at-eşşək ətlərinin satılması insanlığa sığmır.
"Bu elə bir şeydir ki, Azərbaycan insanı bunu qəbul edə bilmir. Qanunla mənşəyi məlum olmayan, leş ətlərin satışı qadağandır. Amma bəzi insanlar buna məhəl qoymaq istəmir".
Deputat bildirib ki, bu məsələlər belə davam edə bilməz və yaxın zamanlarda yeni qanun layihəsi hazırlana bilər.
"Biz bununla əlaqədar, yəqin ki, yeni qanun layihəsi hazırlayacağıq və hökumətə təqdim edəcəyik. Məqsədimiz isə budur ki, belə halların qarşısı alınsın. Elə ölkələr var ki, məsələn, Qazaxıstanda at ətindən istifadə edirlər. İtaliyada eşşək ətindən qurudulmuş şəkildə istifadə edirlər. Amma Azərbaycanda at-eşşək əti istifadə olunmur. Buna görə də, at-eşşək ətinin satışı ilə bağlı da konkret qadağa qoyulmalıdır".
Eldar Quliyevin sözlərinə görə, at-eşşək, leş ətləri satanları konkret cinayət məsuliyyətinə cəlb etmək lazımdır ki, onlar cəzalarını çəksinlər.
Mənbə:modern.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 8398 Tarix: 03 may 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşVətəndaşın ayaqyolunun qarşısında qanunsuz HOTEL TİKİLİR - ŞİKAYƏT+ FOTO
Vətəndaşın ayaqyolunun qarşısında qanunsuz hotel tikilir. Bu barədə məlumatı Kərimova Aybəniz Zakir qızı -a şikayətində bildirib. Kərimova Aybəniz Lənkəran şəhər İsrafil Babayev küçəsi, ev 25-də yaşayır. Onun sözlərinə görə, qonşusu Rzayev Süleyman Yağbəli oğlu həyətində hotel tikir:. "3 pəncərən
20 sentyabrSabahdan Bakının bu küçəsi TAM BAĞLANIR
Sentyabrın 21-dən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Sürücülərdən aparılan işlərə anlayışl
20 sentyabrCOP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olunacaq. Ölkə.az xəbər verir ki, bu barədə COP29-un sədrliyinin "X" sosial şəbəkəsindəki paylaşımında deyilir. Qeyd olunur ki, noyabrı
20 sentyabrSabah Bakıya leysan yağacaq - XƏBƏRDARLIQ
Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, . Bakıda və Abşeron yarımadasında. Sentyabrın 21-də günün birinci yarısında arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Azərbaycanı
20 sentyabrBu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq
Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, sentyabrın 21-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqəda
20 sentyabrFaşistləri bütə çevirən, hökuməti devirən "İranlı Hitler"
Ötən əsrin ortalarında İranda daha çox İran Milli Sosialist İşçi Partiyası kimi tanınan nasist təşkilatı fəaliyyət göstərirdi. bu partiya və onun rəhbəri, "İranlı Hitler" adlanan Davud Monşizadə barəsində materialı təqdim edir. Qısaca SOMKA adlanan partiyaya iranlı filoloq Davud Monşizadə (191
20 sentyabrŞənbə günü yağış yağacaq - PROQNOZ
Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı
20 sentyabr