Faşistləri bütə çevirən, hökuməti devirən "İranlı Hitler"

Faşistləri bütə çevirən, hökuməti devirən "İranlı Hitler"Ötən əsrin ortalarında İranda daha çox İran Milli Sosialist İşçi Partiyası kimi tanınan nasist təşkilatı fəaliyyət göstərirdi.

Lent.az bu partiya və onun rəhbəri, "İranlı Hitler" adlanan Davud Monşizadə barəsində materialı təqdim edir.

Qısaca SOMKA adlanan partiyaya iranlı filoloq Davud Monşizadə (1914 - 1989) rəhbərlik edirdi. İkinci Dünya Müharibəsi zamanı o, Hitler Almaniyasında yaşayıb və guya SS-də xidmət etdiyini, müharibədən sonra isə Berlin uğrunda döyüşlərdə yaralandığını iddia edirdi. Monşizadənin xarici görünüşü də öz kumiri saydığı Adolf Hitlerə bənzəyirdi.

Monşizadənin tələbələrindən sayılan Dariuş Homayun sonralar Şah Məhəmməd Rza Pəhləvi dövründə informasiya naziri vəzifəsində çalışıb. Homayun öz xatirələrində yazır ki, Monşizadə Üçüncü Reyx üçün Şərq Cəbhəsində farsdilli hərbi əsirləri sorğu-suala tutaraq öz sıralarına cəlb etməklə məşğul idi. Bu, mümkündür - axı, məsələn, farsdilli taciklər türklərlər ərəblər, hindlilər və afrikalılarla birlikdə Almaniya Ordusunda xidmət edirdi.

Sonralar Danimarkanın "Neue Illustrierte" nəşri məqalə dərc edib və onun müəllifi özünü Monşizadənin keçmiş həmkarı kimi təqdim edib. Onun sözlərinə görə, Monşizadə müharibə illərində "Signal" təbliğat jurnalının redaktor köməkçisi (alm. Hilfsredakteur) olub. Bu jurnal nasistlər tərəfindən hazırlanmış və bütün Avropa və Yaxın Şərqdə yayılmışdır.

Yeri gəlmişkən, Yəhudi Araşdırmaları İnstitutunun doktoru Otto Paul 27 oktyabr 1942-ci il tarixli məktubunda Davud Monşizadənin adını Təbliğat Nazirliyinin "fars yəhudilərinin irqi kimliyinin öyrənilməsinə cavabdeh olan" əməkdaşı kimi qeyd edir. Bununla belə, Monşizadənin əslində Holokosta və "yəhudi məsələsi"nin həllinə hansı töhfə verdiyini bilmirik.

1943-cü ildə Monşizadə Münhendə İran filologiyası üzrə doktorluq dərəcəsi (orta əsr fars və şiə məhəbbət pyeslərinə dair monoqrafiyaya görə) alır. Təxminən eyni vaxtda o, parlaq isveçli hind-iran və sanskrit alimi Oskar Stiq Vikanderlə, həmçinin alman şərqşünası, SS Standartenfürer və Ahnenerbe (tədqiqat üçün yaradılmış məşhur nasist təşkilatı) Valter Vüstlə sıx əlaqələr qurdu.

Davud Monşizadə özünü ari hesab edirdi və alman qadını ilə evlənərək dörd övlad atası oldu. O, Hitlerə çox sadiq idi. Monşizadənin özünün dediyinə görə, 1945-ci ildə o, Berlində mühafizə qvardiyasının yeganə iranlı zabiti idi. Orada guya ağır yaralanıb (güllə onun omba sümüklərini sındırıb), nəticədə Mönşizadə ömrünün sonunadək axsaqlıqdan əziyyət çəkib. Sonradan o, bu hadisə əsasında qəribə bir bədii əsər yazdı və əsərdə obrazlı şəkildə vəhşi skiflərin (müttəfiqlər), "şimal tayfalarının" kraliçası (arvadının) və sadiq arinin (özünün) iştirakı və hökmdar Daranın (Hitler) ölümündən bəhs olunurdu.

Lakin Monşizadə yalan danışırdı. Həyat yoldaşının sonralar dediyi kimi, 1945-ci ildə o, heç Berlində də deyildi. Ailə Potsdam yaxınlığında yaşayırdı. 1945-ci ilin aprelində onların evinə Almaniya ordusunun "Şərq legionu"nda döyüşən bir neçə müsəlman hərbçi gəlir. Onlar Monşizadə ilə mübahisə edərək, onun bud nahiyəsindən atəş açırlar. Qadının xatirələrinə görə, əri çoxlu qan itirir, hərbi hospitala göndərilir. 1945-ci ilin aprel-noyabr ayları arasında o, müalicə alır, ona morfin verilir. Xəstənin qızdırması, halüsinasiyalar və pis qidalanma problem var idi. Ancaq 10 əməliyyat keçirdikdən sonra Monşizadə sağalır və ailəsini tərk edərək müəmmalı şəkildə Almaniyanı tərk edə bilir.

Monşizadə 1947-ci ildə Münhen Universitetində fars dili müəllimi kimi yenidən ictimaiyyət qarşısına çıxır. Şayiələrə görə, o, sona qədər bunkerdə onunla qalan Hitlerin şəxsi katibi Traudl Yungeni köməkçisi edir.

Monşizadə Münhendən sonra Misirin İsgəndəriyyə şəhərində yaşayır və burada, guya Misirin gələcək prezidenti Ənvər Sədatın yanında dərs deyirdi. 1950-ci ildə Monşizadə İrana qayıdır və digər iranlı nasistlərin yaratdığı yeni yaranan SOMKA partiyasına qoşulur. Monşizadənin rəhbərlik etdiyi və Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə onların partiyası 1953-cü il dövlət çevrilişində mühüm rol oynayır. Təxminən bu vaxtlarda Monşizadə "Fars Hitleri" ləqəbini alır.

Lakin elə həmən il Mosaddıq hökuməti devrildikdən sonra Monşizadə və onun SOMKA-sı aşkar nasist yönümlü olduqlarına görə Şah Məhəmməd Rza Pəhləvi və onun ətrafı tərəfindən təhlükə kimi görülməyə başladı. 1953-cü ilin sonunda Mönşizadə şahın göstərişi ilə "qeyri-rəsmi sürgünə" göndərildi. O, heç vaxt İrana qayıtmadı.

Davud Monşizadə İsveçdə məskunlaşdı. O, uzun illər Uppsala Universitetində fars və İran ədəbiyyatından dərs dedi. "Fars Hitler"i 1989-cu ildə vəfat edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1113   Tarix: 20 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr