Vətəndaşın ayaqyolunun qarşısında qanunsuz HOTEL TİKİLİR - ŞİKAYƏT+ FOTO
Vətəndaşın ayaqyolunun qarşısında qanunsuz hotel tikilir.
Bu barədə məlumatı Kərimova Aybəniz Zakir qızı Sonxeber.az-a şikayətində bildirib. Kərimova Aybəniz Lənkəran şəhər İsrafil Babayev küçəsi, ev 25-də yaşayır. Onun sözlərinə görə, qonşusu Rzayev Süleyman Yağbəli oğlu həyətində hotel tikir:
"3 pəncərəni bizim ayaqyoluyla üzbəüz qoydurub.Pəncərədən bizim ayaqyolunun içi görünür. Qonşunu başa salmaq olmur.Müraciətimlə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsi gəlib tikintiyə baxıb. Bizə tərəf pəncərənin özbaşına qoyulduğunu təsdiqləyib".
Aybəniz Kərimova deyib ki, icra hakimiyyəti pəncərəni divar kimi hörməsi üçün Süleymana bildiriş göndərəcəyini desə də, pəncərə hələ də hörülməyib:
"Məsələnin həllini yenə mənim öhdəmə qoyublar. Əgər mən özbaşına,qanunsuz pəncərə qoydursaydım icraçı bildiriş göndərər, tez mənə hördürərdi. Qonşu bizə tərəf qoyduğu pəncərələri divar kimi hörməlidir. Xahiş edirəm ki, şikayətimə baxılsın".
Vətəndaşın şikayəti ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Elnur Hüseynov məsələdən xəbəri olmadığını bildirdi:
"Vətəndaş rəsmi olaraq quruma müraciət etməlidir. Müraciət Memarlıq və tikinti şöbəsinə göndəriləcək və araşdırılacaq".




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1218 Tarix: 20 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabrHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabr