AT-eşşək əti haramdır?

AT-eşşək əti haramdır?İlahiyyatçı Elşad Miri "Qurani Kərimdə at və eşşək ətinin haram olması ilə bağlı heç nə qeyd olunmur və kim istəyirsə, yeyə bilər" fikrinə, qatı islamçı, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu sərt təpki göstərib.

Partiya sədri Elşad Mirinin bu fikirlərinin kökündən yanlış olduğunu və Quranda bu heyvanların haram olduğunu açıqlayıb:
"Qurani Kərimdə "Nisa" surəsində Allah Təala çütdırnaqlı heyvanın ətini pak nemət kimi buyurur. Qurana görə, 8 canlının ətini yeyə bilərik. Bu da məlum olduğu kimi dəvə, qoyun, keçi, maral və bir neçə ov heyvanıdır. Ondan başqa heç bir heyvanın əti müsəlman üçün halal deyil. Ona görə də Elşad Miri yanlış deyir. Çünki eşşək təkdırnaqlı heyvandır. Atı bəzi xalqlar otyeyən heyvan olduğu üçün yeyir. Ancaq biz hər otyeyən heyvanı yemirik. Həmin heyvanların əti halal buyrulub ki, o heyvanların ətinin təbiəti ilə insan ətinin təbiəti eyni olmasın. Məsələn elmi səviyyədə sübut olunub ki, eşşək südünün tərkibi insan südünə çox yaxındır. Quranda ayədə deyilir ki, günahkarların bir qisminin meymun, bir qismini donuz olmasına əmr etdik. O ətlərin ki, tərkibində insan ətinə yaxınlıq var, həmin ətlər xeyirli ola bilməz. Bu baxımdan eşşəyin südünün tərkibi insan südünə yaxın olduğuna görə, eşşək əti yemək insan əti yemək kimi bir şeydir. Bəzi alimlər hesab edirlə ki, ot yediyinə görə, eşşək və at ətini yemək olar. Bu tamamilə yanlışdır. Quranda neçə cür canlının halal buyrulduğu yazılmasaydı, onda ot yemək əsas götürülə bilərdi. Elə həşəratlar var ki, onların böyük əksəriyyəti otla qidalanır. Onda belə çıxır ki, həmin həşəratları biz yeyə bilərik? Acından ölürsənsə, insan əti də yeyə bilərsən. Elşad Miri konkret göstərə bilərmi ki, Quranın hansı ayəsində deyilir ki, at eşşək əti yeyilməldir? İstisna şərt var, həyatınız təhlükədə qalarsa, hətta imanınızı gizlədə bilərsiniz".

Partiya sərdri vurğulayıb ki, Quranın "Nəhl" surəsinin 5-ci ayəsində buyrulur: "Allah dördayaqlıları yaratdı. Onlarda sizin üçün bədənin istiliyi və həyatın rahatlığı vasitəsi, xeyirlər vardır, siz onlardan yeyirsiniz. Həmin surənin 8-ci ayəsində deyilir: Atları, qatırları və ulaqları onlara minməyiniz və həm də zinət və bəzək olsunlar deyə yaratdıq. Buradan açıq şəkildə görünür ki, eşşək minmək üçün yaradılıb, əti yeyilmək üçün yox. Elşad Miriyə başqa hansı ayə lazımdır? Minmək üçün yaradılanı yemək üçün istifadə edilə bilməz axı"

Mənbə: Unikal.org


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1520   Tarix: 04 may 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Şəhid atası vəfat etdi

Şəhid Elvin Əhmədovun atası Qələndər Əhmədov dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, mərhum Qazax rayonunun Qarapapaq kənd qəbirlistanlığında, şəhid oğlunun yanında torpağa tapşırılıb. Qeyd edək ki, Elvin Əhmədov 2023-cü ilin 19-20 sentyabr tarixlərində lokal xarakterli antiterror tədbirlər

3 iyun
.

"Bakı Enerji Forumu"da aparılan müzakirələr, yeni ideyalar və nəticəyönümlü planlar hamımız üçün faydalı olacaqdır" - DEPUTAT

"Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı ölkəmizin iqtisadi gücünü bir daha sübut etdi". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, ölkə başçısının da qeyd etdiyi kimi Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerj

2 iyun
.

Uşaqlıqda eşidilən sözlər insanın xarakterinə nə dərəcədə təsir edir? - AÇIQLAMA

İnsanın şəxsiyyətinin formalaşmasında uşaqlıq dövrü xüsusi əhəmiyyət daşıyır. Bu mərhələdə valideynlərdən, müəllimlərdən və yaxın ətrafdan eşidilən sözlər uşağın özünü necə dəyərləndirməsinə, ətraf aləmlə münasibət qurmasına və gələcək davranış modellərinə təsir göstərir. Bəs görəsən uşaqlıqda eşidilə

2 iyun
.

"Azərlotereya" 2025-ci ildə 100.7 milyon vergi ödəyib

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC 2025-cü il üzrə maliyyə hesabatını təqdim edib. Şirkət 2025-ci il hesabat dövrünə aid 100.7 milyon vergi ödəyib. Bu məbləğdən hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 83.3 milyon manat təşki

3 iyun
.

AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanda - Fotolar

Bu gün Azərbaycanda Mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə "Azərbaycan Hava Yolları" QSC-nin kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər. xəbər verir ki, ziyarətçilər müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydə

2 iyun
.

"13 həftə, 13 avtomobil" kampaniyasına start verildi

Azərbaycanın ən sevilən qazlı sərinləşdirici içki markalarından biri olan Bizon yay mövsümünə yeni lotereya kampaniyası ilə başlayıb. "13 həftə, 13 avtomobil" adlı kampaniya çərçivəsində iştirakçılar hər həftə bir avtomobil qazanmaq şansı əldə edəcəklər. 1 iyun - 30 avqust tarixlərini əhat

2 iyun
.

Naxçıvanda idarə rəisi İŞDƏN ÇIXARILDI - FOTO

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi Yusif Axundov vəzifəsindən azad edilib. xəbər verir ki, bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev əmr imzalayıb. Y.Axundovun vəzifədən azad olunmasının səbəb

3 iyun
.

Baş həkim öz istəyi ilə vəzifəsindən getdi - Nazirdən əmr

Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi vəzifəsindən azad olunub. Qynarinfo-nun məlumatına görə, səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə Tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim, Rusiya Uşaq Cərrahları assosiasiyasının üzvi Op.Dr. Gündüz Ağaye

2 iyun
.

Niyə eyni səhvləri təkrarlayırıq? - AÇIQLAMA

İnsan davranışı çox vaxt sadə seçimlərdən yox, vərdişlərdən, emosiyalardan və keçmiş təcrübələrdən formalaşır. Ona görə də "eyni səhvi təkrarlamaq" kənardan asan görünsə də, psixoloji baxımdan daha dərin səbəblərə dayanır. Bu mövzuda psixoloqların izahı xüsusilə diqqət çəkir. Bəs görəsən niy

3 iyun