Son dəqiqə! Bakıda növbəti tələbə etirazı-"Bu Universitetdə oxuduğum üçün utanıram"
Azərbaycan Dövlət Pedaqoji Universitetindən şikayət var.
Sonxeber.az-ın məlumatına görə, universitetin Riyaziyyat fakültəsinin tələbəsi, gənc yazıçı Kamal Aken deyib ki, imtahan zamanı nəzarətçilər tələbələrə qarşı çox kobud davranır:
"Mən Azərbaycan Dövlət Pedaqoji Universitetini "protesto" edirəm! Universitetin bir qrup tələbəsi də bundan öncə imtahan nəzarətçilərindən şikayətlənib. Eyni hallarla mən də rastlaşmışam, kəsr borcuma görə alt qruplarla yazılı imtahanda iştirak edirdim, nəzarətçilər özlərini elə aparırdı ki, elə bil biz bunların şəxsi mülkünə gəlmişik, bunlar da bizi görməklərinə şad olmadığı üçün bizimlə pis rəftar edirlər. Təbii ki, mənimlə pis rəftar edə bilməzdilər, bir dəfə üstümə qışqırdılar, o da ki, artıqlaması ilə cavablarını almışdılar, elə bilirdilər mən də o biri tələbələr kimi başımı aşağı soxub susacam. Nəzarətçilərin istədikləri kimi tələbələri yoxlamağa haqları var, istəyirsiniz yüz nəzarətçi qoyun otaqlara, amma əvvəlcə onlara etik qaydaları öyrədin.
Tələbə deyib ki, rektordan şikayəti yoxdur, ona problem yaradan dekanlıqdır:
"Yeni rektor çox səmimi insan ola bilər, rektorun tələbələrlə münasibətinə heç bir iradım yoxdu, mənim əsas problemim dekanlıqladı. Adamlar açıq aşkar mesaj verirlər ki, mənimlə qərəzli rəftar edirlər. Dərsə iki dəqiqə gecikən kimi qayıbları yazırlar, buna görə dəfələrlə semester sonu qayıb limitinə düşmüşəm, gedib xahiş etdim ki, heç olmasa bir qayıbımı silsinlər ki, kəsilməyim, dekan da, dekanın müavini də yola verdilər, hər ikisinin mənə qarşı qərəzli münasibətinin dəfələrlə şahidi olmuşam, ola bilər məndən xoşunuz gəlməsin, heç olmasa hiss elətdirməyin də bunu. Adam dəfələrlə saçıma görə kənardan baxıb uca səslə, istehzayla "mənim tələbəmə bax e" deyib. Cənab, universitetini ələk-vələk eləsən mənim kimi tələbə tapa bilməzsiniz. Mənim universitetdən atılmaq kimi bir qorxum yoxdu, hamı bilir ki, mənim o universitetin diplomuna ehtiyacım da yoxdu, bir iki kəsrim də artsa atacam universiteti gedəcəm, mən heç nə itirməyəcəm, itirən siz olacaqsınız, mən Azərbaycan Dövlət Pedaqoji Universitetində oxuduğum üçün utanıram, təhsilimi yarımçıq qoymamağıma səbəb valideynlərimdi, onlar diplomumu görməyi çox istəyirlər, yoxsa bu qədər dözməzdim rəhbərliyə. Dünyada bütün yüksək səviyyəli universitetlərdə tələbələrin universitet hesabını dondurmaq haqqı var, mənim niyə yoxdu?! Mən niyə dondura bilmirəm? Niyə əyanidən qiyabiyə keçə bilmirəm?
Tələbə deyib ki, rektorun qəbuluna düşə bilmir: "Hələ indiyə kimi rektorun qəbuluna düşə bilməmişəm, nədi gestapo rejimidi bu? Rektorun qəbuluna düşmək üçün bəlkə təhsil nazirinə yazıb icazə alaq? Cənab, tələbələrlə rəqs eləmək diqqət göstərmək demək deyil, haçan bir tələbəni prorektorların əlinin altından keçirmədən qəbulunuza aldınız? Mən 2 ildi boğaza yığılmışam bu universitetdən! Sırf qayıb limitinə görə 6-7 kəsrim var, hər kəsri də semestr sonu bir qayıba görə almışam. Bu yazdıqlarıma görə də kimsə mənə heç nə deyə bilməz, mən hüquqlarımı çox yaxşı bilirəm, universitetdən qovulma təhdidi altında qaldığım anda Avropa İnsan Haqqları Məhkəməsinə müraciət edəcəm, bu universitet məni boğaza yığıb artıq! Hara yazaq, kimə şikayət edək?
Bu sözlərimi dəfələrlər rektora demək üçün cəhd etmişəm, amma qəbuluna düşə bilmirdim. Bunu buraya yazdım ki, universitetdə tələbələr arasında poçtalyon işləyənlər məktubumu ünvanına çatdırsın, əgər rektor göründüyü kimi ədalətlidirsə tələblərimi nəzərə alıb yardımçı olar. Biz sizin tələbələrinizik, düşməminiz yox. TGT-çi deyilik deyə silib ata bilməzsiniz bizi, eyni qayğını biz də istəyirik. Əziz tələbələr, şikayətlərinizi açıq-aşkar yazın, ilk addımı mən atıram, hamı #telebelerindehaqqlarivar haştağı ilə istədiklərini yazsın, təbii ki, əgər qorxmursunuzsa.
Məsələylə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Mənbə:AZXEBER.COM
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Pensiyalar bu tarixdə tam ödəniləcək
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Meyxanaçı Kərim vəfat etdi
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO
Vəzifəli şəxs qəzada HƏLAK OLDU