Xalqın cibini düşünməyən "aqua park"lar - 50 manata da giriş olar?
Azərbaycanda yay mövsümünün gəlişi ilə insanların dənizkənarına axını başlayır.
Sonxeber.az azxeber.com-a istinadən xəbər verir ki, yay mövsümünü xaricdə keçirənlərlə yanaşı, ölkəmizdə də kifayət qədər əlverişli məkanlar var.
Ancaq Bakıda fəaliyyət göstərən "aquapark"lar və otellərin qiymətləri "əl yandırır".
Məsələylə bağlı kiçik araşdırma apardıq və məlum oldu ki, ən bahalı məkan "Dalğa Beach Aqua Park"dır. Bura təkcə giriş 50 manatdır.
Kompleksdə xarici vətandaşlar üçün həftəsonu giriş isə 70 manatdır. Həftə içi qiymətlər qiymətlər aşağı düşərək yerli 35 xarici vətandaşlar üçün 50 manatdır. Burada, demək olar ki, hər şey pulludur, hətta bəzi hovuzlara girmək, uşaqların əyləncə yeri belə ödənişlidir.
Qeyd etdiyimiz kimi, 50 manat təkcə kompleksə giriş üçün alınır. Vətəndaşların orada fəaliyyət göstərən restoranlarda yemək yeyəcəyini, içki içəcəyini də nəzərə alsaq, bir adam üçün ən az 80 manat tələb olunur. Onu da qeyd etmək yerinə düşər ki, çox vaxt bu tip yerlərə ailələr gedir və hər ailədə ən az 3 nəfərin olacağını nəzərə alsaq, bir neçə saatlıq istirahət üçün ən az 240 manat tələb olunur.
Müqayisə üçün qeyd edək ki, bu qiymətə Türkiyənin ən prestijli və 5 ulduzlu otellərində hər şey daxil olmaqla bir gün qalmaq mümkündür. Məsələn: Bodrumda, Antaliyada otellərin orta hesabla günü 100-150 tl (50-100 manat) arası dəyişir.
Məhz bu səbəbdən də vətəndaşlarımız ölkə daxilində deyil, xarici ölkələrdə istirahətə üstünlük verir. Təkcə giriş üçün 50 manat alan "Dalğa Beach Aqua Park"la yanaşı onun yaxınlığında yerləşən "Bilgəh Aqua Park"da da eyni qiymətlər var.
Bu məsələdə vətəndaşları düşünən və insaflı yanaşan "Sea Breeze Hotel" olub. Bura giriş cəmi 20 manatdır, 10 yaşına qədər uşaqlar üçün isə pulsuzdur.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1760 Tarix: 23 iyun 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avtobus sürücüsü ilə qadın sərnişin əlbəyaxa dava edib - VİDEO
Adanada xüsusi ictimai avtobusda sürücü ilə qadın sərnişin arasında yaranan mübahisə davaya çevrilib. türk mediasına istinadən xəbər verir ki, hadisə günorta saatlarında şəhər mərkəzində fəaliyyət göstərən xüsusi ictimai avtobuslardan birində baş verib. İlkin məlumata görə, sürücü ilə qadın sərnişi
19 dekabr19 yaşlı gənc qadın 3 ildir evli olduğu şəxs tərəfindən qətlə yetirildi
Türkiyənin paytaxtı Ankarada 19 yaşlı Sevgi Özdemir 3 ildir evli olduğu həyat yoldaşı tərəfindən qətlə yetirilib. Hadisə Altındağ rayonunda cütlüyün yaşadığı evdə baş verib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, 28 yaşlı Yasin Özdemir bir müddətdir şiddətli keçimsizlik yaşadığı həya
17 dekabrRusiyada Azərbaycan diasporunun üç üzvünün həbs müddəti uzadıldı
Yekaterinburq məhkəməsi qətllər törətməkdə ittiham olunan Azərbaycan diasporunun üç üzvünün həbs müddətini uzadıb. xəbər verir ki, bu barədə "Komsomolskaya Pravda" məlumat yayıb. Qeyd edilib ki, Əziz Abasov, Şahin Lalayev və Əhliman Gənciyev bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olara
21 dekabrTokioda sauna yanğınında gənc cütlük həyatını itirdi
Yaponiyanın paytaxtı Tokioda yerləşən bir saunada baş verən yanğın nəticəsində içəridə qalan gənc cütlük həyatını itirib. Hadisə Tokionun Minato rayonunun Akasaka bölgəsində fəaliyyət göstərən özəl "Sauna Tiger" adlı müəssisədə qeydə alınıb. xarici mediaya istinadən xəbər verir ki, bazar ertəs
19 dekabrAlüminium qabı ilə birlikdə udduğu həb 4 il sonra ağciyərindən çıxarıldı
Antalyada 75 yaşlı Sahibe Güzin Zeybekoğlunun 4 il əvvəl diqqətsizlik nəticəsində alüminium qabı (blisteri) ilə birlikdə udduğu həb bronxoskopik üsulla ağciyərindən çıxarılıb. türk mediasına itinadən xəbər verir ki, Zeybekoğlu, "Şiddətli öskürək və həddindən artıq bəlğəm şikayətlərim var idi, sonrada
19 dekabrOdunun içindən çıxan ağac qurdunu yedi - VİDEO
Adətən Uzaq Şərq ölkələrinə xas olan həşərat yemə mədəniyyətini xatırladan görüntülər bu dəfə Qara dəniz bölgəsində qeydə alınıb. türk mediasına istinadən xəbər verir ki, qışa hazırlıq məqsədilə odun doğrayan bir vətəndaş, odunun içindən çıxan ağac qurdunu tərəddüd etmədən yeyib. Həmin anlar onun yanınd
19 dekabrVəzifəli şəxs qəzada HƏLAK OLDU
Xocavənddə vəzifəli şəxs avtomobil qəzasında həlak olub. xəbər verir ki, bu barədə Xocavənd Rayon İcra Hakimiyyəti məlumat yayıb. Bildirilib ki, Xocavənd Rayon Statistika İdarəsinin rəisi, Əmirallar kənd sakini Fərnad Tahir oğlu Tahirov bu gün keçirdiyi qəza nəticəsində ölüb
20 dekabrSilahlı dava: ata öldü, oğlu və qardaşı oğlu yaralandı - VİDEO
Türkiyənin Kayseri şəhərində baş verən silahlı insidentdə bir nəfər həyatını itirib, iki nəfər isə yaralanıb. türk mediasına istinadən xəbər verir ki, hadisə saat 15:30 radələrində Organize Sənaye Bölgəsinin 22-ci küçəsində, boş bir ərazidə qeydə alınıb. Ethem Tatlı, oğlu M.T. və qardaşı oğlu V.T. il
18 dekabr